İxtisas: Təhsildə sosial psixoloji xidmət ##Bölmə : Azərbaycan bölməsi


##num=14//level=1// sumtest=20 //name=Eksperimentin nəticələrinin işlənilməsi , təhlili və ümumiləşdirilməsi. Eksperimentalogiyanın bəzi sahələrinin ümumi səciyyəsi//



Yüklə 0,65 Mb.
səhifə14/15
tarix27.12.2018
ölçüsü0,65 Mb.
#86653
1   ...   7   8   9   10   11   12   13   14   15

##num=14//level=1// sumtest=20 //name=Eksperimentin nəticələrinin işlənilməsi , təhlili və ümumiləşdirilməsi. Eksperimentalogiyanın bəzi sahələrinin ümumi səciyyəsi//


1. Aşağıdakılardan hansı psixoloji tədqiqatın yerinə yetirilməsinin yekunlaşdığını ifadə edir?

A) Tədqiqatın yekun olaraq psixoloq çap etdirmək istədiyi məqalələrin konkret mövzularını müəyyənləşdirir

B) Psixoloq əldə etdiyi faktları, alınan nəticələri təhlil edərək əsaslandırır və bu zəmində elmi ümumiləşdirmələr aparır

C) Yerinə yetirilmiş eksperimental tədqiqatın fərziyyəsi bir daha təhlil edilərək təsdiqlənir

D) Tədqiqatın davam etdirilməsinin elmi zəruriliyi bir daha müzakirə olunur

E) Aparılmış eksperimental tədqiqatın nəticələrinə dair əhatəli hesabat tərtib olunaraq müzakirəyə təqdim edilir

2. Tədqiqatın səmərəli olmasını şərtləndirən bu meyara görə tədqiqat meto müxtəlif şəraitdə təkrar edildikdə eyni nəticə alınsın. Bu hansı meyardır ?

A) İnformasiyanın dəqiqliyi

B) Metodun validliyi

C) Metodun mötəbərliyi

D) Metodun reprezentativliyi

E) Heç bir cavab doğru deyildir

3. Psixoloji tədqiqatın fərziyyəsinin obyektivliyinin yoxlanılması nədə ifadə olunur?

A) Fərziyyənin yoxlanılması üsullarının tətbiq edilməsi onun obyektivliyinin və həqiqiliyinin sübut olunmasının əsas amili kimi ön plana çəkilməlidir

B) Fərziyyə qarşıya qoyulmuş problemə adekvat olmalı, əvvəllər əldə olunmuş biliklərə əsaslanmalı və onun yoxlanılmasının obyektiv və mükəmməl göstəriciləri işlənilməlidir

C) Həqiqi və obyektiv fərziyyə eksperimental təcrübələrdə əldə olunmuş faktlara uyğun gəlməli və onlarla təsdiqlənməlidir

D) Obyektiv və elmi prinsiplər əsasında irəli sürülən fərziyyə psixologiyada səmərəli elmi nəticələrin əldə edilməsi üçün əlverişli zəmin yaradır

E) İrəli sürülən fərziyyə faktlara əsaslandığından eksperimental – psixoloji tədqiqatın aparılması zərurətini təsdiqləməyə imkan verir

4. Eksperimentalogiya obyektiv psixoloji tədqiqatın əsas vəzifəsini necə ifadə edir ?

A) Psixoloji proseslərin psixofizioloji və psixososial mexanizmlərinin müəyyənləşdirilməsi və təhlil edilməsi

B) Psixoloji faktın, hadisənin xarici təzahürlərinə əsaslanaraq onun daxili təbiətinin, mexanizmlərinin fəqləndirilərək izah olunması

C) Psixi inkişafda baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərinin aşkarlanaraq təhlil edilməsi

D) Davranış və fəaliyyətin motiv və məqsədlərinin aşkarlanaraq təhlil edilməsi

E) Psixikanın daxili və xarici amillərinin qarşılıqlı asılılıqda və vəhdətdə öyrənilməsi

5. Eksperimental tədqiqatın səkkizinci mərhələsini necə səciyyələndirmək olar ?

A) Toplanılan tədqiqat materialı sistemə salınır

B) Tədqiqat nəticəsində əldə olunan eksperimental materialların işlənilməsi və təhlilinin statistik metodlarının müəyyənləşdirilməsi təmin edilir

C) Tədqiqatın gedişinin elmi prinsiplərə istinadən həyata keçirilməsi bir daha yoxlanılır

D) Kontrol qruplarda eksperimentin aparılmasının zəruriliyi müzakirə olunur

E) Ekseprimentləşdirmədə iştirak edənlərin sağlamlığının normal olmasına və onların iş qabiliyyətlərinin səviyyəsinə diqqət yetirilir

6. Aşağıda irəli sürülən fikirlərin hansını düzgün hesab edirsiniz?

1 - Eksperimental tədqiqatın sonuncu mərhələsində tədqiqat nəticəsində əldə olunan eksperimental materialın işlənilməsi və təhlilinin statistik metodlarının müəyyənləşdirilməsi təmin edilir

2 - Eksperimental iştirak edən sınanılanların təlimatlkandırılması və motivləşdirilməsi eksperiemntin aparılması mərhələsinin tərkibinə daxildir

3 – Klassik psixologiyada iradi diqqət nəzəriyyəsi rus psixoloqu N. N. Lanqe tərəfindən irəli sürülmüşdür

4 – Psixikanın reflektor təbiətə malik olması ideyası ilk dəfə İ. P. Pavlov tərəfindən irəli sürülmüşdür

5 - Obyektiv aləmi dərk edən və dəyişən insan subyekt adlandırıla bilər

6 – Psixologiya tarixində V. M. Bexterev obyektiv psixologiyanın banisi sayılır

7 – ABŞ – da psixoloqların ilk Assosiasiyası S. Q. Xoll tərəfindən aparılmışdır

A) 3, 4, 7

B) 2, 4, 6

C) 1, 2, 5, 6

D) 1, 3, 5, 7

E) 4, 6, 7

7. Aşağıda irəli sürülən fikirlərin hansın düzgün hesab edirsiniz?

1 - Təbii eksperiment şəraitində xarici dəyişənlərə nəzarət etmək, qrupları seçmək və asılı olmayan dəyişənləri idarə etmək imkanı mövcud olur

2 - Psixoloji tədqiqatın yekun mərhələsində toplanılmış faktlar, alınan nəticələr təhlil edilərək əsaslandırılır və elmi ümumiləşdirmələr aparılır

3 - Psixi hadisələrin öyrənilməsinin konkret üsul və vasitələr sisteminin işlənilməsi metodologiya anlayışının predmetini təşkil edir

4 - Təsdiqedici eksperimentin mahiyyəti onda ifadə olunur ki, tədqiqat müqayisəli planda və kontrol sınanılanlar qrupunun iştirakı ilə aparılır

5 - Eksperimentdə iştirak edəcək sınanılanların təlimatlandırılması tədqiqatın hazırlıq mərhələsində həyata keçirilir

6 – Metodun mötəbərliyi tədqiqatın səmərəliyinin əsasını təşkil edir

7 – Alınan nəticələrin işlənilməsi eksperimental tədqiqatın altıncı mərhələsinin funksiyasını təşkil edir

A) 5, 6, 7

B) 1, 3, 5, 7

C) 2, 4, 6

D) 3, 4, 5, 7

E) 4, 5, 6

8. Eksperimentologiya nəyi öyrənir?

1 – Psixi xassələri

2 - Psixikanı

3 - Psixi hadisələrin təzahürünün psixoloji mexanizmlərini

4 – Davranışı

5 – Qavrayışın xüsusiyyətlərini

6 – Ünsiyyət və fəaliyyət prosesini

7 – Qrupdaxili münasibətləri

8 - Şəxsiyyəti

A) 3, 5, 8

B) 1, 3, 5, 7

C) 2, 4, 8

D) 4, 6, 7, 8

E) 2, 6, 7

9. Eksperimental tədqiqatın nəticələrinin etibarlılığını xarakterizə edən əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Psixoloji tədqiqatın nəticələrin validliyinin təmin edilməsinə xüsusi diqqət yetirilir

2 - Alınan nəticələrinin məzmunlu təhlili aparılır və tədqiqatçının irəli sürdüyü elmi ümumiləşdirmələrin obyektivliyi müzakirə olunaraq təsdiqlənir

3 - Metodikaların tədqiqedici imkanları yenidən yoxlanılır və bununla əlaqədar təkrarən eksperimental təcrübələr aparılır

4 - Tədqiqatın fərziyyəsinin obyektivliyi əsaslandırılır və təsdiqlənir

5 – Tədqiq edilən problemin aktuallığı yenidən nəzərdən keçirilir

6 - Ekperimental tədqiqatın nəticələrinin başqa psixoloq tərəfindən təkrarən yenidən yoxlanılması, araşdırılması və təhlili imkanı reallaşdırılır

A) 5, 3, 1

B) 6, 4, 2

C) 4, 6, 3

D) 1, 5, 2

E) 3, 4, 1

10. Eksperimentologiyanın inkişafının ilk mərhələlərində aparılan eksperimentlərin istiqamətlərinin ardıcıllığını müəyyən edin :

1 - Ali psixi funksiyaların təzahür xüsusiyyətlərinin öyrənilməsi

2 - Emosional halların təzahürünü şərtləndirən psixoloji amillərin müəyyənləşdirilməsi

3 - Davranışla xarici təsirlər arasında mövcud olan asılılığın aşkara çıxarılması

4 – Qavrayışın seçiciliyinin tədqiqi

5 - Duyğuların tədqiqi

6 – Şərti reflekslərin öyrənilməsi

7 - Psixi aktların psixofiziki və psixofizioloji mexanizmlərinin öyrənilməsi

A) 2, 6, 3

B) 1, 4, 7

C) 7, 5, 3

D) 6, 2, 1

E) 5, 4, 2

11. Obyektiv psixoloji tədqiqatın əsas funksiyalarının ardıcıllığını müəyyən edin :

1 - Psixikanın daxili və xarici amillərinin qarşılıqlı asılılıqda və vəhdətdə öyrənilməsi

2 - Davranış və fəaliyyətin motiv və məqsədlərinin aşkarlanaraq təhlil edilməsi

3 - Psixoloji proseslərin psixofizioloji və psixososial mexanizmlərinin müəyyənləşdirilməsi və təhlil edilməsi

4 – Psioxlogiyanın inkişafının tarixi – psixoloji problemlərinin öyrənilməsi

5 - Psixoloji faktın, hadisənin xarici təzahürlərinə əsaslanaraq onun daxili təbiətinin, mexanizmlərinin fərqləndirilərək izah olunması

6 – Psixologiyanın kateqoriyal sisteminin müəyyənləşdirilməsi və təhlili

A) 2, 1, 4

B) 2, 4, 6

C) 5, 3, 1

D) 6, 3, 1

E) 6, 4, 3

12. “Psixoloji fakt” anlayışının mahiyyətini xarakterizə edən əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Tədqiqatın nəticələri mühakimələr əsasında konkretləşdirilərək psixoloji fakt kimi qarşıya qoyula bilər

2 - Fərziyyənin təsdiqlənməsinə xidmət edən faktı psixoloji fakt kimi xarakterizə etmək olar

3 - Empirik tədqiqatlarla əldə olunmuş faktların dəqiq surətdə eksperimentləşdirilmə yolu ilə təsdiqlənməsi zəminində psixoloji faktın mövcudluğundan danışmaq olar

4 - Eksperimentləşdirmə yolu ilə əldə olunan və real nəticələrə əsaslanan fakt psixoloji fakt adlandırıla bilər

5 - Aparılan eksperimental tədqiqat hər hansı bir nəticənin obyektiv psixoloji fakt kimi qəbul edilməsinin “taleyini” həll edir

6 – Real nəticələrə əsaslanan fakt psixoloji fakt adlandırıla bilər

A) 4, 1, 5

B) 5, 3, 2

C) 6, 4, 2

D) 3, 2, 6

E) 5, 1, 3

13. Elmi təfəkkürün tələbləri baxımından eksperimentin əhəmiyyətini xarakterizə edən əsas əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Psixi faktların və hadisələrin obyektiv metodikaların vasitəsilə öyrənilməsini təmin etməklə elmi nəzəriyyələrin irəli sürülməsi üçün şərait yaradır

2 - Eksperimental asılılıqların kəmiyyət və keyfiyyət təhlili təmin edilir

3 - Eksperimental faktların kəmiyyət xarakteristikası müxtəlif diaqramlar vasitəsilə əks olunur

4 – Eksperimental faktların və asılılıqlarının keyfiyyət baxımından təhlili edilir

5 - Eksperimentin validliyi və reprezentasiyası ilə bağlı məsələlər həll edilir

6 - Eksperimental tədqiqatın ümumi metodologiyasının və fərziyyəsinin işlənilərək müəyyənləşdirilməsi təmin edilir

A) 6, 5, 1

B) 4, 1, 6

C) 5, 4, 2

D) 3, 5, 4

E) 6, 2, 3

14. Asılı olmayan dəyişənlər arasında mövcud olan əlaqələrin kəmiyyətcə qiymətləndirilməsinin əsas göstəricilərinin ardıcıllığını müəyyən edin :

1 - Faktor

2 - Korrelyasiya

3 - Şərt

4 - Asılılıq

5 - Səviyyə

6 – Validlik

A) 4, 5, 1

B) 6, 4, 2

C) 5, 3, 1

D) 2, 1, 6

E) 3, 6, 5

15. Eksperimental tədqiqatın sonuncu beş mərhələsinin ardıcıllığını müəyyən edin :

1 – Nəticələrin əsaslandırılması

2 – Aparılacaq tədqiqatın planlaşdırılması

3 – Alınan nəticələrin işlənilməsi

4 – Eksperimentin aparılması

5 – Eksperimental planın seçilməsi

6 – Sınanılanların motivləşdirilməsi

7 – Tədqiqatla bağlı təlimatın sınanılanlara izah edilməsi

A) 3, 7, 5, 2, 1

B) 1, 6, 7, 2, 4

C) 2, 5, 4, 3, 1

D) 4, 1, 7, 6, 2

E) 7, 5, 6, 4, 3

16. Tətbiq edilən metdoun eksperimental xarakterə malik olmasını səciyyələndirən əsas əlamətlərin ardıcıllığını müəyyən edin :

1 – Sınanılanların yaş və fərdi – psixoloji xüsusiyyətləri nəzərə alınır

2 – Eksperimental materialların təhlilinin obyektiv və adekvat üsulları əvvəlcədən müəyyənləşdirilir

3 – Müstəqil dəyişənlərin müxtəlif variantlarından istifadə olunur

4 – Aşkara çıxarılan faktların başqa ekspertlər tərəfindən yoxlanılması imkanı mövcud olur

5 – Eksperimental tapşırıqların yerinə yetirilməsi prosesində sınanılanların davranışı və emosional vəziyyətləri izlənilir

6 – Müstəqil dəyişənin təsiri ilə baş verən asılı dəyişmə ekspertin müdaxiləsi olmadan yaranır

A) 4, 6, 3

B) 1, 3, 5

C) 5, 1, 4

D) 6, 4, 2

E) 5, 6, 1

17. Uyğunluğu müəyyən edin :

I – Korrelyasiyanın funksiyaları

II – Eksperimental tədqiqatın yekun funksiyası

1 – Eksperiment prosesində əldə olunan faktlar təhlil edilir

2 – Dəyişənlər arasında mövcud olan statistik əlaqələr araşdırılır və xarakterizə edilir

3 – Alınan nəticələr sistemə salınır və əsaslandırılır

4 – Toplanılan faktlara istinadən elmi ümumiləşdirmələr aparılır

5 – Asılı dəyişənlər arasında mövcud olan əlaqələr aşkara çıxarılır

6 – Tədqiqatın nəticələrinə dair əhatəli elmi hesabat hazırlanaraq müzkirəyə təqdim edilir

7 – Riyazi metodlardan istifadə etməklə eksperimental materialın sistemli təhlili aparılır

A) I – 2, 5, 7; II – 1, 3, 4, 6;

B) I – 2, 3, 4; II – 1, 5, 6, 7;

C) I – 2, 5, 6; II – 1, 3, 4, 7;

D) I – 1, 5, 6; II – 2, 3, 4, 7;

E) I – 5, 6, 7; II – 1, 2, 3, 4;

18. Uyğunluğu müəyyən edin :

I – Tədqiqatın səmərəliyinin əsas şərtləri

II – Asılı olmayan dəyişənlərin kəmiyyət baxımından təhlili

1 – Metodun validliyi

2 – Asılı olmayan dəyişənlərin səviyyə baxımından xarakteristikası

3 – Metdoun mötəbərliyi

4 – Tədqiqatın aparılması şərtlərinin təhlili

5 – Metodun reprezentativliyi

6 – Faktor anlayışı vasitəsilə müstəqil dəyişənlərin təhilinin verilməsi

7 – Tədqiqat metodlarının qarşıya qoyulmuş məqsəd və vəzifələrə uyğun olmasının təmin edilməsi

A) I – 3, 5, 6, 7; II – 1, 2, 4;

B) I – 1, 3, 5, 6; II – 2, 4, 7;

C) I – 1, 5, 6, 7; II – 2, 3, 4;

D) I – 1, 3, 5, 7; II – 2, 4, 6;

E) I – 2, 5, 6, 7; II – 1, 3, 4;

19. Uyğunluğu müəyyən edin :

I – Eksperimental tədqiqatın planlaşdırılması

II – Eksperimental tədqiqatın hazırlıq mərhələsi

1 – Psixoloji tədqiqatın mövzusunun və öyrəniləcək problemin dairəsinin müəyyənləşdirilməsi

2 – Aparılacaq eksperimental tədqiqatın planlaşdırılması

3 – İstifadə olunması nəzərəd tutlan metodikaların müəyyənləşdirilməsi

4 – Asılı dəyişənlərə təsir göstərə biləcək xarici dəyişənlərin müəyyənləşdirilməsi

5 – Mövcud elmi ədəbiyyatın öyrənilməsi və təhlili

6 – Psixoloji tədqiqatın aparılmasının bütün mərhələlərinin konkretləşdirilməsi və sistemə salınması

7 – Psixoloji tədqiqatın obyektinin müəyyənləşdirilməsi

A) I – 2, 5, 7; II – 1, 3, 4, 6;

B) I – 2, 3, 6; II – 1, 4, 5, 7;

C) I – 1, 3, 6; II – 2, 4, 5, 7;

D) I – 2, 4, 6; II – 1, 3, 5, 7;

E) I – 2, 3, 7; II – 1, 4, 5, 6;

20. Uyğunluğu müəyyən edin :

I – Eksperiment şəraiti

II – İnduktiv fərziyyə

1 – Faktlar və onların müqayisəsi əsasında irəli sürülür

2 – Sınanılanın emosional rahatlığı

3 – Sınanılanın eksperimentdə iştirak etmək arzusu

4 – Faktalr arasında asılılığın olması ehtimal olunur

5 – Eksperimental tədqiqatın obyekti olduğunu bilməməsi

6 – Məlumdan – məchula əsasında müəyyənləşdirilir

7 – Ətraf mühitdən təcrid olunma və verilən eksperimental tapşırığı dəqiq yerinə yetirmək imkanı

8 – Tədqiqatçı – psixoloqla şəxsi – işgüzar münasibətdə olmağa aktiv meyl

A) I – 2, 4, 6, 8; II - 1, 3, 5, 7;

B) I – 2, 4, 6, 7; II – 1, 3, 5, 8;

C) I – 2, 3, 6, 7; II – 1, 4, 5, 8;

D) I – 2, 3, 5, 8; II – 1, 4, 6, 7;

E) I – 1, 3, 6, 7; II – 2, 4, 5, 8;

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin