İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə38/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   34   35   36   37   38   39   40   41   ...   112
Oral mərhələ (doğulandan 18 aya qədər). Yeni doğulmuş uşaq köməksiz olub, himayəyə ehtiyacı olduğundan, dərhal öz əhatəsi ilə münasibətlər qurmağa can atır. Bu dövrdə cinsi meyl özünüqoruma instinki ilə qırılmaz şəkildə bağlı olur. Uşağın əsas tələbatı qidaya olan tələbatdır. Buna görə də uşağın əksər arzuları, maraqları, əməlləri ağız nahiyəsi ilə əlaqədardır. Enerjinin(libido) çox hissəsi burada toplanır. Beləliklə, ağız nahiyəsini ilk erogen zona adlandırmaq qəbul olunmuşdur. İlk dəfə uşaq onu əmizdirərkən oxşayan və yırğalayan anası ilə münasibətlət yaradır. Bu <əlavə> rituallar təhlükəsizlik və insanlara inam hissi ilə assosiasiya olunur. Eyni zamanda qayğı və diqqətin kifayət qədər olmaması uşaqda inamsızlıq və qorxu yaradır. Bəzən uşaq öz tələbatını ödəyə bilmədikdə, qışqırıb, ağlamalı olur. Belə davranış uzun müddət davam etməzsə özünü sakitləşdirmə vərdişləri aşılayır və qəzəbdən qorunma mexanizmlərini inkişaf etdirir. Bu həmçinin körpəyə özünü başqalarından fərqləndirməyə imkan verir. O anlayır ki, istədiyi hər bir vaxt anası onun yanında olmur. Yetkin şəxslərin davranışlarının bəzi formaları infantil adlanır. Bu, onların psixoseksual inkişafının oral mərhələsində ləngimələri ilə əlaqədardır. Lüzumsuz xahişlər etmək, başqalarından güclü asılılıq, məsuliyyətsizlik, rədd cavablarına qarşı dözümsüzlük belə davranış üçün xasdır. Şəxsiyyətin oral tipinə aid edilən bu cür adamların arzu və fantaziyaları çox vaxt ağız nahiyəsi ilə əlaqədar olur. Bir sıra adətlər - siqaret çəkmək, dırnaqları gəmirmək, saqqız çeynəmək oral mərhələ ilə əlaqədardır.


Yüklə 205,09 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin