1. Diferensiasiyaya keçid tədricən təşkil olunmalıdır. Hərtərəfli şagirdyönümlü tədrisə tam keçidlə ilk dəfə üzləşən bəzi uşaqlar narahatlıq keçirir. Məsələn, şagirdlərə dərsin sonunadək iki-üç yazı işi mövzusundan birini seçərək yazı yazmaq təklifi ilk vaxtlar diferensiasiyaya tədrici keçidin başlanğıcı hesab oluna bilər.
2. Yüksək nailiyyətli şagirdlərə sıxlaşdırılmış (kompakt) proqram təqdim edin.
Sıxlaşdırılmış proqram materialı həmyaşıdlarından daha sürətlə mənimsəyən yüksək nailiyyətli şagirdlərin tez-tez qarşılaşdığı darıxma hallarının azaldılması üçün bir vasitədir. Onu da mütləq qeyd etmək lazımdır ki, bu şagirdlərə “tədqiqat mövzularında mini kurslar” keçmək və ya “kiçik qrup layihələri” hazırlamaq təklif olunmalıdır.
Dostları ilə paylaş: |