İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə41/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   37   38   39   40   41   42   43   44   ...   112
Edip kompleksi mərhələsi (4-6 yaşlar). Edip kompleksi öz adını Sofoklun <Çar Edip>əsərindən götürmüşdür. Bu əsərin baş qəhrəmanı bilməyərəkdən öz doğma atasını öldürüb, öz anası ilə evlənir. Freydin fikrincə, bu rəvayət müəyyən dövrdə meydana çıxan, lakin sonralar şüurdan sıxışdırılıb çıxarılan uşaq fantaziyalarına bənzəyir. Bu baxışdan əks cinsli valideyn libidonun əsas obyektidir. Bu arzu qısqanclıq və eyni cinsdən olan valideynlə rəqabət hissi doğurur. Oğlan anasına vurulur və onu sevdiyi və eyni zamanda qorxduğu atasına qısqanır(Edip kompleksi). Qızlarda bu proses Elektra kompleksi adını almışdır. Uşaqlar fantaziyanı həqiqətdən yaxşı fərqləndirə bilmədiklərindən onlara elə gəlir ki, rəqibəri bu hisslərdən xəbər tutarsa, onları cəzalandıracaq. Bu qorxu hissi psixoanalizdə axtalanmaq təşvişi adlanır. Edip kompleksi normal həll olunarsa, uşaq öz meyllərinin əbəs olduğunu dərk edir və onda özünü eyni cinsdən olan valideynə oxşatmaq istəyi yaranır. Belə olan təqdirdə uşaq valideynlərinin davranışını normal qəbul edir. Özünü atasına oxşadaraq, oğlan, anasına bənzəyən qadınla evlənməyə meyl edir. Bütün deyilənləri qızlara da şamil etmək olar. Məsələn, atasının yalnız ona məxsus olmasına nail ola bilməyən qız, atasının adət və zövqlərini götürməklə qənaətlənə bilər. Edip kompleksinin həll olunmaması gələcəkdə nevrozlara səbəb olur.


Yüklə 205,09 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin