Şübhəsiz ki, göstərilən psixoseksual inkişaf mərhələlərini birmənalı qəbul etmək olmaz.Psixodinamik istiqamətdə bu mövzunun digər şəkildəyişmələri də mövcuddur.Onların arasında R.Şpitsin (1965) genetik sahə nəzəriyyəsini göstərmək olar.Şpitsə görə,davranışın üç tərkib hissəsi vardır:
Birinci tərkib hissə: təbəssüm formasında cavabdır.Bu,oval formalı üzə və ya əşyaya ilkin sosial reaksiya olub özünü fərqləndirməni bildirir.
İkinci tərkib hissə: yad şəxsə qarşı reaksiyadır.Bu,zaman körpə tanımadığı adamdan üz döndərərkən,tanış olan və tanış olmayan obyektləri bir-birindən fərqləndirir.
Üçüncü tərkib hissə: “yox” cavabıdır.Bu,körpənin fərdiliyini göstərir və müstəqil qərar qəbul edə bildiyini aşkar edir.