Psixoterapiyanın növləri aşağıdakılardır:Psixodinamik psixoterapiya – Freydin psixoterapevtik nəzəriyyəsindən qaynaqlanan psixoterapiya metodudur. İnsayt üzərində fokuslaşmış uzunmüddətli psixoterapiyadır. Psixodinamik psixoterapiya psixi fəaliyyəti haqqında psixoanalitik nəzəriyyənin müddəalarına (müdafiə mexanizmləri, transfer, psixi reallıq və s.) əsaslanır.
Psixoterapevtik müdaxilələrin əsas məqsədi insayta, yəni şüurdan kənarda olan psixi proseslərin uşaqlıqda formalaşmış psixi və davranış patternlərinin aydınlaşdırmasına və onların derk edilməsinə nail olmaqdır.