2013-cü ilin oktyabrında qəbul edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiysı" respublikanın davamlı, dayanıqlı və rəqabət qabiliyyətli inkişafını təmin etməyə xidmət edən, insan kapitlının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini reallaşdıran, müasir təhsil sisteminin yaradılmasını və müəllim hazırlığının əsas müddəalarını özündə əks etdirən konseptual sənəd kimi təhsil işçilərinin qarşısında ciddi tələblər qoyur. Bunlardan biri də təhsil alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin (müəllimin - N.A.) formalaşdırılmasıdır.