Çox vaxt valideynlərin həddindən artıq məhəbbəti, nəvziş və himayəçiliyi nəticəsində uşaqlarda özünəxidmət vərdişlərin formalaşması gecikir, onlar müstəqil yerimirlər, az hərəkətdə olurlar, təlimə və ətrafda baş verənlərə laqeyd qalırlar. Valideynlər bilməli və nəzərə almalıdırlar ki, 4-5 yaşından sonra müəyyən edilmiş inkişaf pozulması və bundan sonra təşkil edilmiş uyğun tərbiyə və təlim heç vaxt uşağa lazımi dərəcədə reabilitasiyanı və sosial adaptasiyanı təmin etmir. Var gücləri ilə uşaqlarını çətinliklərdən qoruyan, məsuliyyətdən azad edən, valideynlər yaddan çıxarmamalıdır ki, uşaqlıq dövrü keçib gedəcək, uşaqlar böyük həyata qədəm qoyacaq, işləməli, sevməli, ailə qurmalı, uşaq böyütməli və istər-istəməz insdanlarla ünsiyyətdə olmalıdırlar. Tərbiyənin və təlimin ilk mərhələsində belə uşaqlarda özünəxidmət vərdişlərini formalaşdırmaq çox vacibdir, çünki bu vərdişlər gələcək pedaqoji tərbiyə təlimin əsaslarından biridir. Çox vaxt valideynlər, hətta uşaq müəssisələrinin tərbiyəçiləri bu vərdişlərin (müstəqil yemək, geyinmək, soyunmaq və s.) aşılanmasına fikir verməyərək, nəinki uşağın intellektual inkişafını ləngidir, həm də onun gələcəkdə reabilitasiyasına və soaial adaptasiyasına maneə olur.
Sağlamlığı məhdud olan uşaqlar tez yorulur, onların diqqəti yayınır, iş zamanı müxtəlif neqativ davranış xüsusiyyətləri özünü biruzə verir. Belə halların aradan qaldırılması, qarşısının alınması, həmçinin işgüzarlıq müddətini və səviyyəsini artırmaq üçün valideyn müxtəlif fəaliyyət növlərindən istifadə etməli və onları tez-tez dəyişmək lazımdır.
― Ümumiyyətlə sağlamlığı məhdud olan uşaqlar tərəfindən yerinə yetirilən tapşırıqlar onların həddən artıq yorulmasına və ya qıcıqlanmalarına gətirib çıxarmamalıdır. Odur ki, istirahət dəqiqələri hər hansı tapşırığın yerinə yetirilməsindən sonra aparılsa yaxşıdır. Bu həm də görülən işin səmərəliliyinə müsbət təsir göstərir, onlara özünəinam vərdişlərinin formalaşmasına gətirib çıxarar.
Sağlamlığı məhdud olan uşaqların tərbiyəsində valideynlər aşağıdakı şərtləri nəzərə almalıdırlar.
− Psixoloji cəhətdən elə şərait yaratmalıdır ki, o xəstəliyini hiss etməsin
− İstirahət mərkəzləri və sanatoriyalar elə təşkil olunmalıdır ki, uşağın sağlamlığına kömək etsin.
− Uşaqlara mehribanlıqla və 4 yaşdan yuxarı şəxsiyyət kimi rəftar etmək lazımdır.
− Boy və orqanizmin inkişafı üçün hormonal preparatlardan həkimin məsləhəti ilə istifadə etsin.
− Hərdən valideynlər bütün məşğələlər boyu uşağa kömək edirlər, amma hər məşğələdə bu köməklik azaldılmalıdır.
− Uşağın yerinə yetirə bildiyi hər tapşırığı müsbət qiymətləndirməli və rəğbətləndirməlidir.
− Fəaliyyət növlərini bir-biri ilə tez-tez əvəzləndirmək lazımdır, çünki sağlamlıq imkanları məhdud olan uşağın tez yorulmağa ixtiyarı var.
− Məşğələlər zamanı oyun formalarından tez-tez istifadə etmək lazımdır.
− İşıqlandırma prosesinə düzgün əməl olunmalıdır.
− Məşğələləri keçirən valideyn, tərbiyəçi və müəllim daim axtarışda olmalı, uşağın düzgün tərbiyəsi üçün yeni yollar və üsullar tapmalıdırlar.
Dostları ilə paylaş: |