İxtisas: Təhsildə sosial psixoloji xidmət ##Bölmə : Azərbaycan bölməsi


##num=10//level=1// sumtest=20 //name=Eksperimentalogiyada müşahidənin bir metod kimi tətbiqinin xüsusiyyətləri//



Yüklə 1,07 Mb.
səhifə10/15
tarix28.02.2020
ölçüsü1,07 Mb.
#102211
1   ...   7   8   9   10   11   12   13   14   15

##num=10//level=1// sumtest=20 //name=Eksperimentalogiyada müşahidənin bir metod kimi tətbiqinin xüsusiyyətləri//


1. Aşağıdakı cavablardan hansı müşahidə metoduna xas olan nöqsanların ardıcıllığını düzgün ifadə edir ?

A) Qallo effekt; güzəşt effekti; mərkəzi tendensiyanın səhvi; korrelyasiyanın səhvi; kontrastın səhvi; ilk təəssüratın səhvi;

B) Mərkəzi tendensiyanın səhvi; qallo effekt; kontrastın səhvi; ilk təəssüratın səhvi; korrelyasiyanın səhvi; güzəşt effekti;

C) Korrelyasiyanın səhvi; güzəşt effekti; qallo effekt; ilk təəssüratın səhvi; kontrastın səhvi; mərkəzi tendensiyanın səhvi;

D) Kontrastın səhvi; ilk təəssüratın səhvi; güzəşt effekti; qallo effekt; korrelyasiyanın səhvi; mərkəzi tendensiyanın səhvi ;

E) İlk təəssüratın səhvi; mərkəzi tendensiyanın səhvi; korrelyasiyanın səhvi; güzəşt effekti; kontrastın səhvi; qallo effekt;

2. Müşahidə metodu hansı metodun tərkibində istifadə oluna bilər?

A) Anket metodu

B) Eksperiment metodu

C) “Arxiv” metodu

D) Test metodu

E) Müsahibə metodu

3. Müşahidəçilik necə qabiliyyətdir?

A) Ümumi

B) Aktual

C) Xüsusi

D) Subyektiv

E) Psixofizioloji

4. Aşağıda sadalanan fikirlərin hansını düzgün sayırsınız ?

A) Rus psixologiyasında reaktologiya adlanan konsepsiya V. M. Bexterev tərəfindən irəli sürülmüşdür

B) Müşahidə prosesində “Kontrastın səhvi” adlanan vəziyyətin mahiyyəti onda ifadə olunur ki psixoloq sınanılanlarla qeyri – formal ünsiyyətdə olmağa meyl edir

C) Geştaltpsixologiyanın əsas tədqiqat istiqamətini duyğu növlərinin lokalizasiyanın və psixfizioloji mexanizmlərinin müəyyənləşdirilməsi təşkil edir

D) “Davranış eksperimenti” anlayışı assosiativ psixologiya adlanan cərəyanın tərəfdarları tərəfindən irəli sürülmüşdür

E) Eksperiment metodunun tətbiqi prosesində psixoloq ilk növbədə aparılacaq tədqiqatın obyektini müəyyənləşdirir

5. Sadalanan fikirlərin hansı doğrudur?

1 - Elmi ədəbiyyatda əhatəli surətdə öyrənilməsi - eksperimental tədqiqatın hazırlıq mərhələsini təşkil edir

2 - Müşahidə aparılarkən “Kontrastın səhvi” adalanan nöqsanın mahiyyəti onda ifadə olunur ki, psixoloq sınanılanların davranışını izləyərkən özündə olan əlamətlərə əks olan əlamətləri müəyyənləşdirməyə meyl edir

3 - “Pilotaj tədqiqatı” adlanan psixoloji tədqiqatın əsas funksiyası ondan ibarətdir ki, tədqiqat prosesində əldə olunan nəticələrə istinad etməklə irəli sürülən fərziyyəyə dair son qərar qəbul edilir

4 - Dahi psixoloq F. S. Halton 1822 - ci ildə İngiltərədə anadan olmuşdur

5 - . Təbii eksperiment nəzəriyyəsi N. N. Lanqe və A. F. Lazurski tərəfindən işlənərək irəli sürülmüşdür

6 - Eksperimentdə iştirak edən sınanılanların təlimatlandırılması və motivləşdirilməsi eksperimental tədqiqatın hazırlıq mərhələsinin tərkibinə daxildir

7 – Formal əlamətlər əsasında eksperimental tədqiqatın dörd tipini fərqləndirmək olar

A) 3, 4, 5

B) 1, 3, 5

C) 2, 4, 6

D) 4, 5, 6

E) 1, 4, 6

6. Aşağıda sadalanan fikirlərin hansı doğrudur?

1 - “Arxiv metodu” aktiv tədqiqat metodu kimi xarakterizə oluna bilər

2 - Müşahidə prosesində “İlk təəssüratın səhvi” adlanan nöqsanın mahiyyəti onda ifadə olunur ki, müşahidə olunan haqqında ilk təəssürat onun davranışının sonradan qavranılmasına və qiymətləndirilməsinə təsir göstərir

3 - Müasir psixologiyanın bir elm kimi təşəkkülü və inkişafı biheviorist təlimə əsaslanır

4 - Anket metodu psixoloji tədqiqatlarda ilk dəfə A. F. Lazurski tərəfindən istifadə olunmuşdur

5 - Formal əlamətlər əsasında eksperimental tədqiqatın iki tipini fərqləndirmək olar

6 – Z. Y. Freydin təliminə görə, insanın davranışı tarixi və ictimai hadisələrin təsiri ilə idarə olunur

7 – Şərh metodlar qrupu tərkibində iki konkret metodu birləşdirir

A) 5, 6, 7

B) 1, 3, 6

C) 4, 5, 6

D) 3, 4, 7

E) 2, 5, 7

7. Empirik metod olan müşahidənin etibarlı nəticə verməsi ilk növbədə hansı amillərdən asılıdır ?

1 – Müxtəlif texniki vasitələrdən istifadə olunması

2 – Müşahidə ilə əlaqədar qarşıya dəqiq və aydın məqsədin qoyulması

3 - İlkin xarakterli müşahidə sxeminin hazırlanması

4 - Aparılacaq müşahidənin şəraitinin və mərhələlərinin planlaşdırılması Müvafiq

5 – Müşahidə olunan məsələ ilə əlaqədar psixoloji ədədbiyyatın öyrənilməsi

6 – Müşahidə materiallarının ardıcıl olaraq qeydə alınması

7 – Müşahidə olunanların yaş və fərdi xüsusiyyətlərinin öyrənilməsi

A) 1, 3, 7

B) 2, 4, 6

C) 4, 5, 6

D) 1, 4, 7

E) 5, 6, 7

8. Aşağıda irəli sürülən fikirlərin hansı doğrudur?

1 - Müstəqil dəyişənlər arasında mövcud olan əlaqələrin qiymətləndirilməsində “səviyyə”, “korrelyasiya” və “asılılıq” anlayışlarının izahedici imkanlarından istifadə olunur xarakterizə oluna bilər

2 - Qarşıya dəqiq və aydın məqsədin qoyulması müşahidənin etibarlı nəticə verməsinin ən mühüm şərti kimi

3 - Strukturalizm adlanan psixoloji istiqamətin tərəfdarları sensor və motor reaksiyaların mexanizmlərinin öyrənilməsini ön plana çəkir

4 - Formal əlamətlər əsasında eksperimental tədqiqatın dörd tipini fərqləndirmək olar

5 - “Davanış eksperimenti” anlayışı psixoanaliz cərəyanının tərəfdarları tərəfindən irəli sürülmüşdür

6 – Alman psixologiyasında irəli sürülən “psixofiziki fərd” anlayışı Q. T. Fexnerə məxsusdur

7 – Bioqrafik metod empirik metodlar qrupuna daxildir

A) 1, 3, 6

B) 2, 5, 7

C) 3, 4, 7

D) 4, 5, 6

E) 5, 6, 7

9. Psixoloji tədqiqatın aparılması prosesində müşahidənin seçici xarakteri nədə ifadə olunur ?

1 – Aparılan psixoloji tədqiqat prosesində sınanılanların davranışının təzahür xüsusiyyətlərinə və tiplərinə xüsusi maraq göstərilir

2 - Psixoloq müşahidə olunanların müəyyən xüsusiyyətlərini və keyfiyyətlərini ayıraraq özünün tədqiqat obyektinə çevirir

3 - Müşahidə çox məhdud sayda olan sınananlar üzərində aparılır

4 – Müşahidə prosesində konkret faktların toplanılmasına xüsusi diqqət yetirilir

5 – Müşahidənin bu növü daha aktiv və məqsədyönlü xarakter daşıyır

6 – Müşahidə prosesində toplanılan faktların konkret psixoloji təhlili aparılır

7 – Aparılan müşahidənin nəticəsi olaraq bəzi ümumi xarakterli fikirlər irəli sürülür

A) 2, 3, 7

B) 1, 3, 4, 7

C) 4, 6

D) 2, 5

E) 1, 4

10. Psixoloqun müşahidə etdiyi adamların davranışına orta qiymət verməyə meyli hansı amilin təsiri ilə şərtlənir?

1 - Müşahidə prosesində toplanılan faktlara obyektiv qiymət verilmir

2 - Mərkəzi tendensiyanın səhvi

3 - Müşahidə materialları təhlil edilərkən psixoloq subyektiv təəssuratlarına daha çox üstünlük verir

4 - Müşahidə prosesində müsbət əlamətlərin aşkarlanmasına daha çox əhəmiyyət verilir

5 - Psixoloq yalnız irəli sürdüyü fərziyyənin doğruluğunu təsdiqləyən faktların qeyd olunmasını təmin edir

6 – Şəxsi rəğbət hissi üstün mövqeyə malik olur

A) 3, 4, 5

B) 4, 5, 6

C) 1, 4, 6

D) 1, 2, 3

E) 2, 5, 6

11. Qeyri – sistematik müşahidənin əsas əlamətlərinin ardıcıllığını müəyyən edin :

1 - Aparılan müşahidə prosesində asılı dəyişənlərlə bağlı ilkin məlumatlar əldə edilir

2 - Müşahidə olunan hadisələrin ümumi səciyyəsi verilir

3 - Müşahidə ümumi xarakter daşıyır və onun dəqiq planı olmur

4 - Fərdin və ya qrupun davranışının ümumi vəziyyətinin müəyyənləşdirilməsinə nail olunur

5 - Psixi fakt və hadisələrin səbəbiyyət əlaqələrinə dair ilkin xarakterli məlumat əldə edilir

6 – Belə tipli müşahidənin nəticələri müvafiq psixoloji problem üzrə daha ətraflı və ciddi tədqiqatın aparılması üçün obyektiv zəmin yarada bilər

A) 6, 3, 1

B) 1, 3, 5

C) 2, 5

D) 4, 2, 6

E) 5, 2, 1

12. Sistematik müşahidənin səciyyəvi əlamətlərinin ardıcıllığını müəyyən edin :

1 - Müşahidə prosesində əldə olunan faktların ardıcıl olaraq qeyd edilməsi

2 - Müşahidə olunanların tərkibinin müəyyənləşdirilməsi

3 - Müşahidə planının tərtib edilməsi və davranışın öyrəniləcək xüsusiyyətlərinin fərqləndirilərək müəyyənləşdirilməsi

4 - Müşahidə aparılacaq şəraitin öyrənilməsi

5 - Müşahidə faktlarının toplanılması , sistemə salınması və təhlili

A) 3, 2, 4, 1, 5

B) 2, 4, 3, 1, 5

C) 1, 2, 3, 4, 5

D) 4, 2, 3, 1, 5

E) 2, 1, 4, 3, 5

13. Seçmə müşahidənin əsas istiqamətlərinin ardıcıllığını müəyyən edin :

1 – Davranışın müəyyən xüsusiyyətlərinin öyrənilməsinə nail olunur

2 – Emosional xüsusiyyətlərin və təzahürlərin öyrənilməsi vəzifəsi qarşıya qoyulur

3 – İdrak fəaliyyətinin çoxcəhətli xüsusiyyətlərinin öyrənilməsi seçmə müşahidənin obyekti kimi ayrıla bilər

4 – Ətrafdakılarla qarşılıqlı münasibətlərin psixoloji xüsusiyyətlərinin öyrənilməsi

5 – Texniki vasitələrin tətbiqi imkanlarının müəyyənləşdirilməsi

6 – Fəaliyyətin nəticələrinin öyrənilməsi və təhlili

A) 5, 1, 3, 6

B) 2, 1, 5, 6

C) 3, 4, 5, 6

D) 6, 4, 2, 5

E) 1, 3, 4, 2

14. “ İlk təəssüratın səhvi” adlanan nöqsana xas olan əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Psixoloq müşahidə olunana şəxsi rəğbətini gizlətmir

2 - Müşahidəçi özündə olan əlamətlərə əks olan əlamətlərə daha çox diqqət yetirir

3 - Müşahidə olunanların daha çox müsbət əlamətlərinin aşkara çıxarılmasına meyl edilir

4 - Müşahidə olunan haqqında ilk təəssürat onun davranışının sonradan qavranılmasına və qiymətləndirilməsinə təsir göstərir

5 - Psixoloq müşahidə olunana və şəraitə emosional münasibət bəsləyir

6 – Davranışın bir əlaməti digər əlamət əsasında qiymətləndirilir

7 – Müşahidə faktları qiymətləndirilərkən subyektiv təəssuratlara da istinad edilir

A) 7, 2, 1, 3, 4

B) 3, 4, 6, 1, 5

C) 4, 3, 1, 5, 7

D) 5, 1, 3, 7, 2

E) 2, 4, 3, 5, 6

15. Müşahidənin “Mərkəzi tendensiyanın səhvi” adlanan nöqsanını xarakterizə edən əlamətlərin ardıcıllığını müəyyən edin :

1 – Davranışa verilən qiymətin obyektivliyi konkret xarakter daşımır

2 - Müşahidə prosesində daha çox mənfi faktların toplanılmasına meyl edilir

3 – Psixoloq müşahidə olunana qarşı güzəştli mövqe nümayiş etdirir

4 - Psixoloq müşahidə etdiyi adamların davranışına orta qiymət verməyə meyl edir

5 – Müşahidə olunanın davranışının qiymətləndirilməsində ciddi səhvlərə yol verilir

6 – Psixoloq müşahidə olunanın davranışına orta qiymət verməklə ilkin fərziyyəsini təsdiqləməyə nail olmaq istəyir

A) 4, 1, 6, 3

B) 2, 4, 5, 6

C) 3, 4, 6

D) 1, 3, 4, 5

E) 3, 2, 1

16. Müşahidə metodunu eksperiment metodundan fərqləndirən əsas əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Müşahidə aparılması planlaşdırılan eksperimental tədqiqatın hazırlıq mərhələsi funksiyasını yerinə yetirir və müşahidə olunan situasiya ciddiliklə ayırd edilmir

2 - Müşahidədən fərqli olaraq eksperimentin aparılması ilə bağlı bütün şərait qabaqcadan müəyyənləşdirilir

3 - Müşahidədə qarşıya qoyulan eksperimental vəzifənin yerinə yetirilməsi nəzərdə tutulur

4 - Müşahidə prosesində əldə olan faktların etibarlığı, eksperimentdən fərqli olaraq, o qədər də dərindən yoxlanılmır

5 – Müşahidə olunan situasiya ciddiliklə ayırd edilmir

6 - Eksperiment şəraitində müşahidədən fərqli olaraq, sınanılanların hərəkət və davranışı daha ciddi dəqiqliklə qeydə alınır

A) 6, 4, 5, 3, 1

B) 2, 1, 6, 5, 3

C) 4, 3, 2, 6, 1

D) 5, 6, 3, 4, 2

E) 3, 5, 4, 6

17. Müşahidənin etibarlı nəticə verməsini şərtləndirən əsas əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Müvafiq müşahidə sxeminin hazırlanması

2 - Aparılacaq müşahidənin şəraitinin və mərhələlərinin planlaşdırılması

3 - Qarşıya dəqiq və aydın məqsədin qoyulması

4 - Müşahidə faktlarını təsbit etmək üçün müxtəlif texniki vasitələrdən istifadə olunması

5 - Müşahidə sayəsində əldə olunan faktların dəqiq və ardıcıl qeydə alınması

6 – Müşahidə olunan əlamət üzrə psixoloji ədəbiyyatın öyrənilməsi

A) 4, 2, 1

B) 2, 4, 6

C) 1, 3, 6

D) 3, 2, 5

E) 6, 4, 2

18. Müşahidə metoduna xas olan nöqsanların şərtləndirdikləri əlamətlərlə uyğunluğunu müəyyən edin :

I – Qallo effekt

II – Güzəşt effekti

III – İlk təəsüratın səhvi

1 – Davranışla bağlı istənilən hərəkət və ya münasibət tərzinə müsbət qiymət verilir

2 – Ümumiləşmiş təəsuratın təsiri altında davranışın qiymətləndirilməsində kobud səhvlərə yol verilir

3 – İlkin təəsurat fərdin sonradan başqa şəraitdə qiymətləndirilməsinə bilavistə təsir göstərir

4 – Müşahidəçi – psixoloq davranışı izlənilən fərdə qarşı müsbət mövqeyini dəyişmir

5 – Psixoloq ilkin mövqeyinin təsiri altında fərdin davranışında baş verən dəyişiklikləri nəzərə almaq istəmir

6 – Psixoloq fərd haqqında olan ilkin rəyindən azad olabilmir

A) I – 2, 1; II – 6, 3; III – 4, 5;

B) I – 2, 4; II – 1, 6; III – 3, 5;

C) I – 2, 5; II – 1, 4; III – 3, 6;

D) I – 2, 6; II – 1, 5; III – 3, 4;

E) I – 6, 3; II – 4, 5; III – 1, 2;

19. Uyğunluğu müəyyən edin :

I – Mərkəzi tendensiyanın səhvi

II – Korrelyasiyanın səhvi

III – Kontrastın səhvi

1 – Davranışın bir əlaməti əsaında onun digər əlaməti qiymətləndirilir

2 – Müşahidə olunanın davranışına orta qiymət verilir

3 – Psixoloq müşahidə apararkən müşahidə olunanla özünə xas olan əlamətlərə əks olan əlamətləri müəyyənləşdirməyə meyl edir

4 – Psixoloq müşahidə olunanın intellektini onun nitqinin sürətli olmasına istinad etməklə qiymətləndirir

5 – Müşahidə aparan psixoloq davranışa ya müsbət, ya da mənfi qiymət vermir

6 – Müşahidə olunan davranışına verilən qiymət orta olmaqla qeyri – müəyyən xarakter daşıyır

7 – Davranışın konkret xüsusiyyətlərinin digər xüsusiyyətə istinadən qiymətləndirilməsi müşahidənin obyektivliyini təmin etmir

A) I – 2, 3, 5, 6; II – 4, 7; III – 1;

B) I – 2, 4, 5, 7; II – 1, 3; III – 6;

C) I – 1, 4, 5, 7; II – 2, 3; III – 6;

D) I – 1, 3, 6, 7; II – 2, 5; III – 4;

E) I – 2, 4, 5, 6; II – 1, 4; III – 3;

20. Uyğunluğu müəyyən edin :

I – Müşahidə metodu

II – Eksperiment metodu

1 – Tədqiqat xüsusi təşkil olunmuş laboratoriya şəraitində aparılır

2 – Əldə olunan faktların elmi etibarlığı yüksək olmur

3 – Sınanılanın davranışı ciddi dəqiqliklə və ardıcıl surətdə qeydə alınır

4 – Tədqiqat prosesində psixoloq yüksək aktivlik nümayiş etdirmir

5 – Asılı olmayan dəyişənlərlə fəal iş aparılır

6 – Eksperimental vəzifənin yerinə yetirilməsi qarşıya qoyulmur

7 – Sınanılanlar tədqiqat şəraitinə hazırlanır və təlimatlandırılırlar

8 – Tədqiqatın aparıldığı situasiya ciddi surətdə fərqləndirilmir

9 – Tədqiqatla əlaqədar psixoloji gərginliyin aradan qaldırılması aktual xarakter daşıyır

A) I – 2, 4, 7, 9; II – 1, 3, 5, 6, 8;

B) I – 2, 4, 6, 8; II – 1, 3, 5, 7, 9;

C) I – 3, 4, 5, 8; II – 1, 2, 6, 7, 9;

D) I – 2, 5, 7, 9; II – 1, 3, 4, 6, 8;

E) I – 4, 6, 7, 8; II – 1, 2, 3, 5, 9;

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin