Valideynlər uşaqları qüsurlu dünyaya gələndə ilk reaksiyaları "Bu iş bizim başımıza gəlməzdi" deyib bu vəziyyəti inkar edə bilərlər və eyni anda onlar var güclərini, uşaqların durumunu düzəltmək üçün xərcləyərlər. Sonradan isə valideynlər inkar etməyin bir faydası olmadığını gördükdə əsəbləşib bir günahkar axtarırlar.
Sonradan uşaqların vəziyyətini dərk etdikcə, bu həqiqətlə barışıb səssiz qalırlar. Dünyadan təcrid olunmuş kimi heç kimi görmək istəməz, uzun müddət ağlayıb depressiyaya düşə bilərlər. Bununçündə ona yaxınları və ətrafı dəstək olmalıdır. Get gedə ailə "Əlimizdən gələni övladımız üçün edəcəyik" deyib yola çıxarlar. Bu yola çıxmaq heç də asan deyil, ancaq gərək valideynlər, çox güclü və təmkinli olsunlar.