Yuxuların izahı ilə aparılan iş.
Yuxuların izahı ilə aparılan iş daha geniş yayılmışdır. Freyd yuxuların izahını şüursuzluq aləminə aparan yol adlandırıdı. Adətən, sıxışdırılıb çıxarılmış fikir və hisslər yuxularda simvollar kimi təzahür edə bilərlər. Onları izah edərkən qeyri şüuri konfiliktin ilkin mənasını başa düşmək olar. Terapiyanın erkən mərhələsində cari hadisələrlə əlaqədar təsuratlara diqqət yetirilir. Onlar yuxunun üst qatını təşkil edir. Müalicənin ortasında gələcək araşdırmalar üçün perspektivlər açan şüursuzluğun daha dərin qatları diqqət mərkəzində olur. Müalicənin axırında yuxuların xarakterinin dəyişilməsi analitik prosesin müvəffəqiyyətlə sona yetməsindən xəbər verir.
Freyd daima sübut etməyə çalışmışdır ki, yuxugörmələr psixoloji pozuntuların meydana çıxmasında sükançı rolunu oynayan bir amildir. Başqa sözlə,yuxugörmələr heç də təsadüfən və məzmunsuz. Onlar həmin şəxs üçün yerinə yetirilməsi mümkün olmayan arzu və istəyin başqa formada icrasıdır.Şüursuzluğun məhsulu olan yuxugörmələr psixoanalitik üçün geniş imkanlar yaradır. Yuxugörmələrin məzmununa nüfuz edərək, onu psixoanalitikin tədqiqat materialına çevirmək üçün Freyd əsasən iki anlayışdan istifadə etməyi təklif etmişdir:
1.Yuxugörmələrin təhlili
2.Yuxugörmələrin yozulması
Yuxugörmələrin təhlili yuxunun qapalı məzmununun açılmasını (aydınlaşdırılmasını), yuxunun pozulması isə əksinə, yuxugörməni məzmununu və simvollarının tapılmasını nəzərdə tutur.
Dostları ilə paylaş: |