Ədəbiyyat:
1. Hüseynov Q., Şərəfxanova L., Məmmədova S., Mikayılova Ü. İnklüziv təhsil. (peşəkarlar üçün metodik vəsait) İbtidai təhsil piləsi üçün. Bakı, 2010.
2. İsmayılova L. və başqaları. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili. Bakı, Kurrikulm., Azərbaycan, (iyul-sentyabr), 2009, № 3.
3. Təhsil Haqqında Azərbaycan Respublikasının qanunu. Bakı: Qanun, 2009.
4. Korreksion pedaqogikanın müasir problemləri.Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Bakı, 2012.
5. Hüseynova N.T. İnklüziv təhsil. Dərs vəsaiti. Bakı 2014.
İnklüziv təhsil Ümumi təhsilin inkişafı prosesidir. Təhsilin bütün uşaqların müxtəlif ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını nəzərdə tutur. Bu da ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların da təhsil almasını təmin edir.
Azərbaycanda xüsusi təhsil meəllimləri, yalnız xüsusi təhsil müəssisələrində çalışırlar. Beynəlxalq təcrübədə bu belə deyil və xüsusi müəllim adi müəllimin ilkin və ən vacib köməkçilərindəndir. İnklüziv təhsil artıq milli təhsil siyasəti səviyyəsində tanındıqdan və İnklüziv təhsilin ölkəmizin bütün təhsil müəssisələrinə yayılmasından sonra xüsusi müəllim və inklüziv müəllimlər birgə profüssional komanda şəklində çalışacaqlar. Beynəlxalq təcrübədə isə xüsusi müəllimlərin azlığı müşahidə olunur və bəzən onların vəzifələrini xüsusi təlim keçmiş adi müəllimlər yerinə yetirirlər. Beynəlxalq təcrübədə həm xüsusi təhsil, həm inklüziv komponentli müəssisələrdə çalışan müəllimlər xüsusi pedaqogikanın biliklərinə yiyələnməlidirlər. Hazırda ölkəmizdə rəsmi səviyyədə müəllimlərin professional standartları və etik normaları hələ mövcud deyil. Hal-hazırda ali məktəblərdə İnklüziv təhsil fənninin biliklərini əldə edən tələbələr, milli professional standartlarını və etik normalarını bilməlidirlər və həmin standartlar və normalar əsasında qiymətləndirməlidirlər. Beynəlxalq təcrübədə qıbul olunmuş müəllimlərin professional standartları və etik norma qaydaları ilə tanışlıq məqsədəuyğun hesab edilir. Müəllimlərin fəaliyyəti məhz professional standartlar və etik normalar əsasında qiymətləndirilir və həmin qiymətləndirmə əsasında standartlar və etik normalar, eyni zamanda, müəllimlər üçün təlim proqramları hazırlanıb təcricən təkmilləşir. Təhsildə tədqiqatlar belə bir qiymətləndirmənin əsas və geniş yayılmış və ən vacib vasitələrindən sayılır. Təhsilə aid aparılan tədqiqatlar göstərdi ki, digər amillərlə müqayisədə şagirdin nailiyyətlərinə müəllimin professional keyfiyyəti ən çox təsir göstərən amildir. Artıq qəbul olunmuş bir faktdır ki, təlimləri yaxşı hazırlıq keçmiş və yüksək professionallığa malik olan müəllimlər tərəfindən təmin olunan uşaqlar daha yüksək nəticələr nümayiş etdirir. Bunu əsas götürərək, ABŞ-ın xüsusi ehtiyaca malik olan uşaqların təhsilinə aid olan və bu sahəni tənzimləyən iki ən mühüm qanunvericilik aktlarının tələblərinə görə, dövlət təhsil müəssisələrində yalnız yüksək səviyyəli müəllimlər çalışa bilər. Qanuna görə, yerli təhsil şöbələri yalnız “yüksək səviyyəli müəllimlərin” işə götürülməsini təmin etməlidirlər. “Yüksək səviyyəli müəllim” adını almaq üçün müəllimin bu kimi göstəriciləri olmalıdır:
Pedaqogika üzrə ən azı bakalavr dərəcəsi olmalı;
Müəllim, tam sertifikatlaşmış və ya lisenziya almış müəllim olmalıdır;
Tədris etdiyi əsas akademik fənn üzrə kompetensiyasını nümayiş etməyə qadir olmalıdır.
Professional standartların əsas məqsədi-yüksək səviyyəli tədrisi və təlimi əsas tutmaqla, xüsusi uşaqların təhsilini və onlara göstərilən müvafiq təhsil xidmətlərini təkmilləşdirmək və yüksək səviyyəli təlim təcrübələrini dəstəkləməkdir. Təhsili idarə edən dövlət qurumları, pedaqoji kadrların sertifikatlaşmasını və pedaqoji fəaliyyət üçün lisenziyalaşmasını müəllimlərin professional standartları əsasında həyata keçirir. Bu baxımdan müəllimlərin hazırlığı aşağıdakı kriteriyaların əsasında qurulmalıdır:
- təhsil müəssisələrində təhsilin necə təmin edilməsi haqda fikirlər aydın və dəqiq şəkildə bir kosepsiya kimi düşünülüb göstərilməlidir;
- Təlim zamanı uşaqların təhsilinə tam yararlı şərait təmin olunmalıdır;
- Cəmiyyətin gözlədiklərini təmin edən müəllimlərin, hazırlıq sistemi və hazırlığı qurulmalıdır.
Hər bir müəllim üçün etik norma və qaydalara riayət etmək vacibdir. Xüsusi uşaqların təhsilini təmin edən xüsusi müəllimlər, onların hamısının inamını qazanmalıdırlar. Bunun üçün, onlar öz fəaliyyətində etik normalar və qaydaları əsas tutmalıdırlar. Bütün xüsusi müəllimlərin etik kodu 8 fundamental etik prinsip əsasında qurulmuşdur. Professional təlimin standartları gündəlik təlim fəaliyyətində təmin olunmalı vəzifələri göstərir. Professional təlimin standartları xüsusi müəllimlərə onların fəaliyyətləri və professional səviyyəsini nəyin əsasında qiymətləndirəcəyini göstərir. Bütün xüsusi müəllimlər öz fəaliyyətində bu etik norma və qaydaları əsas tutmalıdırlar. Bütün dövlətlərin təhsil siyasəti tələb edir ki, müəllimlər keyfiyyətli təlimi təmin etsinlər. “Keyfiyyətli təlim-özünün səmərəliliyini təlim təcrübəsində təsdiq edən bir təlimdir”. Xüsusi uşaqlara keyfiyyətli təlimi təmin etmək üçün müəllimlər, keyfiyyətli təlim təcrübəsi haqqında məlumatlandırmalı, onun nə olduğunu dərk etməli, nəhayət, onu müşahidə etmək və sınaqdan keçirmək imkanı əldə etməlidirlər. Bunun üçün pedaqogikada yeni sahə və termin “Təcrübəyə əsaslanmış professional təlim” yaradılmışdır.
Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq xüsusi uşaqların təhsili sahəsində beynəlxalq səviyyədə həyata keçirilən ilk araşdırmalar mövcuddur.
Ümumilikdə cəmiyyətdə və pedaqogikada xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili mürəkkəb bir inkişaf yolu keçmiş və aşağıda göstərilən mərhələlərlə təsvir oluna bilər:
XI-VIII eramızdan əvvəlki əsr. – XII əsr. Cəmiyyət onlara qarşı aqressiya, dözümlü olmamaq və qəbul etməməkdən onlara mərhəmət hissi ilə yanaşmaq səviyyəsinə gəlmişdir.
XII-əsr – XVIII əsrin 70-80-ci illəri. Cəmiyyət sosial qayğıya ehtiyacı olan uşaqlara qarşı mərhəmət hissini deyil onların öyrənmə bacarıqlarını önə çəkmişdir.
XVIII əsrin 70-80-ci illəri – XX əsrin əvvəli. Cəmiyyət xüsusi qayğıya ehtiyacı olan insanların öyrənmə bacarıqları ilə yanaşı həmçinin onları öyrətmək zərurətini də dərk etmişdir.
XX əsrin əvvəli – 1960-cı illərin ortası. Cəmiyyət müxtəlif kateqoriyaya aid olan xüsusi qayğıya ehtiyacıolan uşaqları təlimləndirərək onlar üçün mütəşəkkil xüsusi təhsil sistemini yaratmağa nail olmuşdur. Xüsusi təhsil sistemi pedaqoji nəzəriyyədə tibbi yanaşmaya əsaslanır ki, bu da tibbi diaqnoza görə uşaqların təhsilinin təcrid olunmasına gətirib çıxardır. Tibbi yanaşmaya görə xüsusi qayğıya ehtiyacı olan uşaqlar xəstə uşaqlardı, onların müalicəyə və xüsusi qayğıya ehtiyacı var. Məhz bu səbəbdən də onların təhsili qapalı təhsil müəssisələrində həyata keçirilməlidir. Tibbi modelə görə insanları sistemə uyğunlaşdırmaq üçün dəyişmək lazımdır.
1960-illər – 1980-ci illərin ortası. Təcrid olunmuş təhsildən inteqrativ təhsilə doğru inkişaf gedir. İnteqrasiya yeni bir model olun sosialmodelə əsaslanır. Bu model xüsusi qayğıya ehtiyacı olan uşaqlara fərqli bir nəzər salır və belə uşaqların yaşadıqları cəmiyyətin mədəni ənənələrinə uyğun tərbiyəsini vacib duyur. Sosial modelə görə cəmiyyətin əlilləri qəbul etməsi üçün cəmiyyətin əlillərə münasibətini və bütövlükdə cəmiyyəti dəyişdirmək lazımdır.
1980-ci illərin ortası – indiyədək.İnklüziya daxil etmə modeli. Bu modelə görə insan və uşaq ailənin, cəmiyyətin həyatında iştirak etmək üçün, təhsil müəssisəsində təhsil almaq üçün və ya işləmək üçün heç də hazır olmamalıdır.
XX əsrin ortalarında SSRİ-də, eləcədə Azərbaycanda məhdud imkanlı insanların sosial reabilitasiyası konsepsiyası mövcud idi. Bunun əsasında sosial faydalılıq ideyası dayanırdı. Bu konsepsiyaya əsasən məktəb cəmiyyət üçün fəal və faydalı üzv tərbiyə etməli idi. Bunun əsasında sosial faydalılıq dayanırdı. Bu konsepsiyaya əsasən məktəb cəmiyyət üçün fəal və faydalı üzv tərbiyə etməli idi. Məhdud imkanlı uşaq da bu qaydadan kənarda deyildi, o da cəmiyyətin faydalı üzvü kimi böyüməli və ehtiyaclarını öz əməyi ilə təmin etməli idi. Xüsusi təhsilin dəyəri əlil şəxsin məhsuldar əməyə cəlb edlməsində görülürdü. Cəmiyyət qabaqcadan məhdud imkanlı uşağı yararsız elan edirdi, onu öz qaydalarına tabe edirdi. Həm konsepsiya, həm də mövcud təcrübə cəmiyyətin bu cür uşaqların xüsusi ehtiyaclarına uyğunlaşması prosesini nəzərə almırdı. Öz qüsuru üzündən cəmiyyətin faydalı üzvünə çevrilə bilməyən şəxslərin məsələsi isə açıq olaraq qalırdı. Məhdud imkanlı şəxslərin sosial reabilitasiyası konsepsiyası sosializmin və komunizmin sosial baxımdan və fəal qurucularının tərbiyə pedaqogikasının əsasları ilə uğurla birləşdirilirdi. Xoşbəxtlikdən bu, faşizmin hakimiyyətə gəldiyi ölkələrdə olduğu kimi SSRİ-də də insan hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarmadı. Lakin cəmiyyətin maraqlarının fərdin maraqlarından üstün tutulması faktik olaraq məhdud imkanlı şəxslərin sosial baxımdan daha az dəyərliliyi statusunu qanuniləşdirdi. Məhz buna görə də müstəqillik dövrünün ilk illlərində ölkəmizdə adı çəkilən əhali kateqoriyasına cəmiyyətin və dövlətin məhdudlaşdırıcı-himayəedici mövqeyi qalmaqda idi. Xüsusi internat məktəbləri bunun bariz nümunəsidir. Belə yanaşmaya görə sosial uyğunlaşmada yüksək nəticələr əldə etmək, nüfuzlu və rəqabətə davamlı peşələrə yiyələnmək mümkün olmurdu.Hal-hazırda isə bütün bu problemlər öz həllini tapmaqdadır.
Müasir dövrdə inklüziv təhsil dedikdə uşaqların orta təhsil məktəblərində dərs alması prosesi nəzərdə tutulur ki, bunun da xüsusi tələbləri var. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil şagirdlərə qarşı hər hansı formada ayrı seçkilik edilməsinin qarşısını alır və bütün uşaqlara, o cümlədən müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq və uğurlar qazanmaq imkanı verir. İnklüziv təhsilin əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaradılmasıdır. Bununla əlaqədar olaraq təhsil müəssisələrinin texniki təchizatına yenidən baxmaq, təkcə təhsil alanlar deyil, həm də müəllimlər üçün xüsusi qayğıya ehtiyacı olan uşaqları təhsil prosesinə fəal qoşulmasına yönəlmiş yeni xüsusi kurslar işlənilib hazırlanmalıdır.
Göründüyü kimi xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alma səviyyəsi getdikcə yüksəlir, onların əksəriyyəri təhsilə cəlb edilir. Buna görə də inklüziv təhsilin təşkilinin təlim-tərbiyə prosesinin səmərəli nəticə verməsi üçün onun müasirləşməsinə qoyulan standartlara cavab verməsinə nail olmaq əsas tələblərdən biridir. Həm beynəlxalq insan və uşaq hüquqlarına dair sənədlər (İnsan hüquqları bəyannaməsi, Uşaq hüquqları bəyannaməsi, Əlilliyi olan şəxslərin hüquqları bəyannaməsi, həm də xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinə dair sənədlər (Salamanka və Dakar bəyannamələri, YUNESCO-nun "Hamı üçün təhsil" prinsipi) BMT-yə üzv olan uşaqların təhsilinə mövcud yanaşma köklü dəyişməlidir. Buna cavab olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi İnklüziv Təhsil üzrə Dövlət Proqramını hazırlamış və pilotlayihələrinin tətbiqinə icazə vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral, 2005-ci ildə verilmiş 20 № li qərarına əsasən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin" təşkili üzrə İnkişaf Proqramının (2005-2009) təsdiq edilməsi ölkədə inklüziv təhsil modelinin sınaqdan keçirilməsinə böyük imkanlar yaratdı. Respublikamızda Milli Fəaliyyət Planının I hissəsinin sınaqdan keçirilməsi üçün 2005-2009-cu illər ərzində erkən uşaqlıq dövrünü əsas götürərək respublikanın şəhər və rayonlarının orta ümümtəhsil məktəb və uşaq bağçalarında İnklüziv Təhsil Pilot Layihələrinin icrasına başlanıldı.
Ümumtəhsil sistemi bütün uşaqları əhatə etməli və bütün uşaqların bərabər imkanlara malik olmasını təmin etməli və hər birinin fərdi nailiyyətlərinə dəstək verməlidir. Təhsildə inklüziv yanaşma bu məqsədlərə xidmət edir. Sistem şəklində təmin olunan şərait və təlim vəsaitləri müxtəlif qabiliyyətləri olan uşaqlar üçün əlverişli təlim mühitinin olmasını vurğulayır. Ümumtəhsil sistemində inklüzivlik anlayışı hansısa qrup uşaqları ümumtəhsil məktəblərinə daxil etmək yox, məhz sistemin özünün geniş spektrli qabiliyyətlərə malik olan və təlimdə xüsusi ehtiyacları olan uşaqları əhatə etmək imkanlarının yaradılmasına üstünlük vermək deməkdir.
İnklüziv təhsil anlayışı Vıqotski və Piajenin irəli sürdüyü uşaqların inkişafı nəzəriyyəsi ilə yanaşı insan hüquqları prinsiplərinə də əsaslanır. İnsan Hüqüqları Konsepsiyasına görə, dövlətlər elə bir təhsil sistemi qurmalıdır ki, təhsil alma hüququ hər bir uşağın insan hüququ olaraq qorunsun və təmin edilsin. Latın dilində "inklüziya" "daxiletmə" deməkdir. Məhz buna görə getdikcə Avropa Şurasının sənədlərində və rəsmi "dilində" demikratik cəmiyyət sözü inkilüziv cəmiyyət sözü ilə əvəz olunur.
İnklüziv təhsilin mahiyyəti nədən ibarətdir? - Pedaqogikada inklüziv yanaşmaların tətbiqi əsas demokratik prinsip və dəyərlərə tam cavab verməklə, xüsusi qayğıya ehtiyacı olan uşaqların tipik yaşıdlarının təlim aldıqları şəraitə maksimum yaxın olan şəraitdə təhsilinə tam və fəal şəkildə cəlb olunmasıdır. Təhsildə xüsusi ehtiyaclar anlayışı nə deməkdir? - İnklüziya xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərinə sadəcə olaraq daxil olması deyil. İnklüziv sinif mühitində təlim hər bir uşağın başqaları ilə birlikdə tədris prosesində iştirak etmə hüququnu nəzərdə tutur. İrqi, cinsi fərqlər, eləcə də, xüsusi fərqlər və müxtəlif qabiliyyətlər bu qrupa təsir göstərmir. Öz qabiliyyət və ehtiyaclarından asılı olmayaraq uşaqların hamısı sinfin tam hüquqlu üzvü sayılır. İnklüziv təhsilin bu konsepsiyası bütün uşaqlar dəyərli və cəmiyyətin fəal üzvləridir kimi əsas demokratik ideyalardan birini əks etdirir. Belə ki, uşaqlar sağlam və xüsusi qayğıya ehtiyacı olanlara bölünmürlər, öz fərdi xüsusiyyətləri, ehtiyacları və istedadları olan ayrı-ayrı şəxsiyyətlər kimi nəzərdən keçirilirlər və daima təlim prosesində dəstək alırlar.
Azərbaycanda inklüziv təhsilin inkişaf tarixi 2004-cü ildən başlayır və ilk təcrübə məhz xüsusi qayğıya ehtiyacı olan uşaqları Bakı və Sumqayıt şəhərlərinin bir sıra seçilmiş ümumtəhsil məktəb və məktəbəqədər müəssisələrinə cəlb etməkdən ibarət olmuşdur. Cəlb olunmuş uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlar adlandırılmışdır.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təsnifatı ilə bağlı məsələyə müxtəlif ölkələrdə, ayrı-ayrı beynəlxalq təşkilatlarda fərqli yanaşma var. Bu yanaşmaları eyniləşdirmək üçün xüsusi qayğıya ehtiyacı olan uşaqların üç kateqoriya üzrə təsnif edilməsi OECD tərəfindən ingilis dilində "3 D" modeli kimi tanınır və aşağıdakı kimi qəbul olunub:
səhhətində problem olanlar / əlil uşaq (Disability)
çətinliyi olanlar (Disorder)
həssas uşaqlar (Disadvantage)
I kateqoriyaya - səhhətində problem olan / əlil uşaqlar. Yəni səhhətində ciddi problem olanlar. Tibbi terminologiyada problemlərin üzvi patologiyaya (sensor, motor və ya nevroloji qüsurlar) aid olması vacibdir. Təhsildə belə uşaqların xüsusi qayğıya ehtiyacı olması sadlanan problemlərdən irəli gəlir.
II kateqoriya - çətinliyi olan uşaqlar (təhsildə və davranışında problem olanlar) - Davranış və ya emosionallığında tarazlıq olmayanlar və ya təhsildə xüsusi çətinliyi olanlar. Xüsusi qayğıya ehtiyac belə uşaqlarda təhsil konteksti ilə ünsiyyətin qurulmaması səbəbindən irəli gəlir.
III kateqoriya - həssas uşaqlar (sosial cəhətdən az müdafiə olunanlar). Həsas, köməksiz, sosial-iqtisadi, mədəni və ya dil faktorlarına görə yaranmış problemlərlə bağlı xüsusi qayğıya ehtiyacı olan uşaqlardır.
İnklüziv təhsil səkkiz prinsipə əsaslanır:
― İnsanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyildir;
― Hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir;
― Hər kəs ünsiyyət hüququna malikdir və o dinlənilməlidir;
― Bütün insanalr bir-birinə lazımdır;
― Orijinal təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər;
― Bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu lazımdır;
― Bütün şagirdlər üçün tərəqqiyə nail olmaq onların nə biləcəyindən asılıdır;
― Müxtəliflik insan həyatının bütün aspektlərini gücləndirir.
Uşaqlarla bağlı təcrübə belə bir inama əsaslanır ki, ailə uşağın ilk müəllimidir. Uşağa ilk dərs deyən müəllimlər onun evdə əldə etdiyi biliklərə hörmətlə yanaşır və gələcək təhslilini onun maraqları üzərində qurur. Ailənin maraqları, prioriteti və qayğıları uşaqlara, xüsusən qüsurlu uşaqlar üçün nəzərdə tutulan xüsusi proqramların məna və təcrübəsində mərkəzi yerləri tutur. Qüsurlu uşaqların valideynləri onların müəllimləri ilə mövcud münasibətləri inkişaf etdirməli vəöz uşaqları üçün müvafiq tədris proqramının yaradılması üçün çox böyük məsuliyyət daşıyırlar. Belə uşaqların təlimi ilə məşğul olan mütəxəssislərin ən vacib funksiyalarından biri ailələrdə öz inam hissini yaratmaqdır. Ünsiyyət artıb inkişaf etdikcə, valideynlərin özlərinə inamı artır və onların uşaqlarının səviyyəsi yüksələn xəttlə davam edir. Valideynlərlə səmərəli qarşılıqlı münasibətin yaradılması üçün müəllim: hörmət, sağlam münasibət və rəğbət kimi keyfiyyətlərə malik olmalıdır. Belə ki, müəllimlər ailələrlə əməkdaşlığın inkişaf etdirilməsi üçün hansı keyfiyyətlərin lazım olduğunu başa düşdükdə, onlar aşağıdakı vasitələrdən istifadə etməklə bu ünsiyyəti dərinləşdirə bilərlər:
Dostları ilə paylaş: |