Yuxugörmənin qanunauyğunluqları.
“Yuxugörmənin gələcək həyatla əlaqəsi necədir?” sualının qoyuluşunu Z. Freyd absurd hesab edirdi. O göstərirdi ki, bu sualı aşağıdaki sualla perefkaz etmək lazımdır: “Keçmişlə tanış olmaq üçün yuxugörmə hansı mənaya malikdir?” “Zira , - yazırdı o, - yuxugörmə həmişə və istənilən mənada keçmişdən gəlir”. Bununla belə, “gələcəklə əlaqədar yuxuya inam həqiqətin hissəsindən xali deyildir”. Ola bilər ki, yuxuda görünən arzular gələcəkdə həqiqətə çevrilsin, lakin bu arzular özləri ruha keçmiş təcrübə kimi daxildir.
Yaşlıların yuxugörmələri kifayət dərəcədə mürəkkəb və anlaşılmaz olur: ilk baxışda adama elə gəlir ki, bu. Elə elə anlayışların bir yerə toplanmasıdır ki, onların, ümumiyyətlə, heç bir əlaqəsi yoxdur. Ona görə də bu “dili” anlamaq və təfsir etmək – yuxunu yozmaq tarixən peyğəmbərlərə, münəccimlərə, xüsusiqabiliyyətli adamlara xas bir məziyyət hesab edilmişdir.
Z.Freyd sübut edirdi ki, əvvala, yuxugörmə bilavasitə yaşlıların fəalyyətinin nəticəsi deyildir: yuxugörmə uşaqlıq dövründəki fəaliyyətin, uşaqlıq arzularının nəticəsidir; gənc, yaşlı adam, hətta qoca belə yuxu görürsə, bu aktın hərəkətverici qüvvəsi uşaqlıq çağlarından – ilkin istəklərdən irəli gəlir.
Z.Freyd göstərirdi ki, ayılandan sonra bizim xatırladığımız şeylər şüurda verilir, gizli niyyətlər isə bişüurda qalır. Üzə çıxan məzmun, əslində, sıxışdırılmış arzuların əvəzlənməsindən başqa bir şey deyildir. Yuxulayan öz yuxusunun məzmununu açmaqda – bu “dili” oxumaqda çətinlik çəkir. Çünki gizli niyyət birbaşa açıqlanmır, yəni yuxugörmənin bişüurda gizlənən məzmunu olduğu kimi şüura keçmir.
Yuxugörmə prossesinin mexanizmini Freyd bu cür təsəvvür edirdi: bir neçə hadisə bir arzunun və ya bir arzu bir neçə hadisənin fonunda görünə bilər. Bu aktı qəlizləşdirmə yerinə yetirir.
Z.Freyd xəstələrin müalicəsi və sağlamların sağlam saxlanması üçün yuxugörmələrin analitiklər tərəfindən nəzarətdə saxlanmasına birinci dərəcəli əhəmiyyət verirdi. O göstərirdi ki, röyanın yozulması üçün xəstənin aktual halının, onun həyat tarixçəsinin, xüsusilə uşaqlıq dövrünün tarixçəsi açar rolunu oynaya bilər. Psixoanalitik yuxunu yozarkən, deməli, pasiyenti müalicə edərkən ən kiçik detalları nəzərə almalıdır; unutmaq olmaz ki, bəzən ən kiçil detal son dərəcə mühüm məna kəsb edə bilər. Onun fəaliyyəti üçün mühüm qayda budur: “Həmişə, hər şeydən əvvəl, xəstənin ağlındakından yapışmaq lazımdır”.
Insan ayıqlıqda həyata keçirə bilmədiyi arzunu, heç olmasa , yuxuda reallaşdırmaqla özünü xoşbəxt hiss edir.
Beləliklə, yuxugörmə gerçəklikdə olmasa da idealda arzularin çin olması – ruhun xoşbəxtliyidir.
Dostları ilə paylaş: |