İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


İsmayılov N.V İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. Bakı, 2008



Yüklə 205,09 Kb.
səhifə2/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   2   3   4   5   6   7   8   9   ...   112
İsmayılov N.V İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. Bakı, 2008.

  • Psixologiya. Prof.S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə. Bakı, 2007.

  • З. Фрейд. Введение в психоанализ. М., 1989.

  • З. Фрейд. Психоаналитические этюды. Минск, 1997.




      1. Psixoanalizin yaranmasının ictimai – tarixi şəraiti.

    XIX əsrin sonu, XX əsrin əvvəllərində bəşəriyyət ictimai – sosial mü­hit­­də baş verən qlobal çevrilişlərin yeni dalğası ilə üz-üzə gəldi. Ka­pi­ta­lizm cə­miyyətini xarakterizə edən sənaye çevrilişləri, dünya xəritəsini iki də­fə kök­lü surətdə dəyişən iri miqyaslı dünya müharibələri və onlardan son­ra mey­dana çıxan “müharibə sindromu”, psixi travmalar Psixologiya və psi­xi­at­riya elmini yenidən və tamamilə fərqli bir məzmunda diqqət mərkəzinə gə­­tirdi. Bir tərəfdən, tibbin bu yeni sahəsi Psixologiyadan ayrılıb özünün kli­­nik sahələrini yaratmalı oldu, digər tərəfdən isə, Psixologiyanın ictimai dü­­şüncə sahələri ilə kontaktları, elmi - nəzəri tədqiqatlara yeni bir istiqamət ver­­di. Psixiatriya, Psixologiya sosiallaşdıqca, incəsənət, hüquq, din və digər ic­­timai şüur sahələrinin məzmununda açıq-aydın deformasiyalar gö­rü­nür­dü. Ar­­tıq psixoanalizin meydana çıxması üçün tarixi şərait yaranmışdı. Karl Yas­persin tarixi periodizasiya ilə ictimai – sosial hadisələri əlaqələndirən xü­susi mühitin mövcudluğu haqqındakı fikirləri özünü doğruldurdu, onun za­man müstəvisində müvəqqəti dayanıqlıq kimi xarakterizə etdiyi “məh­sul­dar dövr”, (“osoboye vremya”) gəlib çatmışdı. Uzun müddətli təkamülün nə­­ticələrini ümumiləşdirmək üçün ərəfə yetişmişdi. Məhz buna görə Ziqmund Freyd (1856-1939) Psixologiyanın tibbin çərçivəsindən qopub ictimai həyat sahələrinə tətbiqində peripetik çevriliş edə bildi.

    Üçüncü və daha vacib bir cəhət isə ondan ibarət idi ki, böyük sürətlə yaranmaqda olan modernist düşüncələr hələ qarşıda dövrün fəlsəfə cərə­yan­la­rına yenidən baxacaqdı. Bu modern yanaşmaların cücərtilərində klas­siz­min və müasirliyin sərhədləri yavaş – yavaş dağılırdı, dünyanı fərqli şəkildə çar­pazlaşdıran, kumulyativ bir mənzərə yaranmaqda idi.

    O, Şpenqlerin (1880-1936) dediyi kimi Yunan incəsənətindəki sim­met­­­riya axtarışları gözəllik kultunu formalaşdırdı, Şərqdəki sonsuzluq ax­ta­rışları isə mistik düşüncənin, fəlsəfi təfəkkürün özülünü yaratdı. Qərb böyük iqtisadi bazis üzərində elmi təfəkkürü inkişaf etdirdikcə, insan – dünya mü­na­sibətlərini də diqqətdə saxlayırdı, ölməzliyin, əbədiyyətin axtarış yol­la­rın­da müdriklik ilahəsinin adını ictimai – sosial düşüncənin atributuna çevirdi. Be­ləliklə, Şərq təfəkkür proseslərinin dinamikasını həlledici amilə çevirdi, fəl­səfəni yaratdı. Qərb isə təfəkkür aktına abstrakt yanaşmanın, müdrikliyin adı­nı müəyyənləşdirməklə onu dirçəltdi, ona əbədi həyat verdi.

    Metapsixologiyanın fonunda varlıq təlimini yenidən işləmək, bütün ic­ti­mai düşüncə sahələrini nəzərdən keçirmək, onları tamamilə fərqli bir şə­kil­də dəyərləndirmək zərurəti yaranmışdı. Çox yəqin ki, bu məntiqdən çıxış edən rus alimi A.F. Zotov göstərir ki, “öz dövrü üçün Ziqmund Freyd bütün ic­ti­mai düşüncə sahələrini metafizik (ontoloji) çərçivəyə salmışdır”. “Psi­xo­a­na­lizin özünə gəldikdə isə, orada əvvəlcə “Mən”nin genetik modeli mey­da­na çıxır”. Əslində bu proses Ziqmund Freyddən xeyli əvvəl başlamışdı.

    XX əsrin birinci yarısında Almaniyada meydana çıxan “geştaltpsixologiya” adlanan fəlsəfi təlim intensiyanın, predmetləşənin motivasiyasını möv­cud fəlsəfi fikirlərin üzərində formalaşdırmışdı. M. Verthaymer, O. Kö­ler, K. Koffka kimi geştaltpçılar ilk dəfə təfəkkür aktının bütün ele­ment­lə­ri­ni vahid sistem kimi qəbul etdilər, idrakı prosesləri bir baxış altına yığaraq abs­trakt məzmuna üstünlük verdilər. Onların yaradıcılığında heç bir detali­za­siyaya yol verilmədən, insan varlığına münasibət bildirilirdi. İnsanların ay­rı-ayrılıqda götürülən duyğu, qavrayış, hafizə, təfəkkür, təxəyyül akt­la­rın­dan doğan impulsiv hisslər, situativ momentlər onların iç dünyası fonunda əri­yib gedirdi, insan dünya ilə qarşılaşmaq üçün dünyadan ayrılırdı. Bu hi­per­­bolik yanaşmada, bu ümumiləşdirmədə cılız hisslər görünmürdü, hətta in­­sana münasibətdə dünyəvi istəklər də kiçildilirdi, arzular sıxışdırılırdı, in­san varlığına o dərəcədə mücərrəd yanaşılırdı ki, o dünya ilə təkbətək qal­dığı zaman, bəzən bu nəhayətsizlikdə azırdı. Geştaltpçılar bir tərəfdən, ato­mis­tik yanaşmanın çatmazlığını, onun inteqrativ məzmunla müqayisədə aciz­liyi hiss edib onu aradan götürdülər, digər tərəfdən isə, bütövlüyün, son­suz­luğun əzəmətindən onların yaradıcılığına qəribə bir vahimə və ifrat as­ke­tiz­min çalarları daxil oldu. Heç təsadüfi deyil ki, K. Koffkanın əsərlərinə bu qlo­bal məntiqin xofu çökərək, onun düşüncələrini büsbütün “qara rəngə” bo­yamışdı. Çox keçmədən, təfəkkürlə bağlı araşdırmalar daha yeni bir tə­li­min yaranmasına səbəb oldu. Təfəkkürün fəlsəfi strukturunun ictimai məz­mu­nu aşkara çıxarıldı. K. Dunker, H. Mayer (ABŞ) kimi filosoflar təfəkkür pro­sesinin sosial məzmununu, tarixiliyini qəbul etdilər. Bununla ədə­biyyat­da, bədii yaradıcılıqda müşahidə edilən topologik düşüncənin xofu aradan gö­türüldü. İncəsənət sonsuz paralellərdən, cansıxıcı rənglərdən xilas oldu, za­man və məkanca müəyyənlik əldə edildi. Yeri gəlmişkən, geştaltpçılar “ta­mı hissələrin cəmindən böyük” hesab edən qədim Şərq fəlsəfəsinə qa­yıt­maq­da haqlı idilər, çünki insan həmişə əldə etdiklərindən və itirdiklərindən ma­hiyyətcə çoxdur, məzmunca böyükdür.

    Vaxtilə, Amerika şairi Uytmen Uolt (1819 - 1892) da şeirlərinin bi­rin­də deyirdi ki, “mən bütövlükdə şlyapam və ayaqqabılarım arasında olan mə­sa­fədə yerləşmirəm”. Metrik ölçüyə yerləşməyən şair, düşüncənin sonsuz və öl­çüsüz məkanını, fəlsəfi fikrin topologik sərhədlərini axtarırdı...

    Bir tərəfdən, Amerika psixoloqu Uilyam Cemsin (1842-1910) pansen­su­­­alist Ceyms – Lange nəzəriyyəsi və onun əsasında duran məşhur “insanın nə­­­yi varsa, ondan ibarətdir” düşüncəsi, digər tərəfdən, bu dövrdə kvant fizikası ilə bağlı geniş tədqiqatların aparılması dövrün elmi tə­fək­kü­rü­nün qlobal mənzərəsini yaradırdı. Və bütün bu elmi düşüncələr, həmçinin tə­­fəkkür aktı ilə bağlı mülahizələr, fəlsəfi fikirlər Ziqmund Freydin təd­qi­qat­la­­rında psixoanalizinin məzmununun formalaşmasına, onun əhatə dairəsinin mü­­əyyən olunmasına öz təsirini göstərdi.Ziqmund Freyd 1874–1875-ci il­lər­­də E. Qusserlin (1859–1938) sələfi olan və intensionallığı, predmet­ləş­mə­ni psixi fenomenlərin əsas əlaməti sayan alman filosofu F. Brentanonun (1838–1917) “Psixologiya empirik nöqteyi – nəzərdən” adlı əsəri ilə tanış olur. Bu əsər F. Brentano ilə ingilis psixiatrı və Q. Modelinin şüursuzluq prob­­lemi və digər psixi aktlarla bağlı mülahizə və mübahisələrini ümu­mi­ləş­di­rirdi. İlk dəfə bu əsər, Ziqmund Freydin düşüncəsində Psixologiya ilə fəl­sə­­fə arasında harmonik orta yaradır. Onun fəlsəfəyə marağını ingilis filosofu C. S. Milin tədqiqatlarını araşdırması və bu tədqiqatlar üzərində Platonun tə­li­mini mənimsəməsi daha da artırır. 1875 –ci ildə U.Cemsin ilk Psixologiya la­­boratoriyasının açılması və 1879-cu ildə V.Vundt tərəfindən ilk Psixologiya institutunun təşkil edilməsi bu sahədə nəzəri biliklərin daha sürətlə sis­tem­ləşdirilməsinə imkan yaratdı.



    1. Yüklə 205,09 Kb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   112




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin