Psixodrama qrup terapiyasının forması kimi.
Əsası Moreno (1932) tərəfindən qoyulan, xəstənin daxili iztirablarını aşkarlamaq və bu yolla ona psixoterapevtik təsir göstərmək məqsədi daşıyan psixodrama, qrup psixoterapiyasının bir formasıdır. Bu müalicə üsulunu apararkən çalışılır ki, iştirakçılar müəyən rola girməklə öz şəxsi problemlərini həll edə bilsinlər. Göründüyü kimi, bu qrup terapiyasının bizim başa düşdüyümüz aktyordan çox, öz iztirablarını yaradıcılıq yolu ilə anlayaraq konfliktlərdən çıxmağa çalışan şəxslərdir.
Adi dram əsərindən fərqli olaraq psixodramanın dəqiq ssenarisi olmur. Eləcə də iştirakçıya artistin qarşısında qoyulan konkret tələblər qoyulmur. Spontan hərəkətlər, monolorlar, “burada və indi” prinsipinə əsasən ən müxtəlif – gözlənilməz formalarda təzahür edə bilər. Psixodramanın başlıca məqsədlərindən biri də katarsisə (hissi oyanıqlıq və daxili təmizlənmə) və insayta (hadisələrin mahiyyətini anlamaq) nail olmaqdır.
Dostları ilə paylaş: |