İxtisas: Təhsildə sosial psixoloji xidmət ##Bölmə : Azərbaycan bölməsi


##num=6//level=1// sumtest=20 //name=Fransada eksperimental psixologiyanın inkişafı//



Yüklə 1,07 Mb.
səhifə6/15
tarix28.02.2020
ölçüsü1,07 Mb.
#102211
1   2   3   4   5   6   7   8   9   ...   15

##num=6//level=1// sumtest=20 //name=Fransada eksperimental psixologiyanın inkişafı//


1. “İntellektual inkişafın testlər şkalası” kim tərəfindən irəli sürülmüşdür?

A) E. Krepelin

B) A. Vallon

C) A. Bine

D) J. Piaje

E) G. Ebbinhauz

2. İlk Beynəlxalq psixoloji konqress nə vaxt və hansı ölkədə keçirilmişdir?

A) 1895, İngiltərədə

B) 1889, Fransada

C) 1897, Almaniyada

D) 1906, Polşada

E) 1909, Yunanıstanda

3. Fransada eksperimental psixologiyanın yaradılması kimin adı ilə bağlıdır?

A) A. Pyeron

B) F. Ribo

C) A. Bine

D) J. Piaje

E) A. Vallon

4. Görkəmli psixoloq T. Ribonun həyatı hansı illəri əhatə edir?

A) 1847 - 1919

B) 1844 - 1917

C) 1844 - 1917

D) 1839 - 1916

E) 1850 - 1924

5. Psixologiya üzrə I Beynəlxalq konqress hansı ölkədə və neçənci ildə keçirilmişdir?

A) İngiltərədə, 1898 - ci ildə

B) Almaniyada, 1904 - cü ildə

C) ABŞ - da, 1892 - ci ildə

D) Fransada, 1889 - cu ildə

E) Rusiyada, 1912 - ci ildə

6. İnsanın psixoloji vəziyyətinin öyrənilməsində T. Ribo hansı amilin rolunu daha əhəmiyyətli sayırdı?

A) Simpatiya və antipatiya

B) Utancaqlıq və qorxu hissi

C) Hissi – emosional

D) İntellektual

E) İradi

7. Aşağıda sadalanan fikirlərin hasını düzgün hesab edirsiniz?

1 - Fransada eksperimental psixologiyanın yaradılması A. Binenin adı ilə bağlıdır

2 - Rusiyada Psixologiya institutu 1919 - cu ildə K. N. Karnilov tərəfindən yaradılmışdır

3 - Azərbaycanda ilk psixoloji labarotoriya 1927 - ci ildə F. Ə. İbrahimbəyov tərəfindən yaradılmışdır

4 - “Təbii eksperiment” anlayışı ilk dəfə 1893 - cü ildə rus psixoloqu N. N. Lanqe tərəfindən irəli sürülmüşdür

5 - Müşahidə metodunun tətbiqinin ardıcıllığının xarakteri ilə əlaqədar olaraq onun iki növü fərqləndirilir

6 – T. Ribonun “Şüursuz həyat və hərəkət” əsəri 1916 – cı ildə nəşr olunmuşdur

7 – “Fizioloji optika” anlayışı G. Helmhols tərəfindən irəli sürülmüşdür

A) 4, 5, 6, 7

B) 2, 4, 6, 7

C) 3, 4, 5, 6

D) 1, 3, 5, 7

E) 2, 3, 4, 6

8. Klassik fransız eksperimental psixologiyası daha çox hansı sahələri əhatə etmişdir?

1 - Patopsixologiya

2 - Pedaqoji psixologiya

3 - Genetik psixologiya

4 - Psixopatologiya

5 - Uşaq psixologiyası

6 – Psixiatriya

7 – Sosial psixologiya

A) 2, 4, 7

B) 1, 3, 5, 7

C) 1, 4, 6

D) 3, 4, 5, 6

E) 2, 3, 7

9. Obyektiv psixoloji tədqiqatın əsas vəzifəsini nə təşkil edir?

1 - Psixikanın daxili və xarici amillərinin qarşılıqlı asılılıqda və vəhdətdə öyrənilməsi

2 - Davranış və fəaliyyətin motiv və məqsədlərinin aşkarlanaraq təhlil edilməsi

3 - Psixoloji faktın, hadisənin xarici təzahürlərinə əsaslanaraq onun daxili təbiətinin, mexanizmlərinin fərqləndirilərək izah olunması

4 - Psixi inkişafda baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərinin aşkarlanaraq təhlil edilməsi

5 - Psixoloji proseslərin psixofizioloji və psixososial mexanizmlərinin müəyyənləşdirilməsi və təhlil edilməsi

6 – Obyektiv psixoloji tədqiqat alınan nəticələrin mötəbərliyini və etibarlığını təmin edir

A) 4, 5

B) 2, 4

C) 1, 3

D) 3, 6

E) 1, 5

10. Psixologiyada sosiometriya metodundan hansı məqsədlə istifadə olunur?

1 – Qrupda qarşılıqlı münasibətləri öyrənmək məqsədilə

2 – Ünsiyyət çətinliklərini aradan qaldırmaq məqsədilə

3 – Qabiliyyətlərin ölçülməsi məqsədilə

4 – Real və referent qruplarda qarşılıqlı münasibətlərin psixoloji mexanizmlərini müəyyənləşdirmək məqsədilə

5 – Xarakterin tipik əlamətlərini müəyyənləşdirmək məqsədilə

6 – Qrup və kollektivlərdə subyektiv münasibətlərin psixoloji məsələlərini öyrənmək məqsədilə

7 – Diqqətin davamlılığını öyrənmək məqsədilə

A) 4, 5, 7

B) 2, 5, 7

C) 1, 3, 5, 7

D) 3, 4, 7

E) 1, 4, 6

11. Aşağıda verilən fikirlər içərisində doğru olanları müəyyən edin :

1 – Eksperimental introspeksiya metodu C. Kettel tərəfindən irəli sürülmüşdür

2 – Metodologiya anlayışı elmi tədqiqatın təşkilinin ümumi olan prinsip və vasitələrinin sistemini ifadə edir

3 – Eksperimentalogiyanın əsas tədqiqat obyektini fərdi – psixoloji xassələrin öyrənilməsi təşkil edir

4 – ABŞ – da ilk eksperimental psixoloji laboratoriyanı S. Q. Xoll yaratmışdır

5 – Eksperimental psixologiya elminin öyrənilməsi psixi fakt və hadisələrin tədqiqinin obyektiv metod və metodikaları haqqında ətraflı biliklərin əldə olunmasını təmin edir

6 – Müəyyən şəraitdə fərdin və ya qrupun davranışının ümumi səciyyəsinin verilməsi qeyri – sistematik müşahidənin əsas xarakteristikasını təşkil edir

A) 2, 4, 5, 6

B) 1, 3, 4, 5

C) 4, 3, 1, 5

D) 2, 4, 3, 5

E) 3, 4, 5, 6

12. Eksperimental psixologiyanın mövzusuna dair aşağıdakı cavabların hansını doğru sayırsınız?

1 - Eksperiment və onun müxtəlif növlərindən istifadə olunmaqla obyektiv psixoloji faktların müəyyənləşdirilməsinə nail olunur

2 - Psixika, davranış və şəxsiyyət haqqında empirik yollarla əldə edilmiş məlumatları eksperimentlərdə sınaqdan keçirməklə etibarlı psixoloji biliklərin əldə olunması təmin edilir

3 - Psixikanın bütün təzahürlərinin obyektiv istiqamətdə öyrənilməsini təmin edən eksperimental metodikaların işlənilməsinə əsaslı diqqət yetirilir

4 - Psixi faktlar, onların qanunauyğunluqları və psixikanın mexanizmlərinin öyrənilməsi vəzifəsi qarşıya qoyulur

5 – Psixi fakt və hadisələrin öyrənilməsinin metod və metodikları haqqında elm sahəsidir

6 - Psixologiyanın ayrı - ayrı sahələri üzrə eksperimental tədqiqatların aparılmasının üsul və vasitələrinin işlənilməsinə və tətbiqinə əsaslı diqqət yetirilir

A) 2, 5

B) 1, 3, 6

C) 4, 6

D) 3, 5, 6

E) 3, 4

13. Amerika psixoloqu U. Cemsin nəşr olunmuş məşhur əsərlərinin ardıcıllığını müəyyən edin :

1 – Psixologiyanın əsasları

2 – Fizioloji psixologiya

3 – Talantın irsiliyi

4 – Hafizə haqqında

5 – Psixologiyanın prinsipləri

A) 1, 5

B) 1, 3, 5

C) 5, 1

D) 4, 2, 1

E) 2, 5

14. İnsanın psixoloji vəziyyətinin izahına dair fransız psixoloqu T. Ribonun ön plana çəkdiyi amillərin ardıcıllığını müəyyən edin :

1 – Hissi – emosional

2 – Utancaqlıq və qorxu hissi

3 – Affektiv vəziyyət

4 – Simpatiya və antipatiya

A) 3, 1, 4, 2

B) 1, 3, 2, 4

C) 2, 4, 3, 1

D) 4, 2, 3, 1

E) 3, 4, 1, 2

15. Psixika anlayışına aid edilən əsas psixoloji hadisələrin ardıcıllığını müəyyən edin :

1 – Psixi xassələr

2 – Həssaslıq və hədlər

3 – Davranış və fəaliyyət

4 – Psixi halətlər

5 – Ağlın tənqidiliyi və müstəqilliyi

6 – Müşahidə və müşahidəçilik

7 – Psixi proseslər

8 – Hafizənin növləri

A) 4, 6, 8

B) 2, 5, 6, 8

C) 2, 4, 5, 7

D) 7, 4, 1

E) 6, 3, 2, 5

16. Müşahidə metodunun özünəməxsusluğunu ifadə edən əsas əlamətlərin ardıcıllığını müəyyən edin :

1 – Müşahidə metodu eksperimental tədqiqatın hazırlıq mərhələsində tətbiq olunur

2 – Tədqiqatın obyekti olan sınanılanların davranışı dəqiq və ardıcıl surətdə qeydə alınmır

3 – Müşahidə şəraitində toplanılan faktların etibarlığı dərindən və əhatəli surətdə yoxlanılmır

4 – Müşahidə prosesində eksperimental məqsədin reallaşdırılması nəzərdə tutulmur

5 – Müşahidə olunan şərait ciddi surətdə fərqləndirilmir

6 – Müşahidə prosesində psixoloqun davranışı aktiv xarakter daşımır

7 – Müşahidə aparılarkən müxtəlif xarakterli texniki vasitələrdən istifadə olunur

A) 3, 1, 5, 7, 6

B) 2, 4, 1, 6, 7

C) 5, 7, 6, 4, 2

D) 4, 5, 3, 2, 1

E) 6, 7, 3, 5, 2

17. Klassik psixoloji əsərlərin müəllifləri ilə uyğunluğu müəyyən edin :

1 – “Kədər və sevinc”

2 – “Hisslərin psixologiyası”

3 – “İntellektin başlanğıcı”

4 – “İntellektin eksperimental tədqiqi”

5 – “Psixologiyanın əsasları”

a – A. Bine

b – U. Cems

c – C. Düma

d – T. Ribo

e – P. Jane

A) 1 – b; 2 – e; 3 – d; 4 – c; 5 – a;

B) 1 – d; 2 – c; 3 – b; 4 – e; 5 – a;

C) 1 – e; 2 – a; 3 – c; 4 – b; 5 – d;

D) 1 – a; 2 – b; 3 – e; 4 – d; 5 – c;

E) 1 – c; 2 – d; 3 – e; 4 – a; 5 – b;

18. Uyğunluğu müəyyən edin :

1 – İlk Beynəlxalq psixoloji konqress

2 – Yuxuların yozulması əsəri

3 – Şərti reflekslər metodu

4 – Psixologiya davranış haqqında elmdir

5 – Psixika reflektor xarakter daşıyır

a – C. B. Uotson

b – İ. M. Seçenov

c – İ. P. Pavlov

d – Z. Y. Freyd

e – T. Ribo

A) 1 – c; 2 – a; 3 – d; 4 – b; 5 – e;

B) 1 – d; 2 – e; 3 – b; 4 – c; 5 – a;

C) 1 – e; 2 – d; 3 – c; 4 – a; 5 – b;

D) 1 – a; 2 – b; 3 – e; 4 – c; 5 – d;

E) 1 – b; 2 – c; 3 – a; 4 – d; 5 – e;

19. Uyğunluğu müəyyən edin :

1 – J. Şarko

2 – J. A. Piaje

3 – V. M. Bexterev

4 – A. Vallon

5 – E. Meyman

a – 1862 – 1915

b – 1857 – 1927

c – 1825 – 1895

d – 1896 – 1980

e – 1879 – 1962

A) 1 – a; 2 – b; 3 – c; 4 – d; 5 – e;

B) 1 – b; 2 – c; 3 – a; 4 – d; 5 – e;

C) 1 – d; 2 – a; 3 – e; 4 – c; 5 – b;

D) 1 – c; 2 – d; 3 – b; 4 – e; 5 – a;

E) 1 – e; 2 – a; 3 – d; 4 – b; 5 – c;

20. Fransız psixoloqu T. Ribonun əsərlərinin nəşr olunduğu illərə uyğunluğunu müəyyən edin :

I – Hisslərin məntiqi

II – Şüursuz həyat və hərəkət

III – Yaradıcı təxəyyül

IV – Hisslərin psixologiyası

1 – 1900

2 – 1896

3 – 1905

4 – 1914

A) I – 2; II – 4; III – 3; IV – 1;

B) I – 4; II – 3; III – 2; IV – 1;

C) I – 3; II – 4; III – 1; IV – 2;

D) I – 1; II – 2; III – 3; IV – 4;

E) I – 4; II – 3; III – 2; IV – 1;

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin