2. Psixoterapiyanın yaranma tarixi.
İctimai həyatın yetirməsi olan insan həmişə başqasından asılıdır. Böhran vəziyyətində , ehtiyac olduqda insanlar biri digərinə müraciət edir, ondan kömək diləyir. Kömək göstərməyin geniş yayılmış universal formalarından biri psixoloji yardımdır- yəni psixoterapiyadır. Psixoterapiyanın tarixi olduqca qədimdir, onu təbabətin yaşıdı hesab etmək olar. Qədim yunan mənbələrində kahinlərin bir çox Şərq ölkələrində dərvişlərin müalicə məqsədilə tətbiq etdikləri üsulları erkən psixoterapiya adlandırmaq olar. Lakin elmi psixoterapiya XIX əsrin ortalarında inkişaf etməyə başlamışdır. Həmin dövrlərdə hipnozun geniş yayılması və ondan müalicə məqsədilə istifadə edilməsi psixoterapiyanın inkişafına güclü təkan verdi.Müasir psixoterapiya kliniki təbabətin bir bölməsi olmaqla son 100 il ərzində onlarla yeni-yeni metodlar işləyib hazırlamış ,külli miqdarda xəstələrə yardım göstərmək üçün zəmin yaratmışdır. Frans Mesmerin (1734-1815) vaxtından XX əsrin ortalarınadək empirik-elmi psixoterapiya ilə ,əsasən, nevroloqlar məşgul olmuş,sonralar isə bu elm sahəsi psixiatriyanın bir bölməsinə çevrilmişdir.Hal-hazırda həkim-psixiatr,həkim-psixoterapevtlərlə yanaşı, tibbi psixoloqlar, tibb müəssisələrində çalışan sosial işçilər,bir sıra hallarda, hətta tibb bacıları da bu məsələ ilə məşğul olur və həkimlərin rəhbərliyi altında səmərəli fəaliyyət göstərirlər. Inkişaf etmiş ölkələrdə həkim psixoterapevtə müraciət edənlərin sayı psixatra müraciət edənlərin 40%-ni təşkil edir.Psixoterapiyanın bütün formalarının məqsədi insanlara sağlam, xoşbəxt həyat bəxş etməkdir. Psixoterapevtik yardım göstərən şəxs ona müraciət edənləri qənaətləndirən, onların normal tələbatlarını ödəyə bilən, itirilmiş sağlamlığını, ilk növbədə, emosional tarazlığını normaya qaytaran tədbitlər həyata keçirməyi bacarmalıdır.
Dünyada psixoterapiyanın inkişafı çoxlu miqdarda psixoterapiya formaları və məktəbləri yaratmışdır. Mübaliğəsiz demək olar ki, nə qədər psixoterapevt varsa, bir o qədər də psixoterapiya üsulu vardır. Psixoterapevt adı daşımayan, təbabətin digər sahələrində çalışan həkimlər bəzən özləri də hiss etmədən psixoterapevt rolunda çıxış edirlər. Həkimə hörmət gətirən, onu əhali arasında populyar edən, ilk növbədə, onun psixoloji təsir vəsitələrinə nə dərəcədə malik olmasıdır:
Dostları ilə paylaş: |