Fərdi Tədris Planı. Tədris ilinin əvvəlində təqribən bir ay müddətində aparılan qiymətləndirmə başa çatdıqdan sonra müəllim, valideyn və mütəxəssislərdən ibarət komandanın qarşısında duran əsas məsələ xüsusi qayğıya ehtiyacı olan şagirdlərin ehtiyaclarının müəyyənləşdirilməsi və onlar üçün Fərdi Tədris Planının işlənib hazırlanmasıdır.
Fərdi Tədris Planı – xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə iş zamanı istifadə olunana ən vacib alət olmaqla, şagird və ona təqdim ediləcək xidmətlər haqqında ətraflı informasiyanı özündə saxlayan formal sənəddir.