İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz


A.Adlerin psixoterapiya konsepsiyası



Yüklə 205,09 Kb.
səhifə76/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   72   73   74   75   76   77   78   79   ...   112
A.Adlerin psixoterapiya konsepsiyası.

Qərb aləmində psixologiya və təbabət sahəsində olan qatı neofredist kimi tanınan “Fərdi psixologiyanın nəzəriyyə və təcrübəsi”, “Həyat bizim üçün nədir”, “Üstünlük və ictimai...”kimi əsərlərin müəllifi , Alferd Adler həm də “ Fərdi psixoterapiya” nın yaradıcısıdır. Hər bir şəxsdə hər hansı bir fiziki və ya psixi çatışmazlığın olmasını israr edən Adler qeyd edir ki, bu səbəbə görə , hər bir şəxsdə müəyyən “çatışmazlıq kompleksi” mövcuddur. Bu hal insanları heç də məyus etməməlidir, çünki məhz qüsurunu dərk etməklə insan irəli getməyə nəyəsə nail olmağa cəhd edir.

Adlerin təklif etdiyi fərdi psixoterapiyanın məzmununu düzgün dərk etmək üçün onun “nevrozların mexanizmi” haqqında mülahizələrini nəzərədən keçirmək lazımdır.

A.Adler sübut etməyə çalışırdı ki nevrozun əsasını şəxsin hər hansı bir çatışmazlığı ilə onun şücaət göstərməsinə can atması arasında yaranan konflikt təşkil edir.Özündə çatışmazlıq hiss edən şəxs onu aşağıda göstərilən üsullarından biri və ya bir neçəsindən istifadə etməklə aradan qaldırmağa çalışır.

1.Çevik kompensasiya yolu ilə. Bu vasitədən istifadə edərək şəxs özünün əsas həyatı tələblərinə nail ola bilir;

2.Daha çevik və cəsarətli olmağa çalışır;

3. Özünün xəstə olmasını müvəffəqiyyət kimi qəbul edir. Bu son seçim Adlerə görə- nevrozdur. Xəstəliyi məqbul sayan şəxs qarşısında qeyri-real, qondarma, həyata keçməsi mümkün olmayan məqsədlər qoyur. Xəstəlik halı gücləndikdə şəxs özünü daha ərköyün aparır və xəstəliyin, iradəsinə üstün gəldiyini bəhanə edərək özünə bəraət qazandarmağa çalışır.



Beləliklə,Adler nevrozu xəstəlik deyil, qeyri-düzgün həyat tərzi, nevrotikin seçimini isə ictimai mühitə uyğunlaşmanın bir forması hesab edirdi.Adlerin fikrincə, belə olduğu tərzdə nevrozu müalicə etmək yolu şəxsi tərbiyələndirmək,onun qondarma həyatı tələblərini nizamlamaq olmalıdır. Yəni şüuraltı tələbləri şüura daxil etmək, reallaşdırmaq lazımdır.


Yüklə 205,09 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin