İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


Psixoanaliz psixoterapevtik üsul kimi



Yüklə 205,09 Kb.
səhifə74/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   70   71   72   73   74   75   76   77   ...   112
Psixoanaliz psixoterapevtik üsul kimi.

Psixoterapiyada özünəməxsus mövqe qazanmış psixoanaliz həm elmi konsepsiya, həm də psixoterapevtik üsul kimi Z.Freyd yaradıcılığının ana xəttini təşkil edir. Psixoanalizin psixoloji əlamətlərə və şəxsiyyətə, ilk növbədə, isteriya xəstəliyinin gedişinə tədir göstərərək müalicəvi effekt yaratması XIX əsrin axırlarına təsadüf edir. Psixoanalitik nəzəriyyə nevroza tutulmuş şəxslərin psixi həyatı ilə davranışı arasında olan qarşılıqlı əlaqələrin ümumi qanunauyğunluqlarını izah etməyə yönələn mülahizələri şərtləndirir. Z.Freyd insanın daxili aləmini fasiləsiz, ardıcıl bir proses hesab edir, bütün hadisələrdə olduğu kimi , burada da enerjinin saxlanılması qanunu əsas götürürdü. O hesab edirdi ki, insana məxsus olan hər bir fikir, hiss, hərəkət düşüncəli və ya düşüncəsiz başlanğıcı olan səbəbləri əlaqədardır. “Səbəbsiz, sponton baş verə biləcək heç nə yoxdur və ola da bilməz”deyən Z.Freyd bu səbəbləri arayıb tapmağa cəhd etməyi tövsiyə edirdi.

Psixoanalizin başlıca prinsipi insanın hərəkət və vərdişlərinin öyrənilərək onun terapevtik məqsədlə modifikasiyasına nail olmaqdır. Insanın təhtəlşüur məkanında yerləşən hiss və düşüncələri,bəzi hallarda isə, keçmişdə baş vermiş hadisələri şüur məkanına gətirərək onları reallaşdırmaq psixoanalizin başlıca məqsədi hesab edilir. Psixoanalitik terapiya zamanı xəstəyə öz daxili hiss və fikirlərini ağlın müqavimətinə üstün gələrək şüura daxil etmə vərdişləri öyrədilir. Bu məqsədə nail olmaq üçün xəstə və həkim heç də həmişə konkret, yəni hamar yol seçə bilmir.

Psixoanalizin psixoterapevtik əməliyyat kimi dəqiq qaydaları və üsulları vardır. Hər birisi təqribən 50 dəqiqə davam edən, həftədə 4-5 dəfə aparılan müalicə seansları zamanı məlumat toplamaq, onları yozmaq və beləliklə daxili özünüdərketməyə nail olmaq üçün sərbəst assosiasiyalar üsulundan istifadə edilir. Terapevt daha çox infantil hissləri, yasaq sayılan problemləri aşkar etməyə və onların neytrallaşdırmaqla müalicəvi effekt yaratmağa çalışır. Psixoanaliz fərdi müalicə üsuludur. Yaxın adamlar, həyat yoldaşı övladlar, valideynlər və s. yalnız əlavə məlumatlar toplamaq məqsədilə həkim tərəfindən dindirilir və onların müalicənin gedişində iştirakı tələb olunmur.

Psixoanalizi şəxsiyyətin strukturu və funksiyalarının öyrənmə forması olmasını qeyd edən bəzi alimlər, ona daha çox elmi tədqiqat üsulu kimi yanaşırlar.

Psixoanalizin Freyd tərəfindən təklif olunan üsulunun yeni formalarını aramağa çalışan bəzi tədqiqatçılar, o cümlədən Adler və Yunq hələ Z.Freydin sağlığında öz yeni humanistik-ekzistensial və sosial öyrətmə adlanan yeni istiqamətlərini inkişaf etdirməyə başladılar.



  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin