İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


Transfer və əks-transfer anlayışlarının mahiyyəti



Yüklə 205,09 Kb.
səhifə63/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   59   60   61   62   63   64   65   66   ...   112
Transfer və əks-transfer anlayışlarının mahiyyəti.

Pasiyentlə iş zamanı ən vacib məsələlərdən biri analitik prosesə mane olan müqaviməti aşkar etməkdir. Müqavimət psixikanı keçmiş emosiya və xatirələrin yenidən canlandırılmasından qorumaq məqsədi güdür. Müqavimət gündəlik hadisələri əks etdirən trivial emosiyalar şəklində özünü göstərir. Yuxarıda göstərilən müdafiə mexanizmlərinə əsaslanan müqavimətin istiqamətinin müəyyənləşdirilməsi onun yönəlmiş olduğu konkret anları tapmağa kömək edir.

Transfer və əks-transfer anlayışları da müqavimətlə əlaqədardır. Transfer dedikdə, pasiyentin keçmişdə güclü həyəcan doğuran emosiyalarının terapevtik məcraya yönəldilməsi başa düşülür. Transfer beynimizin, keçmişi indiki zamanda görmək, keçmiş təcrübədən istifadə edərək, köhnə reaksiya üsullarına əl atmaq tendensiyasından irəli gəlir. Buraya, ilk növbədə, pasiyentin öz valideynləri, bacı və qardaşlarına psixoseksual inkişafın böhranlı fəzalarında göstərdiyi münasibət aiddir. Məsələ burasındadır ki, hər bir yeni insan bizim tərəfimizdən digər adamlar üçün nəzərdə tutlmuş fikir və emosiyaların köməyi ilə qiymətləndirilir. Biz həmişə keçmiş ideya və hislərimizi indiyə keçiririk. Ona görə də transferin öyrənilməsi pasiyentin keçmiş qarşılıqlı münasibətlərini bilməyə imkan verir. Terapevt həmişə pasiyentin onun haqqında nə fikirləşdiyini bilməlidir. Terapevt pasiyentin məhəbbərinin və ya aqressiv meyllərinin mərkəzində durduqda bu məsələ daha da aktuallaşır.

Heç bir digər müalicə üsulunda həkim könüllü şəkildə xəstənin güclü hislərinin obyektinə çevrilmir. Psixodinamik terapiyanın qeyri-adiliyi ondadır ki, transferdən uzaqlaşmaq əvəzinə, o öyrənilir və təhlil edilir.

Müalicə kursu aparan psixoterapevt bəzən müəyyən təzyiqə məruz qalır. Ona elə gəlir ki, bütün pasiyentlər sanki təsadüfən onu narahat edən mövzulara toxunurlar. Belə olan təqdirdə əks-transfer - yəni terapevtin pasiyentə reaksiyasından danışmalı oluruq. Terapevt də öz hiss və fikirlərini pasiyentin üzərinə keçirə bilir. Bəzən pasiyent təsadüfən və ya bilərəkdən terapevtin xətrinə dəyən sözlər deyir və bu da öz növbəsində əks-terapevtin mənbəyinə çevrilir. Əks-transfer reaksiyaları arasında iki forma ayırd edilir: uyğunlaşan və və əlavə əks-transferlər.




Yüklə 205,09 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin