##book_id=140//book_name=Eksperimental psixologiya// qarışıq
##fk=126// ks=01 //fn=140// sumalltest= 300 //
##Pedaqogika və psixologiya fakültəsi
##İxtisas: Təhsildə sosial - psixoloji xidmət
##Bölmə :Azərbaycan bölməsi
##Şöbə: Əyani
##Qrup № - si: 107, 108
##Fənnin adı: Eksperimental psixologiya
##Tərtib edən : Quliyev Edisson Məmməd oğlu
##Kafedranın adı : Yaş və pedaqoji psixologiya
##Kafedra müdiri : Bəxşəliyev Ərəstun Təriş oğlu
##num=1//level=1// sumtest=20 //name= Eksperimental psixologiyanın mövzusu, əsas anlayışları və vəzifələri//
1. Müasir eksperimental psixologiyanın predmetini və əsas vəzifəsini hansı cavab düzgün ifadə edir ?
A) Psixologiyada aparılmış tədqiqatların təhlili
B) Ekperimental psixologiyanın bir elm kimi formalaşmasının tarixinin tədqiqi
C) Eksperimental psixologiyanın nəzəri və praktik məsələlərinin öyrənilməsi
D) Psixoloji tədqiqatların tarixinin öyrənilməsi
E) Elmi psixologiyada irəli sürülən nəzəriyyə və baxışların təhlili
2. Dialektik fəlsəfənin əsas kateqoriyalarından olan metodologiya anlayışının mahiyyətinə dair hansı cavab doğrudur ?
A) Psioloji tədqiqatın aparılmasına verilən tələblər
B) Tədqiqat aparan psixoloqun əsaslandırdığı prinsiplər
C) Elmi tədqiqatların nəzəri əsasları
D) Çoxssaylı metodları özündə birləşdirən elm sahəsi
E) Tədqiqatın təşkilinin ümumi olan prinsip və vasitələri
3. Psixi hadisələrin qanunauyğunluqlarının öyrənilməsinin obyektiv metod və metodikaları haqqında elmi biliklər psixologiyanın hansı sahəsinin məzmununu təşkil edir ?
A) Yaş psixologiyası
B) Ümumi psixologiya
C) Eksperimental psixologiya
D) Koqnitiv psixologiya
E) Pedaqoji psixologiya
4. Aşağıdakılardan hansı psixologiyanın tədqiqatı metodu anlayışının mahiyyətini düzgün açıqlayır ?
A) İstifadə olunan tədqiqat metodlarının psixologiyanın metodologiyası ilə bağlılığı
B) Psixologiyada aparılan tədqiqatlar
C) Konkret metodiki üsullar
D) Elmin öz predmetini tədqiq etmək üçün istifadə etdiyi yol və vasitələrin məcmusu
E) Metodun obyektivliyi və elmi tələblərə cavab verməsi
5. Obyektiv psixologiyanın banisi kimdir ?
A) V. M. Bexterev
B) İ. M. Seçenov
C) A. Bine
D) A. F. Lazurski
E) S. Q. Xoll
6. Eksperimental psixologiya nəyi öyrənir ?
1 – Psixi hadisələri
2 – Psixologiya elminin inkişaf tarixinin əsas mərhələlərini
3 – Psixi faktları və onların qanunauyğunluqlarını
4 – Özünütərbiyənin nəzəri – psixoloji problemlərini
5 – Psixi inkişafın mexanizmlərini
6 – Şəxsiyyətin sosiallaşmasının psixososial problemlərini
7 – Psixologiyanın başqa elmlərlə əlaqəsini
A) 2, 5, 6, 7
B) 2, 4, 6
C) 3, 6, 7
D) 1, 3, 6
E) 1, 3, 5
7. Metodika anlayışını necə izah etmək olar?
1 – Psixoloq istinad edəcəyi ümumi metoda uyğun olaraq aparılacaq tədqiqatın konkret üsullarını müəyyənləşdirir
2 – Psixoloq öyrənəcəyi problemi konkretləşdirərək dəqiqləşdirir
3 – Psixoloq planlaşdırdığı tədqiqatın etibarlığını təmin edəcək üsulu müəyyənləşdirərək tətbiq edir
4 – Tədqiqatın təşkili və aparılması şəraiti öyrənilərək müəyyənləşdirilir
5 – Psixoloq tədqiqat metodikalarının imkanlarını müqayisə edir
6 – Psixoloq öyrənmək istədiyi problemin tədqiqi tarixi və əvvəllər istifadə olunan metodikalarla yaxından maraqlanır
A) 2, 4, 6
B) 1, 3
C) 1, 5
D) 3, 4, 5
E) 4, 5, 6
8. Hansı metodlar psixologiya əsas sayılır?
1 – Müşahidə
2 – Müsahibə
3 – Eksperiment
4 – “Arxiv” metodu
5 – İntervyü və anket metodu
6 – Laborator eksperimenti
7 – Bioqrafik metod
8 – Test metodu
A) 2, 4, 7
B) 2, 4, 6, 8
C) 1, 3, 6
D) 1, 4, 5, 6
E) 5, 6, 7, 8
9. Eksperimental psixologiyanın əsas tədqiqat obyektini nə təşkil edir ?
1 – İnsanın psixi inkişafının qanunauyğunluqlarının öyrənilməsi
2 – Diqqətin inkişafının psixoloji məsələlərinin öyrənilməsi
3 – İnsan və heyvan psixikasının müqayisəli planda araşdırılması
4 – Heyvanlar aləmində psixi inkişafın qanunauyğunluqlarının öyrənilməsi
5 – Klassik psixologiyada irəli sürülən nəzəri baxışların öyrənilməsi
6 – İdrak proseslərinin inkişafının qanunauyğunluqlarının və mexanizmlərinin öyrənilməsi
7 – Qrup və kollektivlərdə qarşılıqlı münasibətlərin öyrənilməsi
8 – Görkəmli psixoloqların həyat və fəaliyyətinin tədqiqi
A) 1, 4, 6
B) 2, 4, 5, 7
C) 3, 5, 6, 8
D) 1, 3, 7
E) 4, 5, 7, 8
10. Müasir psixologiyada eksperimentalogiyanın əsas tədqiqat obyektini nə təşkil edir ?
1 – Psixika
2 – Psixikanın psixofizioloji mexanizmləri
3 – Davranış
4 – Fərdi – psixoloji xassələr
5 – Şəxsiyyətlərarası münasibətlərin öyrənilməsi
6 – Emosional – iradi sferanın öyrənilməsi
7 – Şəxsiyyət
A) 2, 4, 5, 6
B) 1, 3, 7
C) 3, 5, 7
D) 4, 5, 6
E) 5, 6, 7
11. Eksperimental psixologiyada işlədilən psixoloji fakt anlayışının mahiyyətinin əsas əlamətlərinin ardıcıllığını müəyyən edin :
1 – Tədqiqatın nəticələri mühakimələr əsasında konkretləşdirilərək psixoloji fakt kimi qarşıya qoyula bilər
2 – Empirik tədqiqatlarla əldə olunmuş faktların dəqiq surətdə eksperimentləşdirmə yolu ilə təsdiqlənməsi zəminində psixoloji faktın mövcudluğundan danışmaq olar
3 – Eksperimental tədqiqat hər hansı bir nəticənin obyektiv psixoloji fakt kimi qəbul edilməsinin “taleyini” həll edir
4 – Eksperimentləşdirmə yolu ilə əldə olunan və real nəticələrə əsaslanan fakt psixoloji fakt adlandırıla bilər
5 – Eksperimentin aparılması şəraitində toplanılan bütün materialları psixoloji fakt adı altında birləşdirmək olar
6 – Konkret fərziyənin təsdiqlənməsinə xidmət edən faktı psixoloji fakt kimi dəyərləndirmək olar
A) 1, 5, 4
B) 1, 3, 5
C) 2, 1, 6
D) 3, 4, 5
E) 4, 6, 2
12. Psixoloji tədqiqatlarda aparıcı mövqeyə malik olan metodların ardıcıllığını müəyyən edin :
1 – “ Arxiv” metodu
2 – Test metodu
3 – Eksperiment metodu
4 – Anket metodu
5 – Müşahidə metodu
6 – Bioqrafik metod
7 – Laborator eksperimenti
8 – Müahibə metodu
A) 1, 2, 4, 8
B) 5, 3, 7
C) 2, 4, 5
D) 4, 6, 7, 8
E) 8, 5, 2, 1
13. Eksperimentalogiyanın tədqiqi əsas problemlərin ardıcıllığını müəyyən edin :
1 – Fərdi – psixoloji xassələr
2 – Psixika
3 – Hafizə
4 – Emosional sfera
5 – Şəxsiyyət
6 – Hissi idrak
7 – Davranış
8 – Xarakter , temperament
A) 6, 4, 7
B) 1, 3, 6
C) 3, 4, 8
D) 2, 7, 5
E) 7, 1, 3
14. Kəmiyyət və keyfiyyət metodlarının və şərh metodlarının ardıcıllığını müəyyən edin :
1 – Kəmiyyət təhlili metodu
2 – Struktur təhlil metodu
3 – Genetik metod
4 – Keyfiyyət təhlili metodu
A) 2, 3, 4, 1
B) 1, 4, 3, 2
C) 3, 1, 2, 4
D) 4, 3, 2, 1
E) 2, 4, 1, 3
15. Metod anlayışının əlamətlərinin ardıcıllığını müəyyən edin :
1 – Metod psixi hadisələrin öyrənilməsinə yönəlir
2 – Metod psixi hadisələrin öyrənilməsinin konkret üsul və vasitələrinin sistemidir
3 – Metod tədqiqatçının istifadə etdiyi üsuldur
4 – Metod obyektiv faktların toplanılmasını təmin edir
5 – Metod fakt və hadisələrin obyektiv mahiyyətini aşkara çıxarmağa imkan verən təsirli tədqiqat vasitəsidir
6 – Metod tədqiqatın nəticələrini təhlil etməyə imkan verir
A) 2, 1, 3
B) 1, 3, 6
C) 3, 4, 6
D) 2, 4, 5
E) 3, 5, 6
16. Eksperimental psixologiyanın əsas xarakteristikasına dair irəli sürülən əlamətlərin ardıcıllığını müəyyən edin :
1 – Empirik üsullarla əldə edilmiş məlumatlar eksperimentləşdirmədən sınaqdan keçirilməklə yeni obyektiv psixoloji biliklərə nail olunur
2 – Elmi prinsiplərə cavab verən obyektiv metodikaların işlənilərək tətbiq edilməsi təmin edilir
3 – Əldə olunan faktların və onların əsasında irəli sürülən nəticələrin etibarlılığı yoxlanılır və təsdiqlənir
4 – Psixi proses, hal və xassələr haqqında eksperimentləşdirmə yolu ilə əldə olunmuş biliklər sistemidir
A) 3, 1, 2, 4
B) 1, 2, 3, 4
C) 3, 2, 4, 1
D) 2, 1, 4, 3
E) 4, 2, 1, 3
17. Uyğunluğu müəyyən edin :
1 – Testlər metodu
2 – Müqayisəli – patoloji metod
3 – Sistematik müşahidə
4 – “Uzununa” aparılan genetik tədqiqat
5 – Təbii eksperiment
6 – “Kəsiklər”lə aparılan genetik tədqiqat
I – Diaqnostik metodlar
II – Kompleks metodlar
III – Şərh metodları
IV – Empirik metodlar
A) I – 6; II – 4; III – 1, 3; IV – 5, 2;
B) I – 2; II – 1; III – 3, 4; IV – 5, 6;
C) I – 5; II – 3; III – 2, 4; IV – 6, 1;
D) I – 4; II – 1; III – 5, 6; IV – 2, 3;
E) I – 1; II – 2; III – 4, 6; IV – 3, 5;
18. Psixologiyanın metodlarının təsniat qrupları üzrə metodların uyğunluğunu müəyyən edin :
I – Birinci qrup
II – İkinci qrup
III – Üçüncü qrup
IV – Dördüncü qrup
1 – Müqayisəli metod
2 – Müşahidə və özünümüşahidə
3 – Kompleks metodlar
4 – Eksperimental metodlar
5 – Longityudal metodlar
6 – Genetik metod
7 – Psixodiaqnostik metodlar
8 – Kəmiyyət təhlili metodu
9 – Struktur təhlil metodu
10 – Keyfiyyət təhlili metodu
11 – Bioqrafik metodlar
12 – Fəaliyyət proseslərinin və məhsullarının təhlili metodları
A) I – 1, 5; II – 2, 4, 7, 12, 11; III – 8, 10; IV – 6, 9;
B) I – 5, 3, 1; II – 5, 3, 12, 6, 11; III – 10, 7; IV – 9, 7, 4;
C) I – 2, 4, 7; II – 3, 10, 6, 11, 7; III – 8, 12; IV – 5, 9, 7;
D) I – 7, 4, 2; II – 5, 11, 6, 3, 8; III – 8, 9; IV – 7, 8, 9;
E) I – 3, 1, 2; II – 6, 5, 4, 3, 2; III – 8, 7; IV – 6, 10;
19. Uyğunluğu müəyyən edin :
1 – İ. M. Seçenov
2 – P. K. Anoxin
3 – İ. P. Pavlov
4 – V. M. Bexterev
5 – A. A. Uxtomski
a – 1875 – 1942
b – 1849 – 1936
c – 1857 – 1927
d – 1896 – 1974
e – 1829 – 1905
A) 1 – a; 2 – c; 3 – d; 4 – e; 5 – b;
B) 1 – d; 2 – e; 3 – c; 4 – a; 5 – b;
C) 1 – b; 2 – a; 3 – c; 4 – e; 5 – d;
D) 1 – c; 2 – b; 3 – e; 4 – d; 5 – e;
E) 1 – e; 2 – d; 3 – b; 4 – c; 5 – a;
20. Uyğunluğu müəyyən edin :
I – Assosiativ psixologiya
II – Psixoanaliz
III – İntrospektiv psixologiya
1 – Vundt
2 – Freyd
3 – Hartli
A) I – 1; II – 3; III – 2;
B) I – 2; II – 1; III – 3;
C) I – 3; II – 2; III – 1;
D) I – 2; II – 3; III – 1;
E) I – 1; II – 2; III – 3;
Dostları ilə paylaş: |