İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə77/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   73   74   75   76   77   78   79   80   ...   112
Fərdi psixoterapiya. Adlerə görə, bu terapiyanın 3 əsas mərhələsi vardır:

I mərhələ: Xəstənin özünəməxsus həyati vərdişlərini psixoterapevt öyrənməli və nəzər alınmalıdır. Bunun üçün xəstənin özü barədə dediklərini səbrlə dinləməklə yanaşı, onun fiziki qüsurlarına, keçirdiyi iztirablara diqqət yetirilməlidir. Nəzərə alınmalıdır ki, xəstənin öz keçmişi haqqında yada salıb dedikləri, adi tərcümeyi-hal deyil, onun yaddaşında iz buraxmış, xəstəliyi ilə bilavasitə əlaqəsi olan söhbətlərdir. Qəbul zamanı xəstənin geyiminə, mimikasına, oturuşuna,yerişinə, sözlərin intonasiyasına və s. fikir verilməli və nəticə çıxarılmalıdır. Xəstənin yuxugörməsinin məzmunu, sərbəst assosiasiyaları, çəkdiyi şəkillər və s. diqqətlə araşdırmalıdır.

II mərhələ: Xəstənin özünü və hərəkətlərini dərk etməsinə yardım göstərmək. Adler hesab edir ki, nevrotikin əsas problemi özünü dərketmənin yanlış olması, yəni bacarığı ilə qarşısına qoyduğu vəzifələrin münasib olmamasıdır. Xəstə, əksər hallarda qarşısında qeyri-real məqsədlər qoyur. Həkim öz pasiyenti ilə düzgün saziş yaratmaqla onun fikirlərinə təsir göstərməyi bacarmalıdır.

III mərhələ: Müalicəyə cəlb edilən şəxsdə yüksək ictimai marağın yaranmasına nail olmaq. Adler inanırdı ki, nevrotikin iztirabları və arzularının əsasını təşkil edən öz üstünlüyünü qorumağa çalışmasıdır. Adler tövsiyə edirdi ki, xəstənin şəxsi maraqlarını ictimai maraqla əvəz etməyə çalışmaq lazımdır. Bunun üçün xəstəyə məsləhət görürdü ki, o hər gün dəfələrllə bu sözləri təkrar etməlidir: “nə edim ki, başqalarına xoş gəlsin”. Adlerin psixoterapiyada “sosial istiqamət” yaratması bir çox alimlər tərəfindən yüksək qiymətləndirilirdi.




  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin