İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə83/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   79   80   81   82   83   84   85   86   ...   112
3. İ.P.Pavlovun hipnoz nəzəriyyəsi. İ.P.Pavlov hipnozu yuxunun xüsusi forması – “hissəvi yuxu” kimi nəzərdən keçirir. Adi yuxuda olduğu kimi,hipnoz yuxusu zamanı da beyin qabığında baş verən tormozlanmanı başlıca cəhət kimi qiymətləndirir. İ.P.Pavlov və onun ardıcılları hipnoz hadisəsini izah edərkən heyvanlar üzərində apardıqları təcrübələrə əsaslanırdılar. Həmin təcrübələr nəticəsində müəyyən edilmişdir ki,duyğu orqanları vasitəsilə uzun müddət təsir edən zəif qıcıqlar mərkəzi sinir sisteminin müvafiq sahələrini ardıcıl olaraq qıcıqlandırmaqla sinir hüceyrələrinin tormozlanmasına səbəb olur.Tormozlanma təsirinə məruz qalan beyin qabığı hüceyrələri əks qıcıqlarla mühafizə olunarsa,irradiasiya qanununa əsasən tormozlanma sahəsi tezliklə genişlənir və fizioloji yuxu meydana çıxır.Hipnotik yuxunun üç fazadan ibarət olması müəyyən edilmişdir:bərabərləşdirici,paradoksal və ultraparadoksal.Birinci fazada həm güclü,həm də zəif qıcıqlar eyni dərəcəli cavab reaksiyasına səbəb olur.İkinci fazada güclü qıcıqlar zəif,zəif qıcıqlar isə güclü reaksiyalara səbəb olur.Ultraparadoksal fazada isə cavab reaksiyası qıcığın gücündən asılı olmur,yalnız neqativ stimulyasiya yolu ilə,yəni oyaq halda heç bir reaksiyaya səbəb olmayan qıcıqlar vasitəsilə cavab reaksiyası almaq olur.Beləliklə təlqin ultraparadoksal fazada mümkün olur, “təlqin fazası” adlanan hipnotik fenomen yaranır.Psixologiyanın qanunlarını hərtərəfli nəzərə almayan Pavlov konsepsiyası 1950-ci ildən sonra (həmin oldə keçirilən SSRİ EA və tibb EA birgə sessiyasında İ.P.Pavlov fiziologiyasının yaratdığı Ali sinir fiziologiyası məktəbi hipnozun mexanizmini məhz həmin nəzəriyyə əsasında izah etməyi qəbul etdi) ardıcıl olaraq tənqidə məruz qalmağa başladı.1956-cı ildə “psixologiya elmi fiziologiyasının təzyiqindən azad olmalıdır”deyən bəzi alimlər 1959-cu ildə daha konkret addımlar atmağa başladılar.Pavlov nəzəriyyəsinin açıq-aşkar qüsurlu olduğunu izah etməyə çalışdılar(A.M.Svyadoş,Horvat və b.).

Yüklə 205,09 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin