İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə105/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   101   102   103   104   105   106   107   108   ...   112
Birinci mərhələ. (Hazırliq mərhələsi) Dolayı yollarla xəstənin hazirlanmasına çalışılır. Bu məqsədlə onunla müxtəlif söhbətlər aparılır, müayinələr olunur, foto şəkillərə , filmlərə baxılır və s. Əvvəllər müalicə qəbul etmiş xəstələrin təəssüratları, konkret tövsiyələrindən, fotoşəkillərdən də istifadə edilir. Bir qayda olaraq xəstə , iki həftəlik alkoqolsuz günlər yaşamalıdır.Yəni öz iradəsinin gücü ilə 13-14 gün spirtli içkilərin qəbulu dayandirmalıdır.

İkinci mərhələ. 2-3 saat ərzində aparılan hazırliqdan ibarətdir. Bu zaman xəstəyə hər şey izah olunmalı psixoterapiyanın əsas elementləri:inandırma , təlqin, müxtəlif rituallar , misallar və bu kimi digər üsullarla şəxs hazırlanır. Psixoterapevtin məharətindən asılı olaraq bu mərhələdə müxtəlif fantaziyalar, obrazlı səhnələr, dərin təəssürat yaradan artistlik məharətindən istifadə etmək olar . Deontoloji prinsiplərdən biri sayilan “xəstəni qorxutmamaq” prinsipi burada tam əksinə çevrilir, yəni xəstəyə istenilen stress reaksiyası yarada bilən təsir vasitələrindən istifadə oluna bilər . Bütün bunlarla yanaşı həkimin başlıca məqsədini xəstənin ehtiyat imkanlarini səfərbər etmək , aparılan xüsusi müalicənin onu ən agir bir vəziyyyətdən xilas etməyə yönələn tədbir olması da anladılmalıdır.

Psixoterapevtin etdiyi bütün hərəkətlər xəstəni bir ideyaya inandırmaga yönəldilmədir. “Xəstənin istəyi yox , yalniz həkimin psixoloji təsiri onu bu bəladan xilas edə bilər”. Bəzi xəstələr ömürlük içki içməməyi təsəvvür edə bilmirlər.Bunu nəzərə alaraq müalicə olunanlara bildirmək lkazımdır ki bir neçə illər keçdikdən sonra (məs. 8-10 ildən sonra) o yeri gələndə məclislərdə hamı kimi az miqdarda içki qəbul edə bilər.



Üçüncü mərhələ. Stresspsixoterapiyanin kuliminasiya nöqtəsi xəstəni kodlaşdirmadan ibarətdir. Bu daha məsuliyyətli və həlledici oldugundan bu mərhələdə daha mütəşəkkil ,inamli və konkret hərəkət edilməlidir. Bir qayda olaraq xəstə bu mərhələyə daha çox etimad bəsləyir və buna görə həyacanlı görünür. Kodlaşma əməliyyatında əvvəl xəstə öz xətti ilə yazilan rəsmi sənəd imzalamalıdır. Yazısında şəxs bildiriri ki , o, tənətənəli sürətdə söz verir ki , həkimin göstərişinə danışıqsız əməl edəcək. Kodun təsiri müddətinə az miqdarda belə spirtli içki içməyəcək. Qəbz xəstə tərəfindən imzalanır. Bundan sonra “kodlaşma” əməliyyatı aparılır. Xəstənin gözləri həkimin əlləri ilə qapanır , başı arxaya atılır və cəld hərəkətlə üçlü sinirin Valle zonası adlanan nöqtə barmaqlar vasitəsilə sıxılır. 2-5 saniyə davam edən bu əməliyyat zamanı xəstə agrı hiss etmelidir. Bir neçə saniyə gözlədikdən sonra xəstəyə agzını geniş açmaq təklif olunur və bu zaman xəstənin bogazına, udlaq nahiysəsinə xlor etil məhlulu səpilir. Güclü təzyiq altında səpilən maddənin miqdarı 0,2-0,3 ml-dən çox olmamalıdır. Əməliyyat zamanı xəstədə müxtəlif xoşagəlməz reaksiyalar-öskürmə, bogulma , ürək döyünməsi, güclü tüpürcək ifrazı və i.a müşahidə edilə bilər. Xəstəyə izah olunmalıdır ki kodlaşdırıcı maddə güclü (zəhərləyici) təsirə malikdir və bu əməliyyatdan sonra şəxsin spirtli içki içməsi ölümlə nəticlənə bilər.

Yüklə 205,09 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin