müəllim və şagirdlərin psixoloji –pedaqoji fəaliyyət və ünsiyyətin xüsusiyyətlərini öyrənmək;
uşaqların psixi inkişafında və davranışında olan qüsurların profilaktika və korreksiyası işini təşkil etmək;
problemli uşaqların sosial-psixoloji və pedaqoji reablitasiyasına yardım etmək.
Praktik psixoloqun işinin əsas istiqamətlərini aşağıdakı kimi xarakterizə etmək olar:
psixoloji maarifləndirmə;
psixoloji profilaktika;
psixoloji diaqnostika;
psixoloji korreksiya;
psixoloji məsləhət;
psixopedaqoji konsilium.
Psixoloji maarifləndirmə dedikdə pedaqoji kollektivin –müəllimlərin, şagirdlərin və valideynlərin psixoloji biliklərlə ilk tanışlığı başa düşülür. Psixoloji maarifləndirmə aşağıdakı formalarda həyata keçirilir: mühazirə, psixoloji ədəbiyyatın tematik sərgisi, söhbətlər, seminarlar, valideynlər klubu, psixoloji qəzet və s. Bu isə psixoloqun fəaliyyəti və bu istiqamətdə işinin nəticəsində mümkündür.