Ixtisas: Təhsildə sosial psixoloji xidmət Kur: III fənn: İnklüziv təhsil və təlim


Ailələrlə səmərəli əməkdaşlığın yaradılması



Yüklə 173,13 Kb.
səhifə60/72
tarix10.01.2022
ölçüsü173,13 Kb.
#106383
1   ...   56   57   58   59   60   61   62   63   ...   72
Ailələrlə səmərəli əməkdaşlığın yaradılması. Uşaqlar bizim xoşbəxtliyimiz, sevincimiz, cəmiyyətin gələcəyidir. Uşaqların bir yerdə öyrənməsi, oynaması, danışıb-gülməsi müəllimlər, valideynlər və uşaqların özünə inklüziv təhsilin üstün cəhətlərini görməyə və onun standartlarını qəbul etməyə imkan verir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən müəllimlər bunları unutmamalıdır:



  • Xüsusi qayğıya ehtiyacı olan uşaqları bacarıqlı, düşüncəli hazırlamaq üçün əsas amillərdən biri də valideynlərdir. Valideynlərin inklüziv təhsil proqramında iştirakı vacibdir.

  • Aciz və zəif olan insan hər tərəfdən qayğı ilə əhatə olunmasını tələb edir. Bu cəhətdən həm valideynlər, həm də müəllimlər birlikdə uşaqlara qayğı bəsləyir.

Müəllim və valideyn tərəfindən planlaşdırılan yeni davranış uşaqlar üçün nə isə qeyri-təbii bir şey olmamalıdır (məsələn, tərpənmədən və ya söhbət etməyərək oturmaq). Uşaqda müsbət vərdişlərin inkişafı haqqında düşünmək daha faydalıdır (məsələn, dözüm və özünə nəzarət). Bu, şübhəsiz, uşaqda xoşagəlməyən davranışı necə söndürmək və ya kökünü kəsmək haqqında düşünməkdən daha faydalıdır.

Valideynlərlə görüş. Valideyn İclasları. Uşağın inkişafının ardıcıl planını bacarıqla tərtib etmək üçün ailə və təhsil müəssisəsinin birlikdə əməkdaşlıq etməsi faktı valideynlər üçün xüsusi mükafatdır. İnformasiya mübadiləsi və problemin səbəblərinin aydınlaşdırılması üçün valideynlərlə görüşlər və valideyn iclasları zəruridir. Valideyn iclasları prosesin iştirakçılarına – ailə və təhsil müəssisəsinə bir-birini daha yaxşı tanımağa imkan verir.

Fərdi Tədris Planı valideynlərlə görüş və valideyn iclaslarının keçirilməsi üçün yaxşı formalaşdırılmış quruluşdur. Problemin təsviri, qısa və uzun müddətli məqsədlərin təyin edilməsi və nəticələrin qiymətləndirmə üsullarının müəyyən edilməsi – bütün bunlar müəllimin fəaliyyətinin düzgün planlaşdırılması üçün son dərəcə vacibdir.

Tövsiyələr- Bütün məsləhətçi vərdişləri (başqa sözlə, əks əlaqənin təqdim olunması, şəfqət göstərilməsi, rast olunan müxtəlifliklərə qarşı dözümün nümayiş olunması, diqqətlə dinləmək qabiliyyəti, problemin həllinə qarşı mütəhərrik yanaşma və səmimiyyət) valideyn iclaslarının effektiv keçirilməsi üçün çox mühüm həyati əhəmiyyət daşıyır. Həmçinin iclas yerinin düzgün seçilməsinin vacibliyini nəzərə almaq, iclası diqqətlə planlaşdırmaq və ona yaxşı hazırlaşmaq da zəruridir.

İclasın keçirildiyi yer və valideynlərlə görüşlər rahat olmalıdır və imkan daxilində artıq səs-küydən uzaq və ya iclasın dayandırılması hallarının gözlənilmədiyi bir məkan seçilməlidir. İclasda valideynlər məxfi informasiyanı müəllimlə bölüşə bilmək imkanına da malik olmalıdırlar.

Görüş öncədən planlaşdırılmalıdır, məsələn, valideynlərə hansı informasiya və ya hansı dəlillər təqdim olunacaq və bunlar hansı şəkildə təqdim olunacaqdır. Müəllim, uşaq tərəfindən yerinə yetirilən tapşırıq nümunələrini, testlərin nəticələrini hazırlamalıdırlar. Bu zaman həmin məlumat valideyn üçün nisbətən daha anlaşıqlı şəkildə təşkil olunaraq təqdim edilməlidir. Müəllim uşaq barədə təqdim olunmuş informasiyanı izah etmək üçün həmişə aydın və sadə üsul tapmağı bacarmalıdır. Müəllimlər həmçinin görüşdə kimin iştirak edəcəyini diq-qətlə planlaşdırılmalıdır. Bu, uşağa münasibətdə mühüm qərarlar qəbul ediləcəyi gözlənildiyi təqdirdə xüsusilə vacibdir. Uşağın həyatında olan bütün əsas adamlar (məsələn, hər iki valideyn, nənə və baba) iclasda iştirak etmək imkanına malik olmalıdırlar. İclasda digər peşəkarları (psixoloq, loqoped) və həmçinin məktəb rəhbərliyinin nümayəndələrini (metodist, həkim, direktor) də dəvət etmək olar. İclasdan öncə müəllimlər iclasın məqsədini özləri üçün müəyyən etməli və iclasın əvvəlində bu barədə valideynləri məlumatlandırmalıdırlar. Valideyn iclasları, yalnız hər hansı bir nəticəyə gəlib çıxmaq mümükün olduğu təqdirdə faydalıdır. Nəticə hətta əhəmiyyətsiz ola bilər, ancaq ən əsası budur ki, o, bütün iştirakçılarla razılaşdırılmış olsun. Nəticədə müştərək razılaşdırılmış plan onun yerinə yetirilməsinə nəzarəti asanlaşdırır.

İclasın son bir neçə dəqiqəsi yekunlaşdırmaya və planlaşdırılmış fəaliyyətin izah olunmasına (kim hansı hissə üçün məsuliyyət daşıyır, planın hansı hissəsi kim tərəfindən yerinə yetiriləcək və nəticə necə qiymətləndiriləcəkdir) həsr edilə bilər.

Müəllim, valideyn iclası üçün valideynə kömək məqsədi ilə müəyyən materiallar (məsələn, faydalı kitablar və ya məqalələr) hazırlamalıdır. Müdrik müəllim planın uğurla yerinə yetirilməsi üçün həmişə istənilən əlavə dəstək barədə xahiş edir. Bu zaman müəllim valideyn iclasını problemin həlli üçün ümumi ardıcıllıq sırasına atılmış yalnız ilk addım kimi nəzərdən keçirilməlidir. Məktəb və ailə tərəfindən ən əhəmiyyətli problemin (uşaqda həmişə müxtəlif problemlər olur) seçildiyinə, tərtib olunmuş planın yerinə yetirildiyinə və seçilmiş strategiyanın uğurlu olduğuna əmin olmaq üçün valideynlərlə sonrakı görüşlər və ya əlaqələr vacibdir.


Yüklə 173,13 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin