4. Fərdin sosial mənsubiyyəti: Adler insanı böyük sistemlərin, ailə, cəmiyyət və s. tərkib hissəsi kimi anlayırdı. “Individual psixologiya” fərdi cəmiyyətin tərkibində öyrənir. Adler nəzəriyyəsində əsas aparıcı fikir, insanın bütün davranışın sosial kontekstdən doğması və insan təbiətinin mahiyyətinə yalnız sosial münasibətləri başa düşdükdən sonra çatmaq olar fikridir. Bu konsepsiyada davranışın sosial determinantları o qədər vurğulanır ki, o müasir psixologiya nəzəriyyəsində ilk sosial psixoloq reputasiyasını qazanmışdır.