İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə31/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   27   28   29   30   31   32   33   34   ...   112
SUPEREQO (Mənlik) – insanın əxlaqi yönünü təşkil edir. Bu uşaqlıqdan ana və atanın məsləhət və hərkətləri nəticəsində inkişaf edərək sonda cəmiyyətdən gələn müəyyən bir normalar bütününü özündə ehtiva edir. Supereqo iddən gələn istəkləri yoxlayır onun uyğun olub olmadığını deyir. Ümumiyyətlə olmalı olanı müəyyənləşdirir. Bir toplumun vicdanı həmin toplumun fərdlərində onların supereqolarında olur.

Ümumilikdə id insanın bioloji, eqo psixoloji və supereqo isə sosioloji yönünü müəyyən edir. Bu üç sistemin inkişaf etmə zamanları bir birindən fərqlidir.

Uşaq anadan olduğu zaman onun oral dövrdə (0-2) sadəcə mental aparatda id mövcud olur. Onun bütün hərəkətləri idin istəyi üzərinə baş verir. Bunun qarşısını alacaq heç bir sistem inkişaf etmiş olmur. Artıq anal dövr sayılan 2-4 yaş arsında uşaqda valideyinlərin onun hərəkətinə qarşı göstərdikləri reaksiyaya görə uşaqda dəyərlər sistemi meydana gəlir. Pis-yaxşı, olar-olmaz və s kimi anlyışlar yaranır. Bu supereqonun ilk yaranma mərhələsidir ki bu dövrdən sonrada uşaq böyüdükcə supereqoda bu nisbətdə inkişaf edir. Eqo isə fallik dövründə (4-6)yaranmağa başlamasına baxşayaraq öz inkişafını ən çox gizlilik dövründə (6-12) həyata keçirir. Artıq bu dövrdə uşaq müəyyən qərarları öz ala biləcək səviyyəyə gəlmiş olur.

Freyd insanın kimliyinin qurulması prosesində uşaqlıq illərinin böyük təsiri olduğunu söyləyən ilk alimdir. Psixoanalizə görə uşaqlıq xüsusilə beş yaşa qədərki illərdə insanın mental aparatı tam qurulmuş vəziyytdə olmur. Bu sistemdən sadəcə id tam olaraq fəaliyyət göstərir və idin qarşısını alacaq supereqo və eqo sistemləri isə tam işlək vəziyyətdə olmur. Buna görədə uşaqlıq illərində öyrənilən bütün şeylər insanın altşüuruna yerləşir ki bu da insan böyüdükdən sonra bütün həyatına təsir edir. Uşaqlıq illərində sıxışdırılmış hisslər müəyyən bir zamandan sonra insan həyatında yenidən önə gəlir və insana təsir edir. Hətda uşaqlıq illərini ifrat əhəmiyyətli hesab edən Freydin ən çox tənqid olunduğu mövzulardan biri də budur.




  1. Yüklə 205,09 Kb.

    Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin