İxtisas: Təhsildə sosial psixoloji xidmət Kurs: III fənn: Psixoanaliz



Yüklə 205,09 Kb.
səhifə87/112
tarix10.01.2022
ölçüsü205,09 Kb.
#106570
1   ...   83   84   85   86   87   88   89   90   ...   112
Hipnotik yuxu altında təlqin.

Hipnosuggestiv psixoterapiya. Hipnozun müalicə təcrübəsində tətbiqinə aid külli miqdarda ədəbiyyatın mövcud olmasına baxmayaraq, bu məsələdə anlaşılmazlıqlar yenə də mövcuddur. Bir çoxları belə hesab edir ki, hipnoz və təlqin nəinki sinir sisteminin funksional xəstəliklərini, hətta psixozları, bir çox somatik xəstəlikləri, beynin üzvi potalogiyası nəticəsində meydana çıxan iflicləri, korluğu, karlığı və i.a. müalicə etmək mümkündür. Hal-hazırda elmi təbabətdən xəbəri olmayan, özünü ekstrasens adlandıraraq əslində hipnoz və təlqindən istifadə etməklə əhali arasında “həkimlik” edən adamlara tez-tez rast gəlinir. Məhz belələri öz “müalicə üsullarını” ən mötəbər və yeganə müalicə üsulu hesab edir və sadəlövh şəxslər üzərində təcrübə apararaq, əhalinin müəyyən hissəsini öz “ecazkar qüvvələrinə” inandıra bilirlər. Belələri haqqında geniş söhbət açmaq, kitabın səhifələrində onlara yer ayırmaq istəməzdik. Yalnız bunu demək istərdik ki, ekstrasenslər qəflətən peyda olduqları kimi, eləcə də müəyyən vaxtdan sonra yox olurlar. Onların fəaliyyətinin çiçəklənməsi üçün münbit şərait olmalıdır, bu isə iqtisadi və ictimai böhranın güclənməsi, rəsmi təbabətin inkişafdan qalması ilə əlaqədardır.

Hipnoz hansı xəstəlikləri müalicə edə bilər sualına cavab olaraq hələ əsrin əvvəllərində görkəmli alman psixiatri Emil Krepelin demişdir: “Bəzən xəstənin razılığı olmadan belə onu hipnoz etmək və uzun hislərinə, fikirlərinə və iradəsinə hakim ola bilmək üsulu ruhi pozuntuları müalicə etməklə məşğul olan həkim-psixiatr üçün böyük imkanlar yaradır. Təəssüf ki, təcrübə cüzi dərəcədə bu fikri doğrulada bildi”. Krepelin öz fikrini açıqlayaraq yazırdı ki, ruhi sağlam şəxsləri hipnoz təsiri altına alaraq onların ağrı və iztirablarını qısa müddət ərzində nə qədər müvəffəqiyyətlə aradan qaldırmaq mümkündürsə, ruhi xəstələrə bu üsulu tətbiq etmək də bir o qədər çətindir. Belə xəstələrdə diqqətin və canlı özünütəlqin qabiliyyətinin pozulması müalicə işinə ciddi əngəl törədir. Təlqin vasitəsilə hətta, bizim fikrimizcə, özünütəlqinin məhsulu olan sayıqlama fikirlərini belə aradan götürmək mümkün olmur. Əksinə yuxu, iştah pozuntuları, həyəcan və ağrı ilə müşayiət edilən xəstələnmə hallarını tez bir zamanda müalicə etmək mümkündür. Spirtli içkiləri və narkotik maddələri tərgitmək işində də hipnoz faydaları xidmət göstərə bilər. Özünütəlqin vasitəsilə bəzi xəstəlik əlamətlərini, o cümlədən qorxunu, həssaslığı aradan qaldırmaq üçün bəzi xalqlar arasında müxtəlif kəlamlardan, ibadət qaydalarından, rituallardan istifadə etməyə indi də rast gəlinir. Məsələn, xristianlar arasında geniş yayılmış “İnsanın duası”sında deyilir ki, günahını yumaq və ya şər qüvvələrin bəzisindən azad olmaq istəyirsənsə, heç kəsin olmadığı bir yerdə oturub başını aşağı dikərək gözlərini yum, asta-asta nəfəs alaraq diqqətini öz qəlbinə yönəlt, tənəffüsün ritminə uyğun olaraq astadan dəfələrlə bu sözləri təkrar et: “İlahi, məni əhv et”. Bu zaman kənar fikirləri qəlbindən çıxar. Sakit və dözümlü ol.

Hindistan və Tibet buddistləri özlərini ekstaz vəziyyətinə gətirmək üçün Buddanın büstünə üz tutaraq yorulmadan dəfələrlə (bəzən bir neçə min dəfə) bu sözləri təkrar etməlidir: “Om! Manipad-mexum” – Salam! Ən qiymətli inci Lotosun çiçəyidir”.

Müsəlman aləmində qeyri-adi hadisələrlə üxləşən, qorxu keçirən adamın sakitləşməsi üçün bir neçə dəfə “Bismillah-ir-Rəhman-ir-Rəhim” sözlərini təkrar etmək tövsiyə olunur.

Müasir psixologiya və psixoterapiya elmi özünütəlqini güclü psixi təsir vasitəsi kimi qiymətləndirir və onun müalicəvi imkanlarından geniş istifadə etməyi tövsiyə edir. Özünütəlqinin tətbiqi üçün heç bir əks-göstəriş yoxdur. Onu tətbiq etməyi bacarmayan kiçikyaşlı uşaqlar, kəmağıl və ağır psixi xəstələrdir. Qalan şəxslərin hamısı ondan həm profilaktika, həm müalicə, həm də müəyyən məqsədlər üçün istifadə edə bilər. Onun köməkliyi ilə orqanizmin müqavimətini artırmaq, diqqət və iradəni yüksəltmək, emosional tarazlıq yaratmaq mümkündür. Özünütəlqinin ən geniş yayılmış forması və arzu edən hər bir adamın yiyələnə biləcəyi üsullardan biri autogen məşqdir.

Autogen məşqin nəzəri əsasları və təcrübədə tətbiqi qaydalarından danışmazdan əvvəl XX əsrin əvvələrində Avropada geniş yayılmış daha bir özünütəlqin üsulundan danışmaq lazımdır. Müalicə işində özünütəlqindən istifadə etmək sahəsində ilk müvəffəqiyyətlər qazanan Fransa əczaçısı Emil Küye (1857-1926) oldu. Hipnoz və təlqinlə məşğul olan digər tədqiqatçılardan fərqli olaraq, o, sübut etməyə çalışırdı ki, sözün əsl mənasında təlqin yoxdue, ancaq özünütəlqin var. Başqa sözlə, təlqin adlandırdığımız hadisə, onun vasitəsilə yaranan hipnoz əslində özünütəlqin nəticəsidir. E.Küye qeyd edir ki, fəaliyyətimizin hərəkətverici qüvvəsi (mənbəyi) heç də iradə və düşüncə deyil, təxəyyüldür. Onun fikrincə, insanın özünəməxsusluğunu təyin edən “mən” anlayışı düşüncə və düşüncədənkənar komponentlərin birgə fəaliyyətidir. Eyni zamanda, hərəkətlərimizin başlıca mənbəyini təşkil edən təxəyyüllərin təsiri altında olan düşüncədəkənar komponentin yaranmasıdır. Iradəmiz heç də həmişə düşüncəsizlikdən gələn arzuları cilovlaya bilmir. Bir çox alkoqoliklər və digərpis adətə öyrəşənlər məmnuniyyətlə onlardan əl çəkmək istəyir, lakin düşüncəsizlik buna imkan vermir. Öz çıxışlarında E.Küye qeyd edirik ki, bir çox xəstəliklərin səbəbi özünütəlqindir. Onlar özlərinə sağaldıqlarını təlqin edə bilsəydilər, tezliklə şəfa tapardılar. Həm təlqin, həm də özünütəlqin iradəyə təsir etmir, təxəyyül və təəssüratlar aşılayır.

1920-1940-cı illərdə Küyenin təklif etdiyi üsul geniş yayılmağa başladı, hətta “Küyeizm”i Nansi hipnoz məktəbinin yenivariantı kimi qələmə verməyə cəhd edənlər də oldu. Küye üsulunun variantlarından biri aşağıdakı kimi idi. Əvvəlcə şəxsin təlqinə həssaslığı sınaqlar vasitəsilə yoxlanılır. Sonra təklif daxilinə yönətsin. Buna nail olsuqdan sonra xəstə astadan dəfələrlə (20 dəfə və daha çox) bu sözləri təkrar etməıidir: “günbügün özümü hər mənada yaxşı hiss etməyə başlayıram”. Bəzi nevrotik hallarda müsbət nəticələr verməsinə baxmayaraq Küye üsulu tədricən unudulmağa başladı.

Hipnozun psixoanalizlə əlaqəsi, müalicə prosesində onların tətbiqi qaydasından danışırkən aşağıdakıları qeyd etmək zəruridir. Psixoanalitik müalicə üsulunun yaradıcısı Z.Freyd belə hesab edirdi ki, psixogen xəstəliklər. Ilk növbədə isteriya nevrozu erkən uşaqlıq dövründə xoşagəlməz seksual iztirabların unudulması-(şüuraltına ötürülməsi) ilə əlaqədardır. Belə təqdirdə həkimin vəzifəsi unudulmuş iztirabları yenidən yaddaşa qaytarmaq və bu yolla xəstənin müalicə olunmasına nail olmaqdır.



Xəstəni hipnoz yuxusu ilə yatırmazdan əvvəl o, hərtərəfli müayinə edilməli, eyni zamanda hipnoza, daha doğrusu, təlqinə həssaslıq dərəcəsi müəyyənləşdirilməlidir. Bəzi alimlərin verdiyi məlumata görə, təlqinə həssaslıq sinir sisteminin tipindən asılı olaraq 20-90% təşkil edir. Belə ki, bu rəqəm bəzi tipə məxsus olan şəxslərdə-isteroid xarakterli adamlarda 80-95-%, orta tipə məxsus olanlarda-isteroid və təfəkkür tiplərində 40-70%, təfəkkür tipinə məxsus olanlar arasında isə 15-35% təşkil edir. Əlbəttə, hipnoz edənin təcrübəsindən və məharətindən asələ olaraq bu göstərici xeyli azalıb çoxala bilər. Təlqinə həssaslığı yoxlamaq üçün bir çox sınaqlar mövcuddur. Onlardan bəzilərini nəzərdən keçirək.


Yüklə 205,09 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin