İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


Z.Freydin üç komponentli struktur modeli



Yüklə 205,09 Kb.
səhifə30/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   26   27   28   29   30   31   32   33   ...   112
Z.Freydin üç komponentli struktur modeli.

İnsan fəaliyyətlərini psixi (mental) aparatla həyata keçirir. Bu aparat insanın özünü və onun kimliyini göstərir. Freyd psixi (mental) aparatı və ya insan kimliyini üç hissəyə – id, eqo və supereqoya – bölür

İD – İnsan kimliyinin təməlini təşkil edir. Eqo və supereqo iddən ayrılaraq inkişaf etmişdir. İd insan doğulan andan var olan psixoloji istəklərin cəmidir. Ruhun enerji qaynağı olan id digər iki sistemin işləməsi üçün də enerji və güc təşkil edir. Freyd idə “həqiqi ruhi varlıq” adını vermişdir. Çünki id maddi dünyadan ayrı tamamilə ruhi bir yaşantıdır. Uşaqlıq vaxtından insanın həyata keçirə bilmədiyi və sıxışdırılaraq altşüura atılan bütün hisslər iddə toplanır.

İd özündə həddindən artıq enerjinin toplanmasına dayana bilmir və müəyyən bir səviyədən sonra bu enerjini özündən atmaq istəyir ki bu hal da həzz duyğusunu yaradır.

İd ümumiyyətlə xarici və maddi aləmdən tamailə ayrı və müstəqil bir varlıqdır. Zaman və makan qavramlarını başa düşə bilmir. O cümlədən ağıl idə aid deyil. Buna görə də id həzz duyğusu altında istədiyi bütün şeylərin həyata keçməsini isətəyir. Id daima acıdan qaçıb həzz duyğusunu yaşamağı istəyir. Hər hansı bir şeyi əldə edə bilmədikdə onun görüntüsünü beyində yaradır. Amma bu görüntü orqanizmi həmin ehtiyacı qarşılamaq üçün kifayət etmir. Məsələn insan acdığı zaman beynində yemək görüntüsünü yaratması onun aclığını doyuzdurmur. Artıq bunun üçün ikinci bir sistem olan egoya ehtiyac duyulur.

EQO (Mən) – idi nəzarət altında saxlayan insan kimliyinin bir hissəsidir. Orqanizma xarici təsirlər olduğu üçün idin bir hissəsi xüsusi bir inkişaf görsədərək xarcdən gələn təsirləri qəbul edir və ruhu qoruyan bir mexanizm yaradır. İnkişaf edən və iddən ayrılan bu sistem eqo adlanır. Eqo idlə xarici dünya arasında bir vasitəçi rolunu oynayır. Daxildən-iddən gələn və xarici təsirlər və supereqonuda nəzərə alaraq bunların ümumi istəklərindən ortaq bir nəticə çıxarır və bunu fəaliyyətə çevirir.

Eqo özlüyündə şüurlu və şüursuz olmaq üzərə iki hissədən təşkil olunur. Şüurlu hissəyə üç sistemdən- id, supereqo və xarici aləm- gələn istəkləri uyğunlaşdırıb qərar vermək və bunu həyata keçirmək aiddir. Şüursuz hissəyə isə iddən gələn cinsi və bəzi aqressiv istəklərə qarşı yaradılan müdafiə mexanizimidir.

Eqo həm də xarici həqiqətin varlığını dərk etmək xüsusiyətinə malikdir. Bu eqonun şüurlu hissəsi tərəfindən həyata keçirilir. Müəyyən həzzin həyata keçməsində id müəyyən düşüncələr yaratsada o ehtiyacı təmin edə bilmir. Çünki onun həqiqi yanını anlayacaq bi şüur yoxdur. Orqanizmin bu yanını isə eqo həyata keçirir və xarici həqiqti dərk edir. Beləliklə id beyində yemək xəyalını qurmaqla qarşısını ala bilmədiyi bu hissi ego vasitəsiylə təmin edir.


Yüklə 205,09 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin