İxtisas: Təhsildə sosial psixoloji xidmət ##Bölmə : Azərbaycan bölməsi

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.07 Mb.
səhifə5/15
tarix28.02.2020
ölçüsü1.07 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

##num=5//level=1// sumtest=20 //name=Amerikada eksperimental psixologiyanın inkişafı//


1. Klassik psixologiyada irəli sürülən sınaq və səhv metodu kim tərəfindən işlənilərək irəli sürülmüşdür?

A) R. B. Kettel

B) A. F. Lazurski

C) N. N. Lanqe

D) E. L. Torndayk

E) C. B. Uotson

2. Klassik eksperimentologiyada “intellektual test” anlayışını kim irəli sürmüşdür?

A) C. Kettel

B) F. S. Halton

C) A. Bine

D) S. Q. Xoll

E) J. A. Piaje

3. Klassik amerika eksperimental psixologiyasında ilk laboratoriyanı kim təşkil etmişdir?

A) Q. Ledd

B) C. Uotson

C) S. Xoll

D) D. Bolduin

E) U. Cems

4. Uyğunluq gözlənilmişdir :

A) Funksionalizm – F. Halton

B) Biheviorizm – V. Vundt

C) Struktualizm – E. Tetçener

D) Geştaltpsixologiya – C. Kettel

E) Assonianizm – U. Cems

5. Humanist psixologiya cərəyanının yaradıcılarından sayılan A. X. Maslou hansı ölkədə və neçənci ildə anadan olmuşdur?

A) Almaniyada, 1914 - cü ildə

B) ABŞ - da, 1908 - cil ildə

C) Rusiyada, 1916 - cı ildə

D) Bolqarıstanda, 1919 - cu ildə

E) Fransada, 1924 - cü ildə

6. Eksperimental psixologiyada şərti reflekslər metodunun tətbiqi kimin adı ilə bağlıdır ?

A) V. M. Vundt

B) V. M. Bexterev

C) P. K. Anoxin

D) İ. P. Pavlov

E) F. S. Halton

7. Aşağıda irəli sürülən fikirlərin hansı doğrudur ?

1 – “İntellektual test” anlayışı C. M. Kettel tərəfindən irəli sürülmüşdür

2 – Alman psixoloqu V. M. Vundtun “Fizioloji psixologiya” adlanan əsəri 1884 – cü ildə nəşr olunmuşdur

3 – Görkəmli psixofizioloq Q. T. Fexnerin “Psixofizikanın elementləri” əsəri 1860 – cı ildə nəşr olunmuşdur

4 – Görkəmli rus fizioloqu İ. M. Seçenovun həyatı 1831 – 1907 – ci illəri əhatə edir

5 – “Fizioloji optika” anlayışı G. Helmhols tərəfindən irəli sürülmüşdür

6 – Şəxsiyyətin psixoloji problemlərinin öyrənilməsi ilə əlaqədar “Sahə nəzəriyyəsi” K. R. Rocersə məxsusdur

7 – “Ucadan mühakimə yürütmək” metodu alman psixoloqu O. Külpe tərəfindən irəli sürülmüşdür

A) 4, 5, 6, 7

B) 2, 4, 7

C) 1, 4, 6, 7

D) 3, 5, 6

E) 1, 3, 5

8. Aşağıdakı fikirlərdən hansını düzgün hesab edirsiniz ?

1 – Klassik psixologiyada hafizə sahəsində ilk eksperimental tədqiqatlar E. Meyman tərəfindən aparılmışdır

2 – Psixologiya tarixində eksperimental psixologiya elminin yaradılması İ. M. Seçenovun adı ilə bağlıdır

3 – Metodologiya anlayışı elmi tədqiqatın təşkilinin ümumi olan prinsip və vasitələri sistemini ifadə edir

4 – Almaniyada psixatriya sahəsində ilk eksperimental tədqiqatlar K. Büller tərəfindən aparılmışdır

5 – Rus psixologiyasında raktologiya nəzəriyyəsi K. N. Kornilov tərəfindən irəli sürülmüşdür

6 – Klassik psixologiyada obyektiv psixologiyanın banisi İ. P. Pavlov sayılır

7 – Müşahidə və özünümüşahidə klassik psixologiyada istifadə olunan ilk metodlar kimi xarakterizə oluna bilər

A) 4, 6, 7

B) 1, 4, 5, 6

C) 2, 3, 7

D) 3, 5, 7

E) 1, 3, 4, 7

9. Eksperimental psixologiyanın predmetini və əsas vəzifəsini nə təşkil edir?

1 - Eksperimental psixologiyanın nəzəri məsələlərinin öyrənilməsi

2 - Psixoloji tədqiqatların tarixinin öyrənilməsi

3 - Psixologiyada aparılmış tədqiqatların təhlili

4 – Eksperimental psixologiyanın praktik məsələlərinin öyrənilməsi

5 - Eksperimental psixologiyanın bir elm kimi formalaşmasının tarixinin tədqiqi

6 – Duyğuların psixofizioloji mexanizmlərinin öyrənilməsi

A) 2, 5, 6

B) 1, 4

C) 1, 5

D) 3, 4, 5, 6

E) 1, 3, 6

10. ABŞ - da eksperimental psixologiyanın yaradılması hansı psixoloqların adı ilə bağlıdır?

1 - V. Cems

2 - C. Uotson

3 - E. Torndayk

4 - S. Xoll

5 - B. Skinner

6 - C. Kettel

7 - D. Bolduin

A) 1, 3, 4, 7

B) 2, 3, 5, 7

C) 3, 6, 7

D) 1, 4, 6

E) 2, 4, 5

11. Aşağıda irəli sürülən fikirlərin hansını doğru hesab edirsiniz ?

1 – Klassik elmi psixologiyanın yaradıcılarından sayılan V. M. Vundt 1822 – ci ildə Almaniyada anadan olmuşdur

2 – Psixologiya tarixində sınaq və səhv metodu E. L. Torndayk tərəfindən irəli sürülərək tətbiq olunmuşdur

3 – İdeal eksperimentin mahiyyəti onda ifadə olunur ki psixoloq eksperimental tədqqatı uzun müddət ərzində aparmaq imkanına malik olur

4 – “Əkizlər” metodu F. S. Halton tərəfindən işlənərək tətbiq edilmişdir

5 – Psixodiaqnostik tədqiqatlarda müşahidə metodu aparıcı mövqeyə malikdir

6 – Refleksologiya konsepsiyası V. M. Bexterev tərəfindən irəli sürülmüşdür

7 – S. Q. Xoll funksionalizm nəzəriyyəsinin banisi sayılır

8 – “Fizioloji optika” anlayışı Q. T. Fexner tərəfindən irəli sürülmüşdür

A) 2, 5, 8

B) 1, 3, 5, 8

C) 3, 5, 6, 7

D) 2, 4, 6

E) 4, 5, 7

12. Aşağıda sadalanların hansı doğrudur ?

1 – ABŞ – da psixoloqların Assosiasiyası 1892 – ci ildə S. Q. Xoll tərəfindən yaradılmışdır

2 – Əkizlər metodu C. Darvin tərəfindən işlənərək tətbiq edilmişdir

3 – İntellektual inkişafın testlər şkalası J. A. Piajeyə məxsusdur

4 – Psixologiya üzrə I Beynəlxalq Konqress 1890 – cı ildə Almaniyada keçirilmişdir

5 – Klassik psixologiyada irəli sürülən funksionalizm cərəyanının banisi C. Kettel sayılır

6 – Reaktologiya konsepsiyası rus psixoloqu K. N. Kornilov tərəfindən irəli sürülmüşdür

A) 3, 6

B) 2, 3, 5

C) 1, 6

D) 4, 5, 6

E) 1, 4, 5

13. Klassik funksionalizm cərəyanının əsas ideyalarının ardıcıllığını müəyyən edin :

1 – Mühitin şüura təsiri öyrənilməlidir

2 – Mühitlə orqanizm arasında yarana əlaqə şüurun rolunu ön plana çəkir

3 – Psixologiya insanın psixi aləminin bütün istiqamətlərdə öyrənilməsin nail olmalıdır

4 – Şüurla mühitin qarşılıqlı təsiri sayəsində təzahür edən faktlar psixologiyanın predmetini təşkil etməlidir

5 – Şüurun strukturası yox insana məxsus təlabatların xarakteri öyrənilməlidir

6 – Şüurla mühit arasında yarana əlaqə dəyişməz xarakter daşıyır

A) 6, 5, 3, 1

B) 2, 5, 6

C) 1, 3, 6, 4

D) 4, 1, 2, 5

E) 3, 4, 1, 2

14. Eksperimental psixologiyanın predmetinə dair irəli sürülən fikirlərin ardıcıllığını müəyyən edin :

1 - Əqli fəaliyyətin öyrənilməsi İdrak proseslərinin öyrənilməsi

2 - Şəxsiyyət və onun inkişafının qanunauyğunluqlarının öyrənilməsi

3 – İdrak proseslərinin öyrənilməsi

4 - Psixi hadisələrin, faktların, onların qanunauyğunluqlarının və mexanizmlərinin öyrənilməsi

5 - Psixi hadisələrin psixofizioloji mexanizmlərinin öyrənilməsi

A) 4, 5, 2, 3, 1

B) 1, 2, 4, 5, 3

C) 2, 3, 4, 1, 5

D) 3, 1, 5, 4, 2

E) 2, 4, 3, 5, 1

15. Eksperiment metodu vasitəsilə aparılan tədqiqatın əsas məqsədlərinin ardıcıllığını müəyyən edin :

1 – Eksperimental faktların toplanılması

2 – İrəli sürülən fərziyyənin doğruluğunun obyektiv faktlarla təsdiqlənməsi

3 – Psixi fakt və hadisələr arasında mövcud olan obyektiv əlaqələrin səbəblərinin aşkara çıxarılması

4 – Passiv metodların tətbiqi sayəsində alınan nəticələrin yenidən yoxlanılması

5 – Toplanılmış faktların qanunauyğunluqlarının müəyyənləşdirilməsi

A) 4, 1, 3, 5, 2

B) 1, 2, 3, 4, 5

C) 2, 4, 1, 3, 5

D) 3, 1, 2, 5, 4

E) 5, 3, 2, 4, 1

16. Metod anlayışının mahiyyətinə dair irəli sürülən fikirlərin ardıcıllığını müəyyən edin :

1 – Psixi fakt və hadisələrin obyektiv izahını təmin etməyə imkan verən vasitəsidir

2 – Çoxsaylı psixoloji faktları toplamağa şərait yaradan obyektiv amildir

3 – Psixi fakt və hadisələrin öyrənilməsinin konkret üsul və vasitələrinin sistemidir

4 – Müxtəlif psixoloji faktların yoxlanılaraq obyektiv əsasda mənaılandırılmasını təmin edən üsuldur

A) 3, 1, 2, 4

B) 2, 3, 4, 1

C) 1, 2, 3, 4

D) 4, 1, 3, 2

E) 2, 1, 4, 3

17. Strukturalizm cərəyanının irəli sürdüyü əsas ideyaların ardıcıllığını müəyyən edin :

1 – Şüurun strukturasının öyrənilməsi psixologiyanın əsas vəzifəsini təşkil etməlidir

2 – Şüurlu fəaliyyət reflektor xarakter daşıyır

3 – Şüurun strukturası anlayışı elementlərin və onların əlaqəsinin olmasını nəzərdə tutur

4 – Şüurun strukturasını introspeksiya metodu əsasında öyrənmək olar

5 – Şüurla eyniləşdirilə bilən psixikanın əlamətləri müəyyənləşdirilməlidir

6 – Şüurun insanın praktik fəaliyyəti ilə əlaqəsi yoxdur

A) 2, 4, 6

B) 1, 3, 5

C) 3, 6, 5

D) 4, 3, 2

E) 5, 1, 4

18. Uyğunluğu müəyyən edin:

1 – S. Q. Xoll

2 – B. F. Skinner

3 – E. L. Torndayk

4 – C. B. Uotson

5 – U. Cems

a – 1842 - 1910

b – 1878 - 1958

c – 1904 - 1990

d – 1844 - 1924

e – 1874 - 1949

A) 1 – c 2 d 3 a 4 e 5 b

B) 1 –d 2 – c 3 – e  4 – b 5 –a

C) 1 – a 2 – b 3 c 4 d 5 e

D) 1 b 2 a 3 d 4 e 5 c

E) 1 e 2 d 3 a  4 c 5 b

19. Uyğunluğu müəyyən edin :

1 – Sınaq və səhv metodu

2 – ABŞ – da ilk eksperimental psixoloji Laboratoriya

3 – Funksionalizm nəzəriyyəsi

4 – Psixologiyada refleks qövsü

5 – Biheviorizm

A – S. Q. Xoll

B – U. Cems

C – E. L. Torndayk

D – C. Dyü

E – C. B. Uotson

A) 1 – e; 2 – d; 3 – c; 4 – a; 5 – b;

B) 1 – a; 2 – c; 3 – e; 4 – b; 5 – d;

C) 1 – b; 2 – e; 3 – d; 4 – a; 5 – c;

D) 1 – d; 2 – e; 3 – a; 4 – c; 5 – b;

E) 1 – c; 2 – a; 3 – b; 4 – d; 5 – e;

20. Uyğunluğu müəyyən edin :

I – Struktualizm cərəyanı

II – Funksionalizm cərəyanı

1 – Mühitin şüura təsiri öyrənilməlidir

2 – Şüurun strukturasının öyrənilməsi psixologiyanın əsas vəzifəsi kimi ön plana çəkilməlidir

3 – Mühitlə orqanizm arasında yarana əlaqə şüurun əhəmiyyətini ön plana çəkir

4 – Şüurun strukturası anlayışı elementlərin və onların əlaqəsinin olmasını nəzərdə tutur

5 – Şüurun mühitlə qarşılıqlı təsiri sayəsində təzahür edən faktlar psixologiyanın predmetini təşkile dir

6 – Şüurla eyniləşdirilə bilən psixikanın əlamətləri aşkara çıxarılmalıdır

7 – Psixologiya insanın psixi aləminin bütün istiqamətlərdə öyrənilməsinə nail olmalıdır

A) I – 5, 6, 7; II – 1, 2, 3, 4;

B) I – 1, 5, 7; II – 2, 3, 4, 5;

C) I – 3, 4, 5; II – 1, 2, 6, 7;

D) I – 2, 4, 6; II – 1, 3, 5, 7;

E) I – 4, 5, 6; II – 1, 2, 3, 7;


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə