İxtisas: Təhsildə sosial psixoloji xidmət ##Bölmə : Azərbaycan bölməsi


##num=11//level=1// sumtest=20 //name=Müsahibə metodu. İntervyü, arxiv və proyektiv metodların psixoloji tədqiqatlarda istifadə imkanları//



Yüklə 1,07 Mb.
səhifə11/15
tarix28.02.2020
ölçüsü1,07 Mb.
#102211
1   ...   7   8   9   10   11   12   13   14   15

##num=11//level=1// sumtest=20 //name=Müsahibə metodu. İntervyü, arxiv və proyektiv metodların psixoloji tədqiqatlarda istifadə imkanları//


1. Psixoloji tədqiqatın başlanğıc mərhələsində istifadə olunan intervyu metodunun əsas funksiyası necə xarakterizə oluna bilər?

A) Problemə dair ilkin xarakterli məlumat toplanılır və tədqiqatın fərziyyəsi müəyyənləşdirilir

B) Tədqiq olunması planlaşdırılan problemlə əlaqədar əlavə faktların toplanılmasına nail olunur

C) Aktiv müşahidənin aparılması üçün ilkin zəminin yaradılması təmin edilir

D) Sorğuya cəlb olunanların şəxsi mövqeyi, fikir və mülahizələri öyrənilir, qeydə alınır və sonradan təhlil edilir

E) Aktiv metodlar vasitəsilə aparılacaq psixoloji tədqiqatın hazırlıq mərhələsini təşkil edir

2. Aşağıdakılardan hansı intervyu metodunun əsas funksiyasını düzgün ifadə edir?

A) Bu metodun tətbiqi prosesində sorğuya cəlb olunanla sorğunu aparan arasında qarşılıqlı inama əsaslanan münasibətlər qurulur

B) İntervyu sosial psixolgiya sahəsində aparılan tədqiqatlarda istifadə olunur

C) Məqsədyönlü sorğunun aparılması ilə əlaqədar vəzifələrin reallaşdırılmasına xidmət edir

D) Psixoloq sual və cavablara münasibətini bildirmir

E) İntervyu suallar toplusundan istifadə etməklə aparılan sosial - psixoloji tədqiqatdır

3. Aşağıdakılardan hansı “arxiv metodu”nun əsas xarakteristikası kimi ön plana çəkilə bilər ?

A) Aktual davranış müşahidə olunur

B) Tədqiqatçı maraqlandığı şəxsiyyətin gündəliklərini, arxiv materiallarını, əmək, təlim və yaradıcı fəaliyyətin məhsullarını təhlil edir

C) Psixoloq konkret insanın həyat və fəaliyyətinin tarixini öyrənir

D) Psixoloq həyatını öyrəndiyi insanla ünsiyyətdə olmur və onu şəxsən tanımır

E) Bu metod vasitəsilə həyat və fəaliyyəti ictimai maraq doğuran insanlar öyrənilir

4. Məqsədyönlü sorğu hansı konkret metodun mahiyyətini təşkil edir ?

A) Təbii eksperiment

B) Müsahibə

C) Kliniki müsahibə

D) İntervyu

E) Bioqrafik metod

5. Aşağıdakılardan hansı empirik metodlara aid deyil ?

1 - Müşahidə

2 - Riyazi metod

3 - Psixodiaqnostik metod

4 – Longityudal metod

5 – Anket metodu

6 – Kəmiyyət təhlili metodu

7 - “Əkizlər” metodu

8 – Keyfiyyət təhlili metodu

9 – Bioqrafik metod

A) 2, 3, 5, 7

B) 1, 3, 5, 8

C) 3, 4, 6, 7

D) 4, 7, 8, 9

E) 2, 4, 6, 8

6. Aşağıdakılardan hansı kəmiyyət - keyfiyyət metodlarına aid deyil?

1 - Kəmiyyət təhlili metodu

2 - Sosimetriya metodu

3 - Riyazi statistik metod

4 – Bioqrafik metod

5 - Keyfiyyət təhlili metodu

6 – Müşahidə və özünümüşahidə

7 – Materialın tipə, qrupa, variantlara görə təsnifatı

8 – Psixodiaqnostik metodlar

A) 1, 4, 7, 8

B) 3, 5, 6, 7

C) 2, 4, 6, 8

D) 4, 5, 6, 8

E) 2, 3, 5, 7

7. Psixodiaqnostik metodlara hansı metodlar aiddir?

1 - Testlər

2 - Modelləşdirmə

3 - Anket

4 - Intervyu

5 - Eksperiment

6 – Kəmiyyət təhlili metodu

7 – Təşkilati metodlar

8 – Sosiometriya

A) 2, 5, 6, 7

B) 1, 3, 4, 8

C) 3, 4, 5, 7

D) 1, 6, 7

E) 4, 5, 6, 7

8. Aşağıdakılardan hansılar psixodiaqnostik metodların mahiyyətinə uyğun gəlir ?

1 - Testlər

2 - Müşahidə və özünümüşahidə

3 - Anketlər

4 - Kəmiyyət və keyfiyyət təhlili metodları

5 – İntervyu

6 - Təşkilati və emprik metodlar

7 – Sosimetriya

A) 4, 5, 6, 7

B) 2, 4, 5, 6

C) 1, 3, 5, 7

D) 3, 4, 5, 7

E) 2, 3, 4, 6

9. Sadalanan fikirlərin hansı doğrudur?

1 - Müşahidə prosesində “Korrelyasiyanın səhvi” adlanan nöqsanın mahiyyəti onda ifadə olunur ki, tədqiqatçının özündə olunan əlamətlərə əks olan əlamətləri müəyyənləşdirməyə meyl edir

2 - “Arxiv metodu”nun mahiyyəti ondan ifadə olunur ki, psixoloq maraqlandığı şəxsiyyətin gündəliklərini, arxiv materiallarını, əmək, təlim və yaradıcı fəaliyyətinin nəticələrini təhlil edir.

3 - Psixologiya tarixində “iradi diqqət nəzəriyyəsi” N. N. Lanqe tərəfindən irəli sürülmüşdür

4 - Eksperiment metodu passiv metodların tətbiqi şəraitində alınan nəticələrin yenidən yoxlanılmasına xidmət edir

5 - Psixofiziologiyada şərti reflekslər metodu İ. P. Pavlov tərəfindən irəli sürülmüşdür

6 – Klassik psixologiyada sosiometriya metodu A. H. Maslou tərəfindən işlənərək irəli sürülmüşdür

7 – Bioqrafik metod proyektiv metodun tərkib hissəsinə daxildir

A) 2, 3, 5

B) 1, 4, 6, 7

C) 2, 5, 7

D) 3, 4, 6, 7

E) 3, 5, 6

10. Sosiometriya metodunun əsas funksiyalarının ardıcıllığını müəyyən edin :

1 - Şəxsiyyətlərarası münasibətlərdə qarşılıqlı seçimin motivasiya əsasları müəyyənləşdirilir və təhlil edilir

2 - Müvafiq qruplarda emosional meyllərin mənzərəsi aydınlaşdırılır

3 - Qrup və kollektivdə mövcud olan subyektiv münasibətlər aşkara çıxarılaraq səciyyələndirilir

4 - Qrup və kollektivdə qarşılıqlı münasibətlərin vəziyyəti aşkarlanaraq xarakterizə edilir

5 - Şəxsiyyətlərarası münasibətlər öyrənilir

6 – Real qruplarda mövcud olan psixoloji əhval – ruhiyyənin xarakterini aşkara çıxarır

A) 6, 2, 4, 1

B) 4, 3, 1, 5

C) 1, 3, 5, 6

D) 2, 4, 3, 5

E) 3, 2, 5, 6

11. “Arxiv metodu”nun mahiyyətini xarakterizə edən əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Tədqiqatçı heç bir ölçmə aparmır

2 - Tədqiqatçı sınananla ünsiyyətdə olmur və onu tanımır

3 - Tədqiqatçı konkret insanın həyat tarixini öyrənir

4 - Aktual davranış müşahidə olunmur

5 - Tədqiqatçı maraqlandığı şəxsiyyətin gündəliklərini və arxiv materiallarını öyrənir

6 – Tədqiqatçı şəxsiyyətin əmək, təlim və yaradıcı fəaliyyətinin məhsullarını araşdırır və təhlil edir

A) 1, 6, 4

B) 2, 4, 3

C) 1, 6, 2

D) 4, 2, 5

E) 5, 6, 3

12. Proyektiv metodun əsas əlamətlərinin ardıcıllığını müəyyən edin :

1 - Fəaliyyətin nəticələri öyrənilir və təhlil edilir

2 - Testlər əsas metod kimi istifadə olunur

3 - Eksperimental tədqiqatın məqsədlərinə uyğun olaraq tətbiq edilir

4 - Testlərə və fəaliyyətin məhsullarının təhlilinə istinad etməklə psixoloji tədqiqatın aparılması təmin edilir

5 - Müvafiq təlimat əsasında konkret tapşırıqların yerinə yetirilməsi prosesi izlənilir və təhlil edilir

6 – Tədqiqat prosesində fəaliyyətin səmərəli növlərinin tədqiqat imkanlarından istifadə olunur

A) 2, 6, 4, 1

B) 4, 1, 5, 2

C) 6, 3, 2, 1

D) 5, 3, 1, 6

E) 3, 6, 5, 2

13. İntervyu metodunun mahiyyətini xarakterzə edən əsas əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Bu metod psixologiyada geniş surətdə istifadə olunan üsullar sırasına daxildir

2 - Məqsədyönlü sorğunun aparılması ilə əlaqədar məqsədlərə xidmət edir

3 – İntervyu aparılarkən respodentlərin yaş xüsusiyyətləri nəzərə alınır

4 – Verilən suallara və respodentlərin cavablarına münasibət bildirilmir

5 – Respodentlərlə intervyunu aparan psixoloq arasında səmimi münasibətlərin yaradılmasına anil olunur

6 – İntervyu prosesində respodentlərin emosional rahatlığı üçün şərait yaradılır

7 - İntervyu – sorğu qabaqcadan müəyyənləşdirilmiş və əsaslandırılmış suallar toplusundan istifadə etməklə aparılan sosial – psixoloji tədqiqat metodu kimi xarakterizə oluna bilər

A) 2, 6, 3

B) 1, 3, 6

C) 3, 7, 5

D) 4, 7, 6

E) 2, 5, 4

14. Proyektiv metodun əsas funksiyalarının ardıcıllığını müəyyən edin :

1 - Fəaliyyətin nəticələri öyrənilir və təhlil edilir

2 - Aparılması planlaşdırılan eksperimental tədqiqatın məqsədlərinə uyğun olaraq tətbiq edilir

3 - Fəaliyyət məhsullarının təhlilinə və testlərə istinad etməklə psixoloji tədqiqatın aparılması təmin edilir

4 - Müxtəlif xarakterli testlər silsiləsi əsas tədqiqat metodu kimi istifadə olunur

5 – Psixodiaqnostik məqsədlərin reallaşdırılmasına xidmət edir

6 - Psixoloq konkret təlimat əsasında sınanılana təqdim edilən tapşırıqların yerinə yetirilməsi prosesini izləyir və bu əsasda obyektiv psixoloji təhlilin aparılmasına nail olur

A) 6, 3, 1, 2

B) 2, 3, 5, 6

C) 2, 5, 4

D) 3, 4, 6, 1

E) 5, 4, 2

15. Subyekt anlayışının mahiyyətini xarakterizə edən əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Özünütəhlilə meyl edən insan

2 - Aktiv həyat mövqeyinə malik olan insan

3 - Obyektiv reallığa münasibətini ifadə edən insan

4 - Cəmiyyətin tərəqqisində fəal mövqe tutan insan

5 - Obyektiv aləmi dərk edən və dəyişən insan

6 – Davranış və fəaliyyətini idarə etməyi bacaran insan

A) 2, 4, 5

B) 1, 3, 6

C) 5, 3

D) 4, 6

E) 1, 5, 2

16. İntervyu metodunun mahiyyətini xarakterizə edən əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Bu metod sosial psixologiyada geniş surətdə istifadə olunur

2 - İntervyu qabaqcadan əsaslandırılmış, suallar toplusundan istifadə etməklə aparılan sosial - psixoloji tədqiqatdır

3 - Sorğu aparan psixoloq sual və cavablara və onların məzmununa münasibətini bildirmir

4 - İntervyu prosesində sorğuya cəlb olunanla sorğunu aparan arasında inama əsaslanan münasibətlər qurulur

5 - İntervyu məqsədyönlü sorğunun aparılması ilə əlaqədar məqsədlərə xidmət edir

6 – İntervyu eksperimental – psixoloji tədqiqatın hazırlıq mərhələsini təşkil edir

A) 5, 2, 4

B) 1, 3, 6

C) 2, 4, 6

D) 5, 1, 4

E) 6, 1, 3

17. Aşağıda adları qeyd olunan görkəmli psixoloqların elmi yaradıcılığının istiqamətlərinin uyğunluğunu müəyyən edin :

I – Ə. S. Bayramov

II – Ə. Ə. Əlizadə

1 – Şagirdin təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri

2 – Kiçik məktəblilərdə təfəkkürün tənqidiliyinin və müstəqilliyinin inkişafının fərdi xüsusiyyətləri

3 – Şəxsi qarşılıqlı münasibətlərin formalaşmasında cinsi diformizmin rolu

4 – Şəxsiyyətin təşəkkül və inkişafının psixoloji qanunauyğunluqları

5 – Əqli keyfiyyətlərin inkişaf dinamikası

6 – Etnopsixoloji məsələlərin psixososial tədqiqi

7 – Şagirdlərdə təfəkkürün inkişaf xüsusiyyətləri

A) I – 2, 4, 6, 7; II – 1, 3, 5;

B) I – 2, 4, 5, 7; II – 1, 3, 6;

C) I – 2, 3, 6, 7; II – 1, 4, 5;

D) I – 1, 4, 5, 6; II – 2, 3, 7;

E) I – 2, 3, 5, 7; II – 1, 4, 6;

18. Uyğunluğu müəyyən edin :

I – Proyektiv metod

II – Arxiv metodu

1 – Yaradıcı şəxsiyyətin həyat yolu öyrənilir

2 – Sınanılana müəyyən tapşırıqların yerinə yetirilməsinə dair təlimat verilir

3 – Psixoloq heç bir ölçmə aparmır

4 – Aktual davranış müşahidə olunmur

5 – Testləşdirmə yolu il psixi funksiyaların inkişafının aktual vəziyyəti aşkara çıxarılır

6 – Yaradıcı fəaliyyətin məhsulları gündəliklər qeyd kitabçaları vəs airə öyrənilir və təhlil edilir

7 – Sınanılanın fəaliyyətinin nəticələrinin araşdırılmasına və ümumiləşdirilməsinə əsaslı diqqət yetirilir

A) I – 2, 5, 7; II – 1, 3, 4, 6;

B) I – 2, 3, 7; II – 1, 4, 5, 6;

C) I – 2, 4, 6; II – 1, 3, 5, 7;

D) I – 1, 4, 6; II – 2, 3, 5, 7;

E) I – 2, 3, 6; II – 1, 4, 5, 7;

19. Uyğunluğu müəyyən edin:

I – Müsahibə metodu

II – İntervyü metodu

1 – İnsanın davranışının öyrənilməsinin özünəməxsus metodudur

2 – Fərdi - şəxsi xüsusiyyətləri öyrənməyə imkan verir

3 – Sorğu metodunun bir növü kimi xarakterizə olunur

4 – Qarşılıqlı dialoqa əsaslanır

5 – Sual və cavablara münasibət bildirilmir

6 – Eksperimental metodun strukturasına daxildir

7 – İnama əsaslanan münasibətlər qurulur

8 – Kliniki - psixoloji tədqiqatlarda geniş surətdə istifadə olunur

9 – Sosial psixologiyada istifadə olunan metodların tərkibinə daxildir

A) I – 2, 4, 6, 7, 9 II – 1, 3, 5, 8

B) I – 1, 2, 5, 7, 8 II – 3, 4, 6, 9

C) I – 1, 3, 5, 6, 7 II – 2, 4, 8, 9

D) I – 1, 2, 4, 6, 8 II – 3, 5, 7, 9

E) I – 1, 3, 4, 6, 9 II – 2, 5, 7, 8

20. Uyğunluğu müəyyən edin :

I – Fəaliyyət proseslərinin və nəticələrinin təhlili metodu

II – Bioqrafik metod

1 – Şəxsiyyətə dair sənədlər və mövcud arxiv materialları öyrənilir

2 – Fəaliyyət məhsullarının öyrənilməsi ayrı – ayrı psixi funksiyaların inkişaf səviyyəsi müəyyənləşdirilir

3 – İnsanın həyat və fəaliyyətinin tarixi öyrənilir

4 – Psixdiaqnostik məqsədlərin reallaşdırılmasına xidmət edir

5 – Eksperimental tədqiqatın ayrılmaz tərkib hissəsi kimi istifadə olunur

6 – İnsanın cəmiyyət qarşısında xidmətlərini müəyyənləşdirməyə obyektiv zəmin yaradır

A) I – 3, 5, 6; II – 1, 2, 4;

B) I – 2, 3, 5; II – 1, 4, 6;

C) I – 1, 3, 5; II – 2, 4, 6;

D) I – 2, 4, 5; II – 1, 3, 6;

E) I – 2, 5, 6; II – 1, 3, 4;

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin