İxtisas: Təhsildə sosial psixoloji xidmət ##Bölmə : Azərbaycan bölməsi

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.07 Mb.
səhifə2/15
tarix28.02.2020
ölçüsü1.07 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

##num=2//level=1// sumtest=20 //name=Eksperimental psixologiyanın təşəkkül və inkişafının tarixi – psixoloji səciyyəsi//


1. Görkəmli psixoloqlar P. Fress və J. Piaje eksperimental psixologiyanın rolunu necə xarakterizə edirlər?

A) Yalnız eksperimentin tətbiqi şəraitində əldə edilən faktların obyektivliyi təmin edilə bilər

B) Eksperiment metodu elmi psixologiyanın əsasını təşkil edir

C) Eksperimental psixologiya elmi psixologiya ilə eyniləşdirilir

D) Eksperimental psixologiya bütün metodların tədqiqat imkanlarını optimallaşdırır

E) Eksperimental psixologiya çoxsaylı psixotexnoloji üsul və vasitələrin işlənilməsinin elmi əsasını təşkil edir

2. Aşağıdakılardan hansı subyektiv metod kimi xarakterizə oluna bilər ?

A) Kliniki metod

B) Tərcümeyi – hal

C) Özünümüşahidə metodu

D) İntervyu metodu

E) Testlər metodu

3. İlk eksperimental psixoloji laboratoriya hansı ölkədə təşkil edilmişdir ?

A) İtaliya

B) İngiltərə

C) Fransa

D) Almaniya

E) Avstriya

4. Uyğunluq gözlənilmişdir :

A) Ucadan mühakimə yürütmək metodu – G. Ebbinhauz

B) Əkizlər metodu – C. Kettel

C) İntellektual test anlayışı – S. Q. Xoll

D) Eksperimental intorspeksiya metodu – V. M. Vundt

E) Təbii eksperiment nəzəriyyəsi – N. N. Lanqe

5. Hansı metod aktiv tədqiqat metodu kimi xarakterizə oluna bilər?

A) Sistematik müşahidə metodu

B) Eksperiment və onun müxtəlif növləri

C) Fəaliyyətin nəticələrinin öyrənilməsi və təhlili metodu

D) Müqayisəli genetik metod

E) “Arxiv” metodu

6. Heyvanlar aləmində psixi inkişafın qanunauyğunluqlarını hansı elm sahəsi öyrənir?

1 - Biologiya

2 - Zoopsixologiya

3 - Fiziologiya

4 - Etologiya

5 – Psixofiziologiya

6 – Neyropsixologiya

7 - Müqayisəli psixologiya

8 – Tibbi psixologiya

A) 2, 4, 7

B) 1, 4, 6, 8

C) 4, 6, 8

D) 2, 3, 5, 6

E) 1, 3, 7, 8

7. Müasir psixologiyada eksperimental psixologiyanı elmi psixologiya ilə eyniləşdirməklə bağlı mövqe hansı psixoloqlara məxsusdur ?

1 – A. Bine

2 – P. Fress

3 – L. S. Vıqotski

4 – S. Q. Xoll

5 – J. Piaje

6 – N. N. Lanqe

A) 1, 4, 6

B) 2, 5

C) 2, 6

D) 3, 5, 6

E) 2, 4

8. Psixikanın mexanizmlərinin öyrənilməsində hansı elm sahələri aparıcı mövqeyə malikdir ?

1 – Tibbi psixologiya

2 – Psixofiziologiya

3 – Patoloji anatomiya

4 – Biologiya

5 – Neyropsixologiya

6 – Psixonevrologiya

A) 2, 5

B) 1, 4, 6

C) 2, 4

D) 4, 5, 6

E) 2, 6

9. Aşağıda verilənlərin hansı doğrudur ?

1 – Eksperimental introspeksiya metodu A. Bine tərəfindən işlənərək tətbiq edilmişdir

2 – XX əsrin əvvəllərində eksperimental metod psixodiaqnostik metod və işləmələrin tərkibinə daxil edilmişdir

3 – Psixologiya tarixində obyektiv psixologiyanın banisi İ. P. Pavlov sayılır

4 – Şərh metodlarına struktur və genetik metodların müxtəlif variantları daxildir

5 – Psixologiya tarixində refleksologiya nəzəriyyəsi V. M. Bexterev tərəfindən irəli sürülmüşdür

6 – Klassik psixologiyada irəli sürülən iradi diqqət nəzəriyyəsi A. F. Lazurskiyə məxsusdur

A) 2, 5, 6

B) 1, 3, 6

C) 2, 4, 5

D) 1, 2, 5

E) 3, 4, 6

10. Sadalananlardan hansı doğrudur ?

1 – Ümumi metoda uyğun olaraq psixoloji tədqiqatın konkret üsullarının müəyyənləşdirilməsi metodika anlayışının məzmun əhatəsinə daxildir

2 – Klassik psixologiyada təfəkkürün tədqiqində istifadə olunan ucadan mühakimə yürütmək metodu İ. A. Piaje tərəfindən irəli sürülmüşdür

3 – Psixoloq qeyri – simmetrik müşahidə aparmaq yolu ilə ilkin xarakterli materialların toplanılmasına nail olur

4 – Amerikada ilk eksperimental psixoloji laboratoriya S. Q. Xoll tərəfindən təşkil olunmuşdur

5 – Müşahidə və anket metodu aktiv xarakterli metodu kimi istifadə oluna bilər

6 – Metologiya anlayışı psixoloji tədqiqatın təşkilinin ümumi olan prinsip və vasitələrinin sistemini ifadə edir

A) 3, 4, 6

B) 2, 3, 5

C) 1, 4, 6

D) 1, 2, 5

E) 1, 3, 6

11. Kompleks metodlar qrupuna aid olan metodların ardıcıllığını müəyyən edin :

1 – Müşahidə və özünümüşahidə

2 – Müqayisəli metod

3 – Bioqrafik metod

4 – Longityudal metod

5 – Kompleksli metod

6 – Psixodiaqnostik metodlar

A) 4, 5, 6

B) 1, 4, 6

C) 2, 3, 5

D) 3, 4, 6

E) 2, 4, 5

12. Klassik eksperimentologiyanın inkişafının eksperiment mərhələsinin əsas istiqamətinin ardıcıllığını müəyyən edin :

1 - Konkret eksperimental metodikaların işlənilməsi və tətbiqi

2 - Eksperimentin nəticələrinin statistikası

3 - Psixi hadisələrin eksperimental laboratoriyalarda öyrənilməsinin təşkili

4 - Hadisələrin xarici təzahürlərinə dair məlumatların əldə edilməsi

5 - Empirik metodlar vasitəsilə toplanılan faktların yoxlanılması və ölçülərin aparılması

6 - Faktların toplanılması

7 - Psixi proseslərin, davranışın və şəxsiyyətin obyektiv psixoloji metodlarla öyrənilməsinin mümkünlüyünün təsdiqlənməsi

A) 6, 4, 2

B) 1, 3, 6

C) 2, 4, 5

D) 7, 3, 1

E) 4, 6, 7

13. Psixi tədqiqatlarda daha çox istifadə olunan empirik metodların ardıcıllığını ardıcıllığını müəyyən edin :

1 – Struktur təhlil metodu

2 – Fəaliyyət prosesinin və nəticələrinin təhlili metodu

3 – Müşahidə metodu

4 – Müqayisəli metod

5 – Psixodiaqnostik metodlar

6 – Özünümüşahidə

7 – Laborator eksperimenti

8 – Kəmiyyət təhlili metodu

A) 7, 2, 3, 6

B) 1, 3, 4, 8

C) 3, 7, 5, 2

D) 2, 4, 6, 7

E) 4, 5, 7, 8

14. Təşkili metodların ardıcıllığını göstərin :

1 – Genetik metod

2 - Müşahidə və özünümüşahidə

3 – Kompleksli metod

4 – Bioqrafik metod

5 – Longityudal metod

6 – Psixodiaqnostik metod

7 – Kəmiyyət təhlili metodu

8 – Müqayisəli metod

A) 8, 2, 5

B) 1, 4, 7

C) 2, 5, 6

D) 3, 6, 7

E) 8, 5, 3

15. Psixoloji eksperimentin funksional mahiyyətini xarakterizə edən əsas əlamətlərin ardıcıllığını müəyyən edin :

1 – Psixoloji eksperiment istifadə olunan metodikaların , qaydaların dəqiq surətdə müəyyənləşdirilməsi ilə seçilir

2 – Eksperiment metodu özünün üsul və vasitələrinə, qaydalarına, özünəməxsus çətinliklərə və onların həlli yollarına malikdir

3 – Empirik və diaqnostik üsullarla əldə edilmiş psixoloji faktların eksperiment yolu ilə tədqiqinə yönələn obyektiv metoddur

4 – Özünümüşahidə ilə bağlı faktların təhlilinə əsaslı diqqət yetirilir

5 – Sınanılanların motivləşdirilməsi və təlimatlandırılması diqqət mərkəzində saxlanılır

A) 3, 1, 2

B) 2, 4, 5

C) 4, 1, 3

D) 5, 2, 1

E) 1, 3, 5

16. Uyğunluğu müəyyən edin :

I – Metodologiya

II – Metod

III – Metodika

1 – Metod – psixi hadisələrin öyrənilməsinin üsul və vasitələrinin sistemidir

2 – Ümumi metoda uyğun olaraq tədqiqatın konkret üsullarının müəyyənləşdirilməsi

3 – Tədqiqatın təşkilinin ümumi prinsiplərini ifadə edir

4 – Tədqiqatın fərziyəsinin yoxlanılması

5 – Psixoloji tədqiqatın aparılması vasitələrinin sistemi

6 – Planlaşdırılan tədqiqatın etibarlılığını təmin edəcək üsulun müəyyənləşdirilməsi

7 – Hadisələrin arasında obyektiv əlaqələrin səbəblərinin aşkara çıxarılması

8 – Psixologiyanın öz predmetini tədqiq etmək üçün istifadə etdiyi yol və vasitələrin məcmusu

A) I – 3, 4 II – 1, 5, 7, 6 III – 2, 8

B) I – 3, 5 II – 1, 4, 7, 8 III – 2, 6

C) I – 3, 7 II – 1, 2, 4, 5 III – 6, 8

D) I – 3, 6 II – 1, 2, 7, 8 III – 4, 5

E) I – 3, 8 II – 1, 2, 4, 7 III – 5, 6

17. Eksperimental psixoloji laboratoriyanın təşkil olunduğu ölkələrin və illərin uyğunluğunu müəyyən edin :

1 – Almaniya

2 – ABŞ

3 – Rusiya

4 – Fransa

5 – İngiltərə

a – 1897

b – 1889

c – 1879

d – 1892

e – 1893

A) 1 – a; 2 – e; 3 – c; 4 – d; 5 – b;

B) 1 – d; 2 – c; 3 – a; 4 – e; 5 – b;

C) 1 – c; 2 – d; 3 – e; 4 – b; 5 – a;

D) 1 – b; 2 – a; 3 – b; 4 – e; 5 – c;

E) 1 – e; 2 – b; 3 – d; 4 – a; 5 – c;

18. Klassik psixologiyada çap olunmuş aşağıdakı əsərlərin illər üzrə xronologiyasını müəyyən edin :

1 – Hafizə

2 – Eksperimental psixologiyaya giriş

3 – Fizioloji psixologiya

4 – Psixologiyanın əsasları

A) 1874, 1886, 1903, 1912

B) 1885, 1882, 1910, 1916

C) 1872, 1883, 1904, 1908

D) 1874, 1885, 1901, 1915

E) 1876, 1884, 1905, 1918

19. Uyğunluğu müəyyən edin :

I – Təşkilati metodlar

II – Şərh metodları

1 – Struktur təhlil metodu

2 – Müqayisəli metod

3 – Genetik metod

4 – Longityudal metod

5 – Kompleksli metod

6 – “Uzununa” aparılan genetik tədqiqat

7 – Müqayisəli – patoloji metod

A) I – 2, 7, 4, 5; II – 3, 6, 1;

B) I – 2, 7, 3, 5; II – 4, 6, 1;

C) I – 7, 6, 3, 5; II – 4, 2, 1;

D) I – 6, 3, 5, 4; II – 7, 2, 1;

E) I – 3, 5, 2, 1; II – 7, 6, 4;

20. Uyğunluğu müəyyən edin :

I – Psixoloji eksperimentin funksional mahiyyəti

II – Eksperiment nəzəriyyəsinin mahiyyəti

1 – Eksperiment nəzəriyyəsi – müvafiq hadisələrin izahına sistemli yanaşmadır

2 – Empirik yolla əldə olunmuş faktların obyektivliyi təmin edilir

3 – Mühakimələr, təhlillər və nəticələr əsasında elmi mövqeyin müəyyənləşməsi

4 – Tədqiqat metodlarının elmi baxımdan adekvat xarakter daşımasının təmin edilməsi

5 – Faktlara və elmi prinsiplərə əsaslanaraq müəyyən edilir

6 – Empirik yolla əldə olunmuş faktları öyrənməklə psixologiyanı obyektiv olan fakt və ideyalarla zənginləşdirir

A) I – 1, 4, 5; II – 2, 3, 6;

B) I – 2, 3, 6; II – 1, 4, 5;

C) I – 2, 5, 6; II – 1, 3, 5;

D) I – 3, 2, 6; II – 1, 5, 4;

E) I – 2, 4, 6; II – 1, 3, 5;


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə