Altruizm (altruism) -konstruktiv, instinktiv şərtləndirilmiş davranış forması olub mərhəmət, yaxınlara kömək, fədakarlıq və s. kimi əməllərdən ibarətdir. Əks reaksiya formalaşmasından fərqli olaraq, altruizm şəxsiyyətə razılıq hissi gətirir.
Yumor (humor) -özünə və ətrafdakılara zərər yetirmədən emosiyaları ifadə etmək və təşviş doğura bilən fikirlərin üzərindən ötüb keçməkdir.
Supressiya (supression) - narahatlıq törədə bilən fikirlərdən diqqəti yayındırmaqdan ibarətdir. Sıxışdırıb çıxarmadan fərqli olaraq, supressiya nəzarət altına alına bilir. Bu zaman problemin həllində fasilə əldə edilir, lakin ondan qaçılmır. Supressiyaya misal olaraq, belə bir atalar sözünü xatırlatmaq olar: "Gecənin xeyrindən səhərin şəri yaxşıdır".