Xüsusi qayğıya ehtiyacı olan uşaqların adi siniflərə daxil olması ilə bağlı konkret tövsiyələr:
Diqqətinizi şagirdin zəif yox, güclü tərəfləri üzərində cəmləyin.
Multisensor yanaşmadan (eşitmə, vizual, manipulyativ) istifadə etməklə məzmunu kiçik hissələrlə təqdim edin. Mümkün qədər çox təkrar edin və möhkəmləndirin.
Uğurları üçün şagirdi təriflyin.
Tapşırıqların yerinə yetirilməsini təhlil edin.
Nə qədər ki, şagird eyni vaxtda verilən bir neçə göstərişi anlaya bilmir, təlimatları bir-bir verin.
Valideynlərin övladlarının əldə etdikləri ən kiçik uğurları belə görə bilmələrinə yardım edin.
Tapşırıqların yerinə yetirilməsində tələb olunan yeni bacarıqların tətbiqini təcrübədən keçirə bilmələri üçün şagirdlərə vaxt verin və imkan yaradın.