Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə iş prosesi.Müəllim üçün birinci dərəcəli əhəmiyyət kəsb edən məsələ təxirə salınmaz ailə problemlərini dərk etmək qabiliyyətindən ibarətdir. Ailənin problemləri uşağın davranışının idarə olunmasındakı çətinliklərlə, ailə daxili problemlərlə, ailənin sosial və iqtisadi statusu ilə və yaxud da yuxarıda göstərilən bütün problemlərin kombinasiyası ilə bağlı ola bilər. Ailənin problemlərinə qarşı diqqətin üzə çıxması müəllim üçün yaxşı başlanğıc strategiyadır.
Təcrübə göstərir ki, adətən valideynlərin problemlərini üç qrupa bölmək mümkündür:
1. Uşağın davranışlarının idarə olunması ilə bağlı problemlər;
2. Ailədaxili problemlər;
3. Ətraf aləmlə bağlı olan problemlər.
Dostları ilə paylaş: |