Ixtisas: Təhsildə sosial psixoloji xidmət Kur: III fənn: İnklüziv təhsil və təlim


Müəllim və müəllim köməkçisinin vəhdəti, hər birinin vəzifələri



Yüklə 173,13 Kb.
səhifə23/72
tarix10.01.2022
ölçüsü173,13 Kb.
#106383
1   ...   19   20   21   22   23   24   25   26   ...   72
Müəllim və müəllim köməkçisinin vəhdəti, hər birinin vəzifələri

Xüsusi qayğıya ehtiyacı olan uşaqların tipik uşaqlarla birgə təlim-tərbiyə prosesinə qoşulması üçün sinif müəllimi və müəllim köməkçisinin işinin vəhdət təşkil etməsi vacib şərtlərdəndir. Müəllim və müəllim köməkçisinin konkret vəzifələrini aşağıdakı kimi təsvir etmək olar:



Müəllim:

  • Xüsusi qayğıya ehtiyacı olan şagirdləri cəmiyyətdə tam hüquqlu şəxs kimi təqdim edir;

  • İnklüziv təhsilə cəlb olunmuş şagirdin psixofizioloji fərdiliyini bilir;

  • Professional olaraq inklüziv təhsillə bağlı nəzəri və praktik biliklərə malikdir;

  • Hər bir xüsusi qayğıya ehtiyacı olan şagirdin diaqnozları haqqında lazımi məlumata malik olur;

  • Müəllim köməkçisi ilə birlikdə dərsi planlaşdırır və onunla birlikdə işləyir;

  • İnklüziv təhsilə qoşulan xüsusi qayğıya ehtiyacı olan şagirdlərin Fərdi Tədris Planının hazırlanmasında əsas məsuliyyət daşıyır;

  • Fərdi Tədris Planında nəzərdə tutulmuş uyğun akkomodasiya və modifikasiyaları həyata keçirir;

  • Diferensial təlimi təmin edir;

  • Şagird şəxsiyyətini inkişaf etdirən strategiyalardan istifadə edir;

  • Digər fənlərlə (xüsusi qayğıya ehtiyacı olan şagirdlərin daha çox maraq göstərdiyi fənlərlə) əlaqə yaradır;

  • Müəssisədə təhsil alan hər bir şagirdin uğurları ilə bağlı müşahidələr aparır;

  • Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin formal və qeyri-formal qiymətlən-dirilməsini təmin edir;

  • Valideynlərlə effektiv iş birliyi yaradır və onları məlumatlandırır;

  • Hər rübün (yarım il) sonunda məktəb rəhbərliyi qarşısında hesabatla çıxış edir;

  • Müəssisə daxilində peşəkar inkişaf yönümlü treninqlər və mini seminarlarda iştirak edir;

  • Etik davranış normalarına riayət edir;

  • İnklüziv təhsilə cəlb olunan şagird haqqında bütün məlumatların məxfiliyini qoruyur.


Yüklə 173,13 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin