Birinci fazada hərəkət aktivliyi, spontan davranış reaksiyalarının üzə çıxması və konkret mövzu üzərində cəmlənməsi prosesi baş verir.
İkinci fazadaaktyotlar aşkar, təbii olmaq şərtilə improvizasiyadan geniş istifadə edir. Psixodramanın əsas mənzərəsi də bu fazada meydana çıxır – hər kəs öz təbii rolunu ifa etməyə çalışır.
Üçüncü faza baş vermiş hadisələrin müzakirəsindən ibarətdir. Burada həm rejissor (aparıcı), həm də iştirakçılar öz fikirlərini bölüşdürürlər. Psixodramanın gedişində monoloq, əvəzedici, rolu dəyişmə, nümayiş etdirmə üsullarından istifadə edilir.
Monoloq – öz hiss və fikirlərini sərbəst şəkildə qarşısındakı adamlara və edir və bunları başqasının gözü ilə görməyə çalışır. Tamaşaçıların münasibəti mühüm əhəmiyyət kəsb edir.