İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


K.Rocers və yardım olunana yönələn terapiya



Yüklə 205,09 Kb.
səhifə78/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   74   75   76   77   78   79   80   81   ...   112
K.Rocers və yardım olunana yönələn terapiya.

Rocersin nəzəri mülahizələrindən təcrübəyə keçməsinə kömək edən əməli tövsiyələrindən biri və əsası enkaunter-qrupları yaratmasıdır. Bu psixoterapiya metodu “görüş qrupu”da adlandırırlar. Enkaunter qrupu cəsarətlə müasir psixoterapiyanın əsas əlamətlərin biri hesab edilə bilər. Qrup psixoterapiyasının bir sıra üstünlükləri vardır. Onlardan ən başlıcası qrupda iştirak edən şəxslərin bir-birinə induktiv təlqin göstərməsidir. Bundan əlavə, qrup terapiyasında terapevt daha çox adama yardım göstərə bilir. Rocersin təklif rtdiyi qrep terapiyasın gedişində iştirakçılar arasında mübahisələrin, hətta narazılığın yaranması adı haldır. Bəzən qrup üzvləri qətiyyətlə tələb edirki, hər kəs öz probləmləri ilə özü məşğul olsun. Şəxsi hisslərini və arzularını aşkarlamasın. Bu mövzu ətrafında mübahisələr qızışdıqca, təhtəlşüur sahəsində yerləşən, bu günədək əlçatmaz sayılan arzu və niyyətlər üzə çıxmaga başlayır. Bu isə öz növbəsində, mənfi hisslərdən azad olmağa, müalicəyə səbəb olur.

Humanizm vədemokratiya prinsiplərinə söykənən, avtoritar yanaşmanı rədd edən Rocersin yaratdığı enkauter-qrup terapiya üsulu hal-hazırda “Qeyri-direktiv qrup psixoterapiyası” adı ilə bütün ölkələrdə geniş yayılmışdır. 1940-1950-ci illərdə qrup psixoterapiyası fikrini irəli sürən və onu təcrübədə genış tətbiq edən alimlərdən, Azərbaycan müasir psixiatriya məktəbinin yaradıcılarından biri kimi tanınmış D.S.Ozepetskovskini də göstərmək olar.




  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin