Ixtisas: Təhsildə sosial psixoloji xidmət Kur: III fənn: İnklüziv təhsil və təlim


MÖVZU 10: İnklüziv təhsilin uşaq bağçası və məktəb səviyyəsində təşkili



Yüklə 173,13 Kb.
səhifə20/72
tarix10.01.2022
ölçüsü173,13 Kb.
#106383
1   ...   16   17   18   19   20   21   22   23   ...   72
MÖVZU 10: İnklüziv təhsilin uşaq bağçası və məktəb səviyyəsində təşkili
PLAN:

  1. İnklüziv təhsilin icrası zamanı inzibati işin təşkili.

  2. Xüsusi qayğıya ehtiyacı olan uşaqların adi siniflərə daxil olması ilə bağlı konkret tövsiyələr.

  3. Müəllim və müəllim köməkçisinin əməkdaşlığı və hər birinin vəzifələri.

  4. İnklüziv təhsil komponentli ümumtəhsil məktəblərində psixoloqun rolu.


Ədəbiyyat:

1. Əlizadə H., Mahmudova R. Sosial pedaqogika. Dərslik. Bakı, 2013.

2. Korreksion pedaqogikanın müasir problemləri. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Bakı, 2012.

3. İsmayılova L. və başqaları. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili. Bakı, Kurrikulm., Azərbaycan, (iyul-sentyabr), 2009, № 3

4. Şərəfxanova L., Məmmədova S., Mikayılova Ü. İnklüziv təhsil. Məktəbəqədər təhsil pilləsi üçün. Bakı 2010.

5. Təhsil Haqqında Azərbaycan Respublikasının qanunu. Bakı: Qanun, 2009.

6. Təhsil Qanunvericiliyinə dair normativ Hüquqi sənədlər toplusu. I-II cild, Bakı, 2012.

Əgər hər hansısa bir məktəb inklüziv təhsilə qoşulacağına qərar verirsə, bu prosesə əvvəlcədən məktəb heyəti, məktəb icması, bütün valideynlər hazırlıqlı olmalıdırlar. Belə ki, məktəbdə inklüziv təhsili məktəb səviyyəsində tam və dolğunluqla icra etmək üçün bütün məktəb müəllimlər səfərbər olmalı və komanda kimi fəaliyyət göstərməlidirlər.

İnklüziv təhsilin təşkili bir sıra komponenetlərdən ibarətdir: Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəlb edilməsi, uşaqların qiymətləndirilməsi (Psixoloji-Tibbi-Pedaqoji Kommissiya ilə əməkdaşlıq) valideynlərin maarifləndirilməsi, inklüziv təhsil haqqında məktəb icmasının məlumatlandırılması, məktəb psixoloqları ilə işin qurulması və sosial xidmətlərin təminatı və s.

İnklüziv təhsil prosesinə qoşulacağını planlaşdıran məktəb ilk öncə məktəb daxilində və məktəb ətrafı icmada olan bütün insanları, o cümlədən valideynləri inklüziv təhsillə və qarşıda duran çətinliklərlə bağlı məlumatlandırmalıdır. Eyni zamanda məktəb rəhbərliyi inklüziv təhsilə qoşulacaq uşaqlar üçün psixoloji və digər sosial xidmətlərin (loqoped, inkişaf terapevti və s.) təşkili üçün məktəbin daxili və xarici qüvvələrini səfərbər etməlidir. Aşağıdakı ardıcıllıq il ərzində məktəb və sinif səviyyəsində inklüziv təhsil prosesini əks etdirir:



  • Şagird məktəbə müraciət edir.

  • Şagird bütün sənədləri, ekipriz sənədi və ya uşaq dispanserindən verilən arayışı ilə birlikdə Psixoloji-Tibbi-Pedaqoji komissiyaya müraciət edir. (iyul-avqust)

  • Psixoloji-Tibbi-Pedaqoji komissiyanın müsbət rəyi əsasında inklüziv komponentli məktəbə qəbul edilir. (Azərbaycanda hal-hazırki qanunvericilik prosedurlarına görə bunu adı çəkilən komissiya həyata keçirir. İnkişaf etmiş ölkələrin təcrübəsində isə bunu hər bir təhsil müəssisəsinin nəzdində yerləşən mütəxəssis komandası ilkin qiymətləndirmə mərhələsində icra edir)

  • İnklüziv komponentli sinif 16 və ya 18 tipik və 2 xüsusi qayğıya ehtiyacı olan uşaqla 20 şagirdən ibarət olaraq komplektləşdirilir.

  • Sentyabrın 15-dən Oktyabrın 15-dək inklüziv komponentli sinifdə təhsil alan şagird sinif mühitində müşahidə olunur və mütəxəssislər, valideynlər və şagirdlə işləyən müəllimlər tərəfindən qiymətləndirilir.

  • Tədris proqramına uyğun olaraq uşağın fərdi qiymətləndirilməsinin nəticələrini əsas tutaraq ona Fərdi TədrisPlanı tərtib olunur.(sentyabr-oktyabr)

  • Təhsil xidmətləri yerinə yetirilir, buna təlim və xüsusi xidmətlər daxildir. (oktyabr-yanvar)

  • Şagirdin nailiyyəti qiymətləndirilir və nailiyyətlər və geriləmələr barəsində valideyn və şagirdlə işləyən digər mütəxəssislər məlumatlandırılır. (dekabr-yanvar)

  • Şagirdin yarım illik qiymətləndirilməsinin nəticəsi olaraq, Fərdi Tədris Planı yenidən nəzərdən keçirilir, əlavə və dəyişikliklər edilir. (yanvar)

  • Təhsil xidmətləri yerinə yetirilir, buna təlim və xüsusi xidmətlər daxildir. (yanvar-may)

  • İlin sonunda qarşıya qoyulan məqsədlər əsasında şagirdin təlim proqramını necə mənimsəməsi və digər inkişaf sahələrinə görə hansı uğurların və çətinliklərin olması üzrə ilin sonunda bir daha qiymətləndirmə aparılır.

İnklüziv siniflərin təşkili və fəaliyyətində inzibati strategiyaları aşağıdakı kimi təsvir etmək olar:

  • Təhsil müəssisələrinin rəhbərliyi, müəllim, psixoloq, korrektəedici müəllim, loqoped, müəllim köməkçilərindən, valideynlərdən ibarət komanda təşkil olunur.

  • Müəssisədaxili resurslardan istifadə etməklə müəllim və valideynlərin inklüziv təhsil haqqında bilikləri artırılır.

  • Fərdi Tədris Planlarının işlənilməsi, həyata keçirilməsi istiqamətində komandanın bütün üzvlərinin maraqlı olması təmin olunur.

  • Təhsil müəssisəsində valideyn birlikləri yaratmaqla, icma üzvlərinin işinin aktivləşdirmək və müəllim-valideyn əməkdaşlığının genişləndirilməsi təşkil olunur.

  • Fəaliyyət göstərən valideyn-müəllim assosiasiyalarının köməyindən istifadə edilir.

  • İnklüziv təhsilin məktəb səviyyəsində koordinasiya olunmasına cavabdeh şəxs-koordinator ( bu ibtidai təhsil pilləsində tədris işləri üzrə direktor müavini, fəal müəllim, metodist və yaxud müəllim köməkçisi ola bilər) təyin edilir.


Yüklə 173,13 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin