Ixtisas: Təhsildə sosial psixoloji xidmət Kur: III fənn: İnklüziv təhsil və təlim


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ



Yüklə 173,13 Kb.
səhifə53/72
tarix10.01.2022
ölçüsü173,13 Kb.
#106383
1   ...   49   50   51   52   53   54   55   56   ...   72
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ 

Bakı şəhəri, 29 aprel 2002-ci il.  № 72  



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 29 aprel tarixli 72 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR


Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu 

QAYDASI 

1. Sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili müəssisələrinə qəbulu psixoloji - tibbi-pedaqoji komissiya, yetkinlik yaşına çatanlar üçün isə tibbi - sosial ekspert komissiyası tərəfindən bu şəxslərə verilən, təhsil almaq hüququnu təsdiq edən sənədə əsasən həyata keçirilir.

2. Peşə - ixtisas təhsili müəssisələrinə əsas və ümumi orta təhsili başa vuran, xəstəliyinin xüsusiyyətləri seçdiyi peşə üzrə təhsil almağa və işləməyə imkan verən, bacarıq və maraqları nəzərə alınmaqla sağlamlıq imkanları məhdud şəxslər qəbul edilirlər.

Müstəsna hallarda əsas təhsili başa vurmayan, lakin peşə təhsili almaq istəyən şəxslər də peşə məktəblərinə qəbul edilə bilərlər.

Təhsil almaq arzusunda olan şəxslər üçün yaş məhdudiyyəti qoyulmur.

3. Peşə məktəbi və peşə litseylərinə daxil olmaq istəyən sağlamlıq imkanları məhdud şəxslər seçdikləri peşəni göstərməklə, direktorun adına ərizə yazırlar.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:


  • təhsil haqqında sənədin əsli;

  • peşə təhsili müəssisəsində oxumaq və seçdiyi peşə üzrə gələcəkdə işləmək imkanının olması barədə psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial-ekspert komissiyasının rəyi;

  • 086/u nömrəli tibbi arayış;

  • yaşayış yeri üzrə qeydiyyat haqqında arayış;

  • 3x4 ölçüdə 4 ədəd fotoşəkil.

  • Pasport (doğum haqqında şəhadətnamə) qəbul komissiyasına şəxsən təqdim edilir.

Təqdim edilən sənədlərə əsasən təhsil müəssisəsinə qəbul edilənin şəxsi işində müvafiq qeydlər aparılır.

Sənədləri qəbul olunan şəxslər dərslərin başlanmasına ən azı 5 gün qalmış təhsil müəssisəsində müsahibədən keçirlər.

Sənədlərin qəbulu peşə məktəbi və peşə litseyləri tərəfindən müəyyən olunmuş müddətlərdə aparılır və dərslərin başlanmasına 5 gün qalmış başa çatdırılır.

4. Sağlamlıq imkanları məhdud şəxslərin peşə məktəbi və peşə litseylərinə qəbulu qəbul komissiyasının qərarına əsasən peşə təhsili müəssisəsi direktorunun əmri ilə rəsmiləşdirilir.

5. Peşə məktəbinə və peşə litseyinə qəbul olunmayan şəxslərin sənədləri qəbul barədə əmr verildikdən sonra 5 gün müddətinə rəsmi əsaslandırılaraq geri qaytarılır.

6. Sağlamlıq imkanları məhdud şəxslər ali və orta ixtisas təhsili müəssisələrinə ümumi qaydalar əsasında qəbul edilə bilərlər.



7. Peşə-ixtisas təhsili müəssisəsinə qəbul edilən sağlamlıq imkanları məhdud şəxslərin siyahısı məlumat üçün dərslər başlananadək valideynlərinə və ya digər qanuni nümayəndələrinə çatdırılır.

Yüklə 173,13 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin