Ixtisas: Təhsildə sosial psixoloji xidmət Kur: III fənn: İnklüziv təhsil və təlim


Fərdi Tədris Planı aşağıdakı komponentlərdən ibarətdir



Yüklə 173,13 Kb.
səhifə31/72
tarix10.01.2022
ölçüsü173,13 Kb.
#106383
1   ...   27   28   29   30   31   32   33   34   ...   72
Fərdi Tədris Planı aşağıdakı komponentlərdən ibarətdir:

  • Şagird haqqında məlumat: soyadı, adı, yaşı, ünvanı. Bu bölmədə komanda üzvlərinin siyahısı da verilir.

  • Şagirdin hazırkı bilik və bacarıq səviyyəsi: Bura şagirdin qiymətləndirmə zamanı toplanmış məlumata əsaslanan inkişaf səviyyəsi haqqında məlumat daxil edilir.

  • Məqsəd və vəzifələri: Bura komanda üzvləri tərəfindən müəyyən edilmiş, əsas bacarıq və davranışların mənimsənilməsində uşağa kömək edəcək məqsəd və vəzifələr daxil edilir.

  • Xüsusi və əlavə xidmətlər: Bu bölmədə şagirdə göstəriləcək xüsusi xid-mətlərin siyahısı verilir. Əgər lazımi xidmətlər məktəbdə göstərilə bilməzsə onda valideynlərə müvafiq mütəxəssislərin yanına getməsi tövsiyə olunur.

  • Sinif mühitinin uyğunlaşdırılması və işin təşkili: Bu bölmədə xüsusi qayğıya ehtiyacı olan şagirdin adi sinifdə təhsil almasına yardım edəcək uyğunlaşdırmalar (məs: şagirdin gözü zəifdirsə onu birinci sırada əyləşdirmək) və işin təşkilində edilən dəyişikliklər təsvir olunur.

  • Fəaliyyət müddəti: Bura planın ümumi fəaliyyət müddəti və ayrı-ayrı xidmətlərin təqdim edilmə müddəti haqqında məlumat daxil edilir.

  • Şagirdin uğurları haqqında məlumat: Cari qiymətləndirmə və şagirdin uğurlarının monitorinqini Fərdi Tədris Planının ayrılmaz tərkib hissəsidir. İnformasiyanın əldə olunması üçün müşahidə, portfolio, nəzarət kartları, şagirdlərin işləri, davranışın təsvir olunduğu qeydlər və s. üsullardan istifadə etmək olar.


Yüklə 173,13 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin