İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə95/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   91   92   93   94   95   96   97   98   ...   112
Köçürmə fenomeninin formaları.

“Köçürmə effekti” keçmişin təsiri altinda indinin səhv qavranilmasıdır. Müalicə prosesində psixoterapevt pasiyentə keçmiş və indini düzgün qiymətləndirməyi anlada bilirsə, müalicənin səmərəsi təmin olunur. Köçürmə fenomeni və ya transferi anlayışı ciddi maneə kimi özünü göstərə bilər. Burada pasiyentin həkimi öz seksual meyllərinə qatması, onun valideyinlərinə bənzətməsi və ya digər yönümlü obyekt kimi qəbul etməsi müalicəyə ciddi maneçilik törədir. Köçürmə fenomeninə iki formada rast gəlinir: pozitiv və neqativ.

Pozitiv köçürmə analitikə qarşı pərəstiş, hörmət, məhəbbət kimi hisslərlə, neqativ köçürmə isə əksinə, ədavət və nifrət kimi hisslərlə ifadə olunur. Analtik proseslər zamanı bəzən xəstəni marağı o qədər emossionallaşır ki, bu, xəstənin vəziyyətinə müsbət təsir edərək, tezliklə onun sağalmasına səbəb olur. Freydin köçürmə nevrozu adlandırdığı bu vəziyyət tam əksinə də cərəyan edə bilər. Deməli, köçürmə nevrozu analitikin həm müvəffəqiyyəti, həm də müfəffəqiyyətsizliyi kimi qarşıya çıxa bilər. Təcrübəli analitiklər bu faktordan məharətlə istifadə edərək,müalicənin səmərəli olmasına nail ola bilirlər. Müqavimət-nevrotikin terapevtik əməliyyatlara qarşı çıxmasını xüsusi reaksiyası olub,nevroz əlamətlərinin müalicəyə tabe olmaması kimi qiymətləndirilir. Pasiyentin nəyə qarşı və necə müqavimət göstərməsini təhlil etmək,müvafiq tədbirlər görmək analitikin üzərinə düşür. Pasiyentlə sazişə girmək birgə mübarizə aparmaqla analitik xəstəliyin yüngüləşməsinə nail ola bilər.


  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin