Bu metod psixoanalizdə əsas üsullardan olub, sərbəst assosasiyalar adlanır. Psixotrapevt bu müddət ərzində passiv dinləyici rolunu oynayaraq xəstənin sözünü kəsmir və eşitdiklərini şərh etmir. Bu heçdə psixoanalitikin karikatura üslubunda təsvir olunmuş sürətinə bənzəmir. Passivlik müvafiq terapevtik şərait yaratmaq və pasientə öz gizli fikir və hislərini açıqlamaq imkanı verilməsi üçün lazımdır. Əslində psixoanalizdə öz xəstəsinə qarşı diqqətli, həssas və xoş niyyətli mütəxəssis məşğul olmalıdır. Digər metod davranışın analizidir. Pasient insanlara münasibəti, peşəsi, vərdişləri, maraqları haqqında sğhbət edir. Söhbət əsnasında tez-tez səhv ifadələr, sözlər işlədir, əsas mövzudan uzaqlaşır bəzən qəflətən susur. Belə səhvlər təsadüfi olmayıb, emosiyalarla, zəngin xatirələrlə əlaqədərdir. Onlar sonradan şüursuzluğa sıxışdırılıb çıxarılmış duyğulardır, məsəslən əvvəllər bir qıla xoş münasibəti olan pasient onun qayıtmasını arzuladığını deyir. Söhbətin əvvəində qızın yanında olmaq istədiyinə inandırmağa çalışada, seansın sonunda aydın olur ki, o qeyri şüuri olaraq, intiqam almaq istəyir.