3. Fərd yaradıcı və özünü müəyyən edən bir tam kimi: Şəxsiyyətin formalaşmasında irsiyyətin və ətraf mühitin rolunu qəbul edən Adler, insanların yaradıcı qüvvəyə malik odluğunu iddia edir. Bu qüvvə insan təcrübəsinin hər bir sahəsinə təsir edir: qavrayış, hаfizə, fantaziya, arzular. Bu hər bir insanı özünümüəyyən edən fərd, öz həyatının arxitektoru edir. Insanın yaradıcı təbiəti və azadlığı barədə məhz bu fikirlər psixoloqlara Adleri müasir humanist nəzəriyyənin yolgöstərəni hesab etməyə imkan verir.