İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə66/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   62   63   64   65   66   67   68   69   ...   112
Psixoterapiya haqqında anlayış.

Psixoterapiya (yun.dan psyhe – ruh və therapeia müalicə mənasını verir) – psixikanın müalicəsi ilə məşğul olan sahədir. Psixoterapevtik metodlar-psixoloji prolemlərin aradan qaldırılmasında insan psixikasına təsir məqsədilə yönəldilmiş xüsusi üsullar və vasitələr məcmusudur. Psixoterpevtik metodların icrasızamanı müraciət edən subyektlə müalicə edən subyekt arasında müvafiq əlaqə baş verdiyindən bu metodlar emprik qrupa aid edilir. Ənənəvi olaraq psixoterapiya dedikdə, xəstə ilə həkimin qarşılıqlı əlaqəsi nəticəsində xəstəliyin müaslicəsinə məqsədyönlü şəkildə yönəldilmiş psixoloji təsirlər nəzərdə tutulurdu. Belə qəbul olunurdu ki, bu metodlar yalnız xəstə olan insanlara tətbiq olunmalıdır. Lakin son vaxtlar lazım gəldikcə psixoloji köməyə ehtiyacı olan sağlam insanlara da bu sahənin müəyyən metodları tətbiq edilir.

Psixoterapiyanın 2 bölümü vardır:



  • Ümumi psixoterapiya-bunu bütün həkimlər ixtisasından asılı olmayaraq ba-carmalıdır. Ümumi psixoterapiya tibbi deontologiyaya yaxındır. Deontologiya – vəzifə davranış normalarını öyrənən elmdir. 

  • Xüsusi psixoterapiya-xəstəliklərin daxili şəklinə təsirini öyrənir. Xəstəliklərin daxili şəkli dedikdə xəstənin öz xəstəliyinə münasibəti deməkdir. Xəstə öz qarşısında belə sual qoyur: "Mən xəstəyəm yoxsa yox, xəstəyəmsə nədir bu xəstəlik?

Psixoterapevtin qarşısında aşağıdakı məqsədlər durur:

Psixoterapiyanın effekti aşağıda göstərilənlərdən asılıdır:

  • Psixoterapevt və pasiyent arasında yaxşı münasibət və əməkdaşlıq, hansı ki, bunun üzərində psixoterapiya qurulur.

  • Pasiyent psixoterapevtlə öz problemini müzakirə etməklə ondan kömək almağa ümüd edir, yəni ona inanır. Psixoterapevt bu inamı qazanmalıdır, əks təqdirdə onun apardığı psixoterapevtik müalicənin effektindən söhbət gedə bilməz.

Psixoterapiya 2 komponentdən ibarətdir.


Yüklə 205,09 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin