İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


A.Adler və E.Frommun şüur və şüursuzluq probleminə münasibəti



Yüklə 205,09 Kb.
səhifə26/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   22   23   24   25   26   27   28   29   ...   112
A.Adler və E.Frommun şüur və şüursuzluq probleminə münasibəti.

Təhtəlşüur və şüurluluq problemi psixoanalizin digər tərəfdarları, Freydin şagirdləri tərəfindən inkişaf etdirilmişdir. Onlar Freydin təlimini dəqiqləşdirmiş və öz əlavələri ilə zənginləşdirib inkişaf etdirmişlər. Məsələn, A.Adler insanın bioloji və erotik determinasiyasını şişirdən Freydin təliminin həmin cəhətlərini tənqid etmişdir. Ona görə də insan nəinki bioloji, həm də sosial varlıqdır, həyat fəaliyyəti şüurlu maraqlarla əlaqədardır. Freydin əksinə olaraq, A.Adlerdə «təhtəlşüur şüura zidd gəlmir». Beləliklə, A.Adler müəyyən dərəcədə təhtəlşüuru sosiolojiləşdirir, insana baxışda təhtəlşüur ilə şüur arasında ziddiyyəti aradan götürməyə çalışır.

Amerikalı neofreydist, sosial psixoloq və sosioloq E. Fromm təhtəlşüuru biolojiləşdirmək və erotikləşdirmənin əleyhinə çıxmışdır. Freydin insanın mahiyyəti ilə mədəniyyəti arasındakı antaqonizm nəzəriyyəsini kəskin tənqid etmişdir. Lakin bununla yanaşı, insanın sosiolojiləşdirilmiş traktovkasının əleyhinə olmuşdur. Fromma görə, insanın inkişafının az– çox mühüm amillərindən biri insanın ikili təbiətindən doğan ikili ziddiyyətdir. İnsan təbiətin bir hissəsidir və onun qanunlarına tabedir, lakin eyni zamanda ağıla malik olan bu subyekt– sosial varlıqdır. Bu ziddiyyəti o, «ekzistensial dixotomiya» adlandırmışdır. Fromma görə, yeni dövr inkişaf etmiş kapitalizm şəraitində bazar münasibətlərinin fəaliyyəti ilə əlaqədardır. Bu münasibətlər «yeni tipli insanı» yaradır. Həmin insan «bazar xarakterinə» malikdir. E.Fromm yazırdı: «Bazar xarakterinə malik olan insan hər şeyi əmtəə kimi qəbul edir, təkcə şeyləri yox, şəxsiyyətin özünü də, onun fiziki enerjisini, vərdişlərini, biliyini, rəylərini, hisslərini, hətta gülüşünü də əmtəə kimi qəbul edir. Həmin adamın əsas məqsədi– hər cür situasiyada fayda götürmək, xeyirli iş görməkdir».



Fromm freydizmin sosial tənqidi ilə məşğul olmuşdur. O, faşizmi sosial hadisə kimi tədqiq edən «Adolf Hitler Nekrofilinin klinik hadisəsi» (1978) əsərini və «Azadlıqdan qaçış» (1941), «Məhəbbət sənəti» (1956), «Ümidlər inqilabı» (1968), «Malik olmaq, yaxud mövcud olmaq» (1976) və s. əsərləri ilə məşhur olmuşdur. Frommun diqqət mərkəzində fərdin subyektiv– şəxsi fəaliyyəti kimi yox, ontoloji fakt kimi götürülmüş insanın mövcudluğunun ziddiyyətləri durur. Fromm aşağıdakı dixotomiyaları fərqləndirməyə çalışır:

--insanların həyatının təşkilinin patriarxal və matriarxal prinsipləri;

--avtoritar və humanist şüur; xarakterin istismarçı və reseptiv (üzü yola) tipləri;

--malikolma və varlıq fərdin həyatının iki üsulu kimi və s.

Fromma görə, müasir sivilizasiya insanların fərdi, eqoist cəhətləri ucbatından məhv olacaqdır. «Malikolma ehtirası» sinfi münasibətlərə doğru aparır. Kommunistlərin sinfi mübarizəsi də doğru deyildir. Çünki qeyri– məhdud təlabat prinsipi həyatın məqsədi kimi göstərilir. Hamı daha çox şeyə malik olmağa cəhd edir. Bu isə şübhəsiz siniflərin yaranmasına və onların arasındakı mübarizə isə özlüyündə qlobal miqyasda xalqlar arasında müharibələrə səbəb olacaqdır. «Acgözlük və sülh bir– birini inkar edir». Böyük həyat müəllimləri Budda və Xristos öz sistemlərində mərkəzi yeri ona vermişdilər ki, mülkiyyətə malik olmadan yaşamağı öyrənmək vacibdir.


  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin