1. Fərdin bir tam kimi: Insanın bütöv bir orqanizm olması haqqında fikirlər Adler psixologiyasının əsas müddəasını təşkil edir. Latınca “individium” – bölünməz mənasını verdiyi üçün Adler də öz nəzəriyyəsini “Individual psixologiya” adlandırmışdır. Adlerə görə həyati fəallığın heç bir formasını şəxsiyyətdən ayırıb nəzərdən keçirmək olmaz. Fərd beyin ilə bədənin qarşılıqlı əlaqəsində bütöv bir tam olduğu kimi, psixi həyata münasibətdə də belədir. Adlerə görü individual psixologiyanın əsas vəzifəsi bu bütövlüyü hər bir fərddə, onun təfəkküründə, hisslərində, hərəktlərində, şüur və şüursuzluğunda sübut eləməkdir. Şəxsiyyətin bütövlüyü strukuturunu Adler həyat tərzi kimi müəyyən etmişdir.