Şəxsiyyət yönümlü psixoterapiya şəxsiyyətin fərdi – psixoloji xüsusiyyətlərinin formalaşmasına və inkişafına yardım edir.
Tibbi praktikada da psixoterapiyanı iki hissəyə ayırırlar: fərdi və ümumi. Ümumi psixoterapiya dedikdə, hər hansı xəstəliyi olan xəstənin xəstəliklə mübarizə aparması üçün mənəvi cəhətədən gücünü artırmağa, səfərbər etməyə yönəldilmiş üsullar sistemi nəzərdə tutulur. Bu halda psixoterapiya digər müalicə sahələri (cərrahi, fizoterapiya və s.) üçün əlverişli psixoloji iqlimin yaradılmasında köməkçi sahə rolunu oynayır. Fərdi psixoterapiya isə hər hansı xəstənin fərdi şəkildə müalicəsinə doğru yönəldilmiş psixoloji təsir səpkili üsullar sistemini özündə əks etdirir.
Psixoterapiya hal-hazırda təbabətin bütün sahələrində, o cümlədən psixoaktiv maddələrdən asılılığın müalicəsində qəbul olunmuş əsas müalicə metodlarından biridir və bu metodsuz dərmanla müalicənin effekti davamsız xarakter daşıyır.
Dostları ilə paylaş: |